Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-21/2023 15.03.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Əsədov Aqil Akif oğlunun katibliyi ilə, xx.xx.1977-ci ildə Ordubad Rayon Dəstə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli 3 uşaq atası , orta təhsilli, Ordubad Rayon Dəstə kəndində ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi : Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023 il tarixdə Ordubad Rayon Dəstə kəndində qanunsuz olaraq pirotexniki vasitələr gəzdirmiş və satmışdır. Bu barədə Ordubad Rayon Polis Şöbəsinin polis sahə inspektoru X1 tərəfindən xx.xx.2023 il tarixdə 008608 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs və Ordubad Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş və məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Ordubad Rayon Dəstə qanunsuz piratexniki vasitələrin satışı ilə məşğul olmuşdur. Əməlindən peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak etmiş xx.xx.2023 il tarixdə 008608 nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ordubad Rayon Polis Şöbəsinin polis sahə inspektoru X1 izahatında barəsində inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2023 il tarixdə Ordubad Rayon Dəstə kəndində qanunsuz olaraq pirotexniki vasitələr gəzdirdiyini və satdığını və Şəxs aşkar olunaraq götürüldüyünü və xx.xx.2023-cü il tarixdə 008608 nömrəli inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında saat təxminən 12.25 radələrində 1 nəfər şəxsin qanunsuz pirotexniki vasitələrin satışı ilə məşğul olduğunu aşkar etmişlər. Həmin şəxsdə 36 ədəd yumru formada olan partlayıcı vasitə 18 qutu EK0201E serialı (Sipiçka ) adlanan partlayıcı vasitə 3 ədəd GW0901D serialı fişəng, 1 ədəd kapsul adlanan satışı qadağan olunmuş priotexniki vasitə olan partlayıcılar aşkar olunaraq götürülmüş və Ordubad Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Ordubad Rayon Polis Şöbəsinə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Ordubad Rayon Polis Şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə 36 ədəd yumru formada kiçik ölçülü partlayıcı, 18 qutu EK0201serialı (spiçka), 3 ədəd GW0901D serialı fişəng və 1 ədəd kapsul aşkarlanaraq götürülmüş patrlayıcı maddələrin Pirotexniki maddə olub-olmaması və hansı üsulla hazırlandığı barədə» müvafiq arayış verilməsi xahiş olunmuşdur. Belə ki “15” mart 2023-cü il tarixli N° 282 saylı ekspert arayışından görünür ki ,Tədqiqat prosesində 120 ədəd EK0201E serialı vasitədən, 1 ədəd isə GW0901D serialı vasitədən, 12 ədəd isə kiçik ölçülü yumru formalı vasitədən olmaqla, ümumilikdə 133 ədəd pirotexnik vasitə götürülüb tədqiqat məqsədi ilə istifadə olundu. Seçmə üsulu ilə götürülmüş pirotexnik vasitələrin daxilində olan pirotexnik maddəyə baxış keçirilərək, bəziləri isə müvafiq qaydada partladılaraq .tədqiqata sərf olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1977-ci ildə Ordubad Rayon Dəstə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli 3 uşaq atası ,orta təhsilli, Ordubad Rayon Dəstə kəndində ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş Ordubad Rayon Polis Şöbəsində Mərkəzinə 36 ədəd yumru formada kiçik ölçülü partlayıcı, 18 qutu EK0201 serialı (spiçka), 3 ədəd GW0901D serialı fişəng və 1 ədəd kapsul ( təqiqatda sərf olunmuş120 ədəd EK0201E serialı vasitədən, 1 ədəd isə GW0901D serialı vasitədə, 12 ədəd isə kiçik ölçülü yumru formalı vasitədən olmaqla, ümumilikdə 133 ədəd pirotexnik vasitə istisna olmaqla ) müsadirə edilərək, 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-21/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-21/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver