Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-23/2024 05.04.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs xx.xx.1995-ci il tarixdə Ordubad rayonu Sabirkənd kəndində anadan olmuş, Azərbaycanlı ,Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, müvəqqəti işsiz, bitərəf, deməsinə görə 2019-cu ildə inzibati məsuliyyətə cəlb edilmiş, Ordubad rayonu Sabirkənd kəndində qeydiyyatda olan və yaşayan. Barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Aza yol ayrıcında yerləşən duracaqda, olan köşkə yaxınlaşdığını, həmin vaxtı oradan iki dənə siqaret aldığını, bir neçə dəqiqə sonra yenidən onun həmin köşkə yaxınlaşaraq oradan atası üçün iki paçka tütün məmulatı olan “Vant” siqareti almaq istədiyini, həmin köşkün satıcısı Gündüz adlı şəxsin köşkün arxa hissəsində elektirik xətti təmir etdiyini, orada Gündüzdən başqa heç kimi görmədiyini, həmin köşkün önünə yaxınlaşaraq əlini köşkün önündə olan pəncərəyə salaraq köşkdən 60 ədəd “Tap Qazan” lotereyasını oğurlamış, bununla da Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 05 aprel 2024-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında ******* nömrəli protokol baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərəçəkmiş şəxsin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Ordubad rayon Polis şöbəsindən daxil olmuş 05 aprel 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Aza yol ayrıcında yerləşən duracaqda, olan köşkən 60 ədəd “Tap Qazan” lotereyasını oğurlamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ordubad rayon Polis şöbəsinin Biləv polis bölməsinin polis sahə rəisi, polis leytenantı Mircəlal Seyidov məhkəmə iclasında protokolların məzmununa uyğun çıxış edərək bildirmişdir ki, qeyd olunan faktlarla bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir. Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Şəxs ilə barışdığını, buna görə də ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanı ödədiyini nəzərə alıb, ərizə ilə məhkəməyə müraciət edərək Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibinin əlamətləri olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında yazılı ərizəsini təqdim edərək Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 05 aprel 2024-cü il tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatlarını, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Aza yol ayrıcında yerləşən duracaqda, olan köşkdən 60 ədəd “Tap Qazan” lotereyasını oğurlamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs məhkəmə iclas zalından dərhal azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-23/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-23/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver