Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-24/2023 27.03.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs xx.xx.1992-ci il tarixdə Ordubad rayonu Nüsnüs kəndində anadan olmuş, Azərbaycanlı ,Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ortatəhsilli, müvəqqəti işsiz, inzibati məsuliyyətə cəlb edilməmiş, Ordubad rayonu Nüsnüs kəndində qeydiyyatda olan və yaşayan. Barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş 27 mart 2023-cü il tarixli, 008556 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ordubad rayonu Nüsnüs kəndində yaşayan Şəxs üzərində 24 mart 2023-cü il tarixdə çəkisi 2.314 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərdi ki, heç yerdə işləmir, narkotik maddə qurudulmuş marixuana istifadə edir. 24 mart 2023-cü il tarixdə saat 13:10 radələrində atasına məxsus olan “Niva” markalı avtomobillə Ordubad şəhərində “Qapıçıq” restoranın yanına gəlmiş, həmin vaxt əvvəllər polis əməkdaşı kimi tanıdığı Kamran ona yaxınlaşaraq özünü təqdim edərək onunla birlikdə polis şöbəsinə getməsini bildirmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli olduğunu bildirib Ordubad Rayon Polis şöbəsinə gətirmişlər. Ordubad Rayon Polis şöbəsində hal şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt onun üzərində tanımadığı şəxsdən özü istifadə etməkdən ötrü aldığı bir ədəd kağıza bülükmüş narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Hazırda törətdiyi əmələ görə peşmandır, əməlindən peşman olmasını nəzərə alınmasını xahiş edib barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İşdə olan Ordubad RPŞ-nin istintaq və təhqiqat qrupunun baş müstəntiqi polis kapitanı Coşqun Əmirov tərəfindən qəbul edilmiş 25 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surətinin Ordubad Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi 24 mart 2023-cü il tarixli HK-1/25 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd kağız paketin içərisindəki, 04 ədəd bükümdə ümumi təmiz çəkisi-2,314 qram olan bitki mənşəli kütlə narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, cinayət işinin rədd edilməsi haqqında qərar, inzibai xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən peşman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində iş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İş materillarında olan Ordubad Rayon Polis Şöbəsinin polis sahə inspektoru polis kiçik leytinantı Şahid tərəfindən qəbul edilmiş şübhəli şəxsin tutulması haqqında qərarlardan görünür ki, Şəxs 27 mart 2023-cü il tarixdə saat 16:30-da tutulmuş, saat 17:30-da azad edilmişdir. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla oğlunun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə məvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 2.294 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-24/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-24/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver