Məhkəmə qərarları › İş №3(080)-24/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-24/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-24/2024 23.04.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs:- xx.xx.1995-cı ildə Ordubad rayon Vənənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,orta təhsilli, ailəli ,1 uşaq atası, müvəqqəti işsiz, Ordubad rayon Vənənd kəndində qeydiyyatda olan Bakı şəhər Bakıxanov qəsəbəsində yaşayan Barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ordubad Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 23 aprel 2024-ci il tarixdə Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İddiaçı "xxxx"MMC-in cavabdeh Şəxs qarşı iddia tələbi ilə bağlı Ordubad Rayon Məhkəməsinin 2(008)-110/2023 nömrəli, 02 iyun 2023-ci il tarixli qərarına əsasən Ordubad Rayon Məhkəməsinin 2(008)-110/2023 nömrəli, 09 avqust 2023-ci il tarixli icra sənədinə əsasən iddiaçı "xxxx"MMC-in cavabdeh Şəxs 11300.78(on bir min üç yüz manat, yetmiş səkiz qəpik ) manat qismində əsas borcun və 1000(bir min) manat cərimə borcunun tutulması barədə qərar çıxarılaraq icra vərəqəsi verilmişdir. İcra sənədi 09 avqust 2023-cü il tarixdə Ordubad Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuş və 11 avqust 2023-cü il tarixdə icraata başlamaq haqqında qərara qəbul olunmuş və qərar məlumat üçün tərəfə göndərilmişdir. Həmin qərarların və və tələbin könüllü icrası barədə bildirişdə borclu cavabdeh Şəxs tələbin könüllü təmin edilməsi təklif olunmuş və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Şəxs icra sənədi üzrə tələbi tam təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmışdır . Borcu Şəxs Ordubad rayon İcra və Probasiya bölməsinə 23 aprel 2023-cü il tarixdə məcburi qaydada gətirilmişdir. Şəxs 12300.78 manat borcu var. R. Salmanova tələbin təmin edilməsi üçün dəfələrlə xəbərdarlıq edilmiş, o, tələbi təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirmişdir ki, tələbkar “"xxxx" MMC-in -in borc tələbinə dair Ordubad Rayon Məhkəməsinin 2(008)-110/2023 nömrəli, 02 iyun 2023-ci il tarixli qərarı üzrə 11 avqust 2023-cü il tarixdə icraata başlamaq haqqında qərarla onun barəsində Ordubad Rayon İcra və Probasiya bolməsində icraat başlanılmış, icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti, tələbin könüllü icrası barədə bildiriş ona göndərilmiş, tələbin icrasının könüllü təmin edilməsi təklif edilmiş, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Onun iddiaçı Veysəloğlu” MMC-yə 12300.78 manat borcu var. İşləmir, borcunu ödəyə bilmir. Hazırda da maddi imkanı yoxdur, İcra məmurunun qanuni tələblərini yerinə yetirə bilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında həmçinin inzibati xəta törətdiyinə görə peşiman olduğunu, işləyib borcunu ödəyəcəyini bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Təqdimat verən Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru X3 borclu Şəxs barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati materialı araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən onun Şəxs borcunun olmasını, və Ordubad Rayon Məhkəməsinin qərarından sonra uzun müddətdir ki, borcundan heç bir ödəniş etməməsini və borcun ödənilməsi üzrə məsuliyyətsiz davranmasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o,8 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 8 (səkkiz ) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 23 aprel 2024-cü il, saat 17:30-dan hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar