Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-21/2025 23.04.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Əhmədli Əliağa Hüseyn oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştiraklarıilə, xx.xx.1977-ci ildə Ordubad Rayon Dəstə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli 3 uşaq atası , orta təhsilli, Ordubad Rayon Dəstə kəndində ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-535-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ordubad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Ordubad Rayon Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X5 tərəfindən tərtib edilmiş 23 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ordubad rayonu, Dəstə kəndində xidmət mərkəzinin önündə polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş və polisin qanuni əmrinə tabe olmamışdır. Bununlada Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə bibinəvəsi Sadiq, Sadiqin dayıoğlusu İlqar, bibioğlusu Nərman ilə birlikdə Ordubad rayon Dəstə kəndində avtomobillə hərəkət edən zaman bibinəvəsi Sadiq avtomobili surətlə idarə etdiyi üçün YPX əməkdaşları maşını saxladıqlarını, onların hamısının avtomobildən yerə düşdüklərini, onun polis əməkdaşını əvvəldən tanıdığı üçün qohumlarının təyyarə ilə Bakıya gedəcəklərini, vaxtın az qaldığını bildirərək onları ötüşdürməsini xahiş edən zaman yaxınlıqda xidmət aparan PPX-nin əməkdaşı ona yaxınlaşaraq sinəsindən yapışaraq silkələyə-silkələyə sən niyə müdaxilə edirsən dediyini, ona cavab olaraq müdaxilə etmədiyini, babanı əvvəlcədən tanıdığı üçün onları ötüşdüməsini bildirdikdən sonra polis əməkdaşlarının şöbəyə zəng etdikdən sonra şöbədən polis əməkdaşlarının gəlib avtomobillə onu şöbəyə apardıqlarını, həmin gün spirtli içki qəbul etdiyini, lakin polis əməkdaşlarına nəlayiq ifadələr işlətmədiyini,sadəcə onlarla əl-qolla danışdığını, içkili olduğundan polislərə nəlayiq ifadələr işlətdiyini xatırlamadığını bildirmiş, barəsində inzibati cərmə tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ordubad Rayon Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədildiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Ordubad rayon Dəstə kəndində 2 N-li postda xidməti vəzifəsini yerinə yetirən zaman, Xidmət mərkəzinin önündə ** BC *** dövlət qeydiyyat nömrə nişanlı vaz 2107 markalı avtomobil sürətlə hərəkət etdiyi üçün avtomobilə saxla işarəsi verərək avtomobili dayandırdığını, sürücüyə törətdiyi inzibat xətanı izah edən zaman avtomobildə olan Ordubad rayon Dəstə kənd sakini Etibar avtomobildən yerə enərək onun işinə müdaxilə etdiyini, dəfələrlə ona işinə müdaxilə etməməsini bildirsə də ona məhəl qoymayaraq hərəkətlərin davam etdirdiyini, içkili olduğu üçün yüksək səslə Rus dilində nalayıq ifadələr işlətməyə başladığını, bu zaman yaxınlıqda xidmət aparan Ordubad rayon Polis Şöbəsinin PPX-nin əməkdaşları səs- küy gəldiyini eşidib həmin yerə yaxınlaşdıqlarını, bu zaman polis əməkdaşı Sadiqov X2 yaxınlaşaraq özünü təqdim etdikdən sonra söyüş söyməməsini bildirsədə onun tələbinə tabe olmayaraq Etibar hərəkətlərini davam etdirdiyini, Şahid2 Etibarı dəfələrlə nizam intizama dəvət etsədə etibar məhəl qoymayaraq hərəkətlərinə davam etdirdiyini, ondan sonra onun sürücü barəsində qanuni tədbirini gördükdən sonra həmin yerdən uzaqlaşdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X1 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Ordubad rayon Dəstə kəndində 4 N-li postda xidməti vəzifəsini yerinə yetirən zaman, Xidmət mərkəzinin önündə səs-küy eşidib həmin yerə yaxınlaşdığını, bu zaman Ordubad rayon Dəstə kənd sakini Etibar adlı şəxsin YPX-nin əməkdaşı Şahid1la mübahisə etdiyini, onun Etibara YPX nin əməkdaşının işinə müdaxilə etməməsini desə də ona məhəl qoymayaraq hərəkətlərin davam etdirdiyini, o Etibarı həmin yerdən uzaqlaşdırmağa çalışsa da o, ünvansız Rus dilində nalayıq ifadələr işlətməyə başladığını, Etibar onun sinəsindən yapışaraq itələməyə başladığını, o isə dəfələrlə onu nizam intizama dəvət edib söyüş söyməməsini, tabesizlik göstərməməsini bildirsə də onun qanuni tələbinə məhəl qoymayaraq hərəkətlərini davam etdirdiyini, Dəstə kənd sakini Etibar əlavə olaraq burnunun içindən nəciz çıxardaraq sən bundansan deyrək, tutulsam sənin başıva oyun açacam kimi ifadələr işlətməyə başladığını, növbətçi hissəyə zəng edib məruzə etdikdən sonra Əməliyyat-İstintaq qrupu gəlib Etibarı Şöbəyə aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Məhkəmə iclasında Ordubad Rayon Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X5 tərəfindən tərtib edilmiş 23 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ordubad rayonu, Dəstə kəndində xırda xuliqanlıq etmiş və polisin qanuni əmrinə tabe olmamışdır. Bununlada o, ictimai qaydanı kobud surətdə pozmaqla və polisin qanuni tələblərinə tabe olmamaqla Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətdiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati qaydada tutma haqqında 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 11:45-də tutulmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib edən şəxsin, şahid izahatlarını, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsaən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.1-33.1.7-ci maddələrinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq bu hərəkətlərin davam etdirilməsi və həmin hərəkətin sərxoş halda törədilməsi inzibati məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 11:45-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsi ilə 28 (iyirmi səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 11:45-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən : Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-21/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-21/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver