Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-23/2023 27.03.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X6 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil,inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ordubad RPŞ-nin sahə inspektoru Şahid iştirakı ilə, Şəxs xx.xx.1988-ci il tarixdə Ordubad rayonu Nüsnüs kəndində anadan olmuş, Azərbaycanlı ,Azərbaycan Respublikası vətəndaşı, Evli , orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan , Ordubad rayonu Nüsnüs kəndində qeydiyyatda olan və yaşayan. Barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2023-cü ilin mart ayını 17-də həmkəndlisi Niyaməddin ilə birlikdə onun şəxsi mülkiyyətində olan bağında, həmkəndlisi Niyaməddin də olan narkotik vasitədən istifadə etmiş və onun xx.xx.2023-cü il tarixdə tibbi müayinəsi zamanı (tetrahidrokannabinoid ) THC aşkar olunmuşdur. Həmin faktla bağlı Ordubad RPŞ-nin sahə inspektoru Şahid tərəfindən X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə N 008555 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Ordubad rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, 17 mart 2023-cü il tarixdə mən həmkəndlim Niyaməddinə telefonla zəng edərək dedim ki, kənddə olan yasla əlaqədar qəbir üstünə gedəcəm gəl birlikdə sənin avtomobilinlə gedək. Təxminən səhər saat 11 radələrində kənddə xidmət mərkəzinin yanında görüşdük və birlikdə getdik Nüsnüs kənd qəbirstanlığına. Qəbirstanlıqdan qayıdarkən yolda Niyaməddin mənə dedi ki onda bir çəkimlik narkotik vasitə var istəsən gedək çəkək. Məndə razılıq verdikdən sonra ondan soruşdum ki, harada çəkəcəyik Niyaməddin də mənə gedək sizin bağda çəkək. Niyaməddinlə birlikdə mənim Nüsnüs məsçidinin aşağısında yerləşən bağıma gəldik. Maşını bağın yanında saxlayaraq bağın içərisinə daxil olduq. Niyaməddin üzərində gətirdiyi narkotik vasitəni çıxardaraq mənə verdi. Məndə Niyaməddinin verdiyi bükümü açaraq həmin narkotiki əlimin içərisində əzərək üzərimdə olan nazik winiston markalı siqaretə dolduraraq qəbul etdik.. 18 mart 2023-cü il tarixdə o, polis əməkdaşları tərəfindən Y.Budaqov adına Naxçıvan MR X2 tibbi müayinəyə aparılmış və orada X4 narko-test vasitəsi ilə müayinə aparılmış (tetrahidrokannabinoid ) THC aşkar edilmişdir. Hazırda törətdiyi əməlindən peşmandır, səhv etmişdir, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Himayəsində bir azyaşlı uşağı vardır. Odur ki, barəsində cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki 17 mart 2023-cü il tarixdə mən həmkəndlim Niyaməddinə telefonla zəng edərək dedim ki, kənddə olan yasla əlaqədar qəbir üstünə gedəcəm gəl birlikdə sənin avtomobilinlə gedək. Təxminən səhər saat 11 radələrində kənddə xidmət mərkəzinin yanında görüşdük və birlikdə getdik Nüsnüs kənd qəbirstanlığına. Qəbirstanlıqdan qayıdarkən yolda Niyaməddin mənə dedi ki onda bir çəkimlik narkotik vasitə var istəsən gedək çəkək. Məndə razılıq verdikdən sonra ondan soruşdum ki, harada çəkəcəyik Niyaməddin də mənə gedək sizin bağda çəkək. Niyaməddinlə birlikdə mənim Nüsnüs məsçidinin aşağısında yerləşən bağıma gəldik. Maşını bağın yanında saxlayaraq bağın içərisinə daxil olduq. Niyaməddin üzərində gətirdiyi narkotik vasitəni çıxardaraq mənə verdi. Məndə Niyaməddinin verdiyi bükümü açaraq həmin narkotiki əlimin içərisində əzərək üzərimdə olan nazik winiston markalı siqaretə dolduraraq qəbul etdik.. 18 mart 2023-cü il tarixdə o, polis əməkdaşları tərəfindən Y.Budaqov adma Naxçıvan MR X2 tibbi müayinəyə aparılmış və orada narko-test vasitəsi ilə müayinə aparılmış (tetrahidrokannabinoid ) THC aşkar edilmişdir. Hazırda törətdiyi əməlindən peşmandır, səhv etmişdir, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Himayəsində üç azyaşlı uşağı vardır. Odur ki, barəsində cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Y.Budaqov adına Naxçıvan MR X1 25 mart 2023-cü il tarixli 356 saylı tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə tibbi müayinə zamanı Şəxs narkotest vasitəsi ilə müayinə aparılmış (tetrahidrokannabinoid) THC aşkar edilmişdir. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, himayəsində üç azyaşlı övladının və əmlak vəziyyətini nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İşin materiallarına görə Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə azad olunmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələblərinə uyğun inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, həmin normaya görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ordubad Rayon məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-23/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-23/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver