Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 3(080)-21/2024 02.04.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən Ordubad rayon məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Ordubad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdim: İnzibati xəta haqqında materiallardan görünür ki, Ordubad rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kiçik leytenantı X5 tərəfindən zərərçəkmiş az yaşlı Zərərçəkmiş şəxs valideyini Nümayəndə şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə 27 mart 2024-cü il tarixdə Ordubad rayon X4 və təhqiqat qrupunun təhqiqatçısı,polis mayoru Sərxan Məhərrəmov tərəfindən Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurara göndərilmiş və HK- 1/42 nömrəli materialın saxlanması üçün Ordubad rayon Polis şöbəsinin dəftərxanasına verilməsi qərara alınmışdır. Ordubad rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kiçik leytenantı X2 zərərçəkmiş az yaşlı Zərərçəkmiş şəxs valideyini Nümayəndə şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə 27 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının barəsində protokol tərtib edilmiş şəxsə zərərçəkmiş və az yaşlı Zərərçəkmiş şəxs valideyini Nümayəndə verilməsini təsdiq edən heç bir sübut materiallara əlavə edilməmiş, eyni zamanda iş üzrə icraatın iştirakçılarına həmin qərardan şikayət vermək hüququndan istifadə etmək üçün vaxt verilməmişdir. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. 01 aprel 2024-cü il tarixdə Şəxs barəsində Ordubad rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kiçik leytenantı X5 tərəfindən tərtib edilmiş ******* saylı protokola əlavə edilmiş 01 aprel 2024-cü il tarixli bildirişdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 01 aprel 2024-cü il tarixdə iş materialları ilə tanış olub və beləliklə 27 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Şəxs 5 gün sonar tanış olmuş və qərardan şikayət vermək hüququndan istifadə etmək etmək üçün vaxt gözlənilmədən 01 aprel 2024-cü il tarixli ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Ordubad rayon məhkəməsinə göndərilmişdir. Bundan əlavə, Ordubad rayon X4 və təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Sərxan Məhərrəmov cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 mart 2024-cü il tarixli qərarında aidiyyəti şəxslərin həmin qərardan narazı olduqları halda, prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüquqları nəzərdə tutulmuşdur. Hazırki işin materiallarında qeyd olunan qərarın aidiyyəti şəxslərə (o cümlədən, Zərərçəkmiş şəxs anası Nümayəndə ) verilməmiş, həmin qərardan şikayət vermə müddətini gözləmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Hazırki iş, Zərərçəkmiş şəxs anası Nümayəndə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olmaqla cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan narazı olması ehtimalı olduğuna görə Zərərçəkmiş şəxs anası Nümayəndə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olaraq qeyd olunan qərardan şikayət verməsi halları istisna edilmir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 mart 2024-cu il tarixli qərar əsasında inzibati xəta haqqında protokol tərtib edilərkən qeyd olunan qərardan şikayət vermə müddətinin başa çatıb-çatmadığı araşdırılmadan Şəxs barəsində xx.xx.2024 cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırki vəziyyətdə Şəxs barəsində məhkəməyə göndərilmiş inzibati materiala məhkəmədə baxılaraq qərar qəbul edilərsə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan hər hansı şəxs tərəfindən şikayət veriləcəyi və qərar ləğv olunacağı təqdirdə, Şəxs məhkəmənin qərarı ilə əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmiş olacaqdır. Ordubad rayon X4 və təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Sərxan Məhərrəmov cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 mart 2024-cü il tarixli qərarında qərara aldım hissəsinin 4-cü bəndində Qəbul edilmiş qərar barədə maraqlı tərəflərə məlumat verməklə qərardan ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçiriən prokurora şikayət vermək hüququnun olması izah edilsin sözləri qeyd edilmişdir. Tərəflər və əsasəndə zərərçəkmiş şəxs və ya zərərçkmiş şəxsin qanuni nümayəndəsi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarala tanış olarkən, cinayət işinin başlanmasının rədd edilməsi barədə qəraradan məhkəməyə şikayət vermək hüquqnun olduğundan məlumatsız olacaq, çünki qeyd olunan bəndin izahında - Qəbul edilmiş qərara barədə maraqlı tərəflərə məlumat verməklə qərardan ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçiriən prokurora şikayət vermək hüququnun olması izah edilsin - deyil Qəbul edilmiş qərara barədə maraqlı tərəflərə məlumat verməklə qərardan ibtidai araşdırmaya prokurora, yuxarı prokurora və məhkəməyə şikayət şikayət vermək hüququnun olması izah edilsin sözləri qeyd edilməli idi. Cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan verilmiş şikayət üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 (on) gündən artıq olmayan müddətdə əlavə yoxlama keçirilməklə və yaxud keçirilməməklə cinayət işinin başlanması haqqında qərar qəbul edir və onu ibtidai istintaqın aparılması üçün müstəntiqə göndərir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Ordubad rayon X4 və təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Sərxan Məhərrəmov tərəfindən Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs aldığı izahatlarda tarix göstrəilməmiş, eyni zamanda Zərərçəkmiş şəxs izahat alınarkən anası Nümayəndə iştirakı qeyd edilsədə, Nümayəndə Zərərçəkmiş şəxs anası olmasını təsdiq edən sənədə (doğum haqqında şəhadətnaməsi) istinad edilməmiş və zəruri sənəd iş materiallarınada əlavə edilməmişdir. İş materialarından göründüyü kimi, Zərərçəkmiş şəxs bədən xəsarətlərinin müəyyən edilməsi məqsədi Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2024 cü il tarxli 361 saylı rəyi, Ordubad rayon X4 və təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Sərxan Məhərrəmov cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 mart 2024-cü il tarixli qərarının müəyyən etdim hissəsində xx.xx.2024-cü il taixli 361 saylı rəyi kimi qeyd edilib. Eyni zamanda 01 aprel 2024-cü il tarixdə saat 11:15 dəqiqəsində şəxsi axtarış və fiziki şəxsdə olan şeylərin yoxlanması haqqında Şəxs qarşı şəxsi axtarışın həyatə keçirildiyi an eynicinsin nümayəndələri X3 və X1 adlı şəxslərin iştirakı göstəriləsdə adı qeyd olunan şəxslərin kimliyin təstiq edən sənəd materiallara əlavə edilməmişdir. İş materialarına barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində sağlamlıq haqqında arayış əlavə edilməmiş, buda onu göstərir ki Şəxs tibbi müayinədən keçirilməmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-in 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 - 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 227-1, 229, 249, 251.3, 262, 263,264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8,332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341,342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387, 388, 398, 399,401 - 404, 406 - 409, 410.3, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442,443.1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 462 (siyasi partiyalara münasibətdə) 464 -466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481,482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 520, 523, 525 - 535,537.1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599 - 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İXM-in 43.2-cü maddəsinə əsasən, bu Məcəllənin 54.2-ci maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə həm də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Bu Fərmanın 6-cı bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Beləliklə, əgər inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həm məhkəməyə, həm də müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddirsə, onda həmin inzibati xəta haqqında iş o vaxt məhkəməyə göndərilir ki, İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində müəyyən edilmiş hallar mövcud olsun. Lakin nə məhkəməyə göndərilmiş protokoldan, nə də ki həmin protokola əlavə edilmiş iş materiallarından yuxarıda qeyd edilən normada göstərilmiş halların mövcudluğu görünmür, bu barədə protokolda və ya iş materiallarında hər hansı əsaslandırma aparılmayıb. Göründüyü kimi, qanunvericilik səlahiyyətli orqana (vəzifəli şəxsə) bununla bağlı diskresion səlahiyyət müəyyən etmir və İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində göstərilən mütləq tələblərə riayət edilməsini şərtləndirir. Başqa sözlə, həmin maddədə göstərilən meyarların olmamasına baxmayaraq inzibati xəta haqqında protokolun baxılması üçün məhkəməyə göndərilməsi inzibati xətalar qanunvericiliyinin tələblərinə ziddir. Göründüyü kimi, AR İXM-in 157-ci maddəsi ilə materiallar Ordubad rayon Məhkəməsinə göndərilərkən protokol tərtib etməyə səlahiyyəti müəyyən edilmiş Ordubad rayon Polis Şöbəsi tərəfindən barəsində icraat aparılan şəxs haqqında maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül inzibati tənbehin verilməsinin qeyrimümkünlüyü qərardadla əsaslandırılmalıdır. Əgər materiallarda şəxs barəsində həbs inzibati tənbehin tətbiqi zəruriliyi aşkara çıxarsa, bu halda toplanmış materiallar məhkəməyə göndərilməlidir. Lakin, Ordubad rayon Polis Şöbəsi barəsində icraat aparılan şəxs haqqında həbs inzibati tənbehin tətbiqi üçün əsasların olması qənaətinə gəlməsini qərardadında əsaslandırmamışdır. AR İXM-in 30.2 - Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Protokol tərtib edən şəxs tərəfindən AR İXM-in 30.2 -ci maddəsinə nəzər yetirməklə barəsində icraat aparılan şəxsin barəsində inzibati həbs tətbiq edilə bilməyəcəyi qənaətinə gəlməklə “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə həm də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxıldığın nəzərə almalı idi. Məhkəmə qeyd olunan halları, inzibati xəta haqqında materialların natamam toplanılması kimi qiymətləndirir və hesab edir ki, həmin materiallar baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.10-cu maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Bu Məcəllənin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 109-cu maddələrini rəhbər tutaraq. QƏRARA ALDİM: Ordubad rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kiçik leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024 cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın diqqəti İnzibati Xətalar Məcəlləsinin 43.3-cü və 30.2 - ci maddələrinin tələblərinə əməl etməyə cəlb edilsin. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-21/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №3(080)-21/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver