Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 3(080)-22/2025 06.05.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində 22 noyabr 2022-ci il tarixli Bakı şəhəri DYPİ tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası İXM-in 127-ci maddəsinə əsasən İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən 02 iyun 2022-cü il tarixdə Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş TP ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs qərar barədə rəsmi qaydada məlumatlandırılmamış həmçinin Şəxs barəsində olsa da rəsmi qaydada çatdırılması barədə hər hansı sənəd əlavə edilmədiyi və rəsmi qaydada təqdim edilməmiş həmçinin Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol barədə bildiriş yazılmış və ona düzgün olmayaraq protokola baxılması üçün Naxçıvan şəhər Məhkəməsinə göndərildiyi bildirilsə də Protokol Baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir Azərbaycan Respublikası İXM-in 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi barəsində inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməklə məlumatlandırılır. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində 02 iyun 2022-ci il tarixdə Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş, TP ******* nömrəli inzibati xəta haqqında qərar və 22 noyabr 2022-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol barədə Şəxs məlumatlandırılmadığından Azərbaycan Respublikası İXM-in 125.2-ci maddəsinə tələbinə görə inzibati xəta haqqında iş üzrə protokola mahiyyəti üzrə baxılması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə rəsmi olaraq məlumatlanıdırılmadığından və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qaytarılmalıdır Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən göndərilmiş 22 noyabr 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-22/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №3(080)-22/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver