Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-25/2025 30.04.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, Ordubad Rayon Polis Şöbəsinin,İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ordubad şəhər H.Əliyev prospekti 68,mənzil 13 ünvanında qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ordubad Rayon Polis Şöbəsinin,İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törədilməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində 30 aprel 2025-cü il tarixdə Ordubad Rayon Polis Şöbəsinin,İTBnin polis sahə rəisi X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 27 mart 2025-cü il tarixdə Ordubad şəhərində Şəxs, Zərərçəkmiş şəxs ayaq nahiyyəsindən təpiklə vuraraq ona qəsdən fiziki ağrı yetirmişdir.. Bununla da onun tərəfindən İXM-in 157-ci maddəsində ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Faktla bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Ordubad Rayon Polis Şöbəsinin ***-**-** xidmət telefonuna müraciət edərək, Ordubad şəhər sakini Şəxs ayaq nahiyyəsindən təpiklə vuraraq onu döydüyünü bildirmiş Ordubad Rayon Polis Şöbəsinin İstintaq-Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Turab Rzayev tərəfindən araşdırma aparılmış və 26 aprel 2025-cü il tarixli qərar qəbul edilmiş Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 86 ,212 və 39.1.2-ci maddələrinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Ordubad Rayon Polis Şöbəsinin, İTBnin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs ifadəsində göstərdi ki, qeyd olunan əməl üzrə özünü təqsirli bilmir. Belə ki, o Zərərçəkmiş şəxs döyməmişdir. xx.xx.2025-ci il tarixdə saat 22 radələrindəhəyat yoldaşım Əhliyə Məmmədova ilə aramızda ailədaxili mübahisə yaranmışdı. Bu səbəbdən Əhliyə evdən çıxıb getmək istədiyini mənim diqqətimə çatdırdı. Daha sonra həyat yoldaşım bu hal barədə əmisi Zərərçəkmiş şəxs məlumat vermişlər. Həmin gün saat 22:30 radələrində Zərərçəkmiş şəxs yaşadığım evin önünə gəldi. O, mənim həyat yoldaşım Əhliyə ilə aramızda yaranmış mübahisə ilə bağlı mənə irad bildirdi. Daha sonra Zərərçəkmiş şəxs mənə “sənin ağzını cıraram”ifadələrini işlətdi. Mən bu haldan narazı qalaraq onunla sözlü mübahisə etdim. Mübahisə zamanı Zərərçəkmiş şəxs həyat yoldaşım və oğlumu aparma istədiyini bildirdi. Daha sonra həyat yoldaşım və oğlum Amir yaşadığımız evdən çıxaraq əmisi Zərərçəkmiş şəxsla birlikdə oradan uzaqlaşdılar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Gənzə kəndində yaşadığım evdə idim. Həmin vaxt qardaşım Elman Məmmədov Bakı şəhərində yaşadığından övladı Əhliyə Məmmədovanın həyat yoldaşı Şəxs tərəfində döyüldüyünü bildirərək məndən qızı Əhliyəni yaşadığım evə gətirməyimi istədi. Mən qardaşım qızı X3 şəhərində yaşadığı mənzilin önünə getdim. Bu zaman mən yenidən qardaşım Elmana zəng edərək onun qızı Əhliyəni yaşadıqları mənzilin önündə gözlədiyimi onun diqqətinə çatdırmasmı bildirdim.Təqribən bir neçə dəqiqə orada gözlədim. Lakin qardaşım qızı Əhliyənin gəlmədiyini görərək mənzilin blokuna daxil oldum. Bu zaman Əhliyə və həyat yoldaşı Elvinin aralarında sözlü mübahisə etdiklərini görərək onları sakitləşdirməyə çalışdım. Həmin vaxt Elvin üzərimə hucum çəkərək mənim ünvanıma nalayiq ifadələr işlədib, mənim sağ diz nahiyəmdən təpiklə vuraraq məni döydü. Daha sonra Şəxs atası Ələsgər adlı şəxs onun sakitləşdirərək yaşadığı evinə apardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə marketdən, yaşadığım evə gələn zaman binanın önündə avtomobil dayandığını və yanında iki nəfərin dayanaraq qonşumuz Ələsgər usta ilə söhbət etdiklərini gördüm. Həmin tanımadığım şəxsləri Ələsgər usta yuxarı evə qalxmalarını, binadır ayıbdı deməsini eşitdim. Həmin şəxslər yuxarı mərtəbiyə qalxdıqdan sonra həmin şəxslərdən birinin, qonşum Şəxs “ağzını cıraram sənin, sənə gününü göstərərəm” deməsini eşidib yuxarı mərtəbəyə qalxaraq, həmin şəxsə ayıb olduğunu bildirərək aşağıya yendirdim. Şahid ifadəsində Ordubad rayon Gənzə kənd sakini Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsini görmədiyini ifadəsində bildirdi. Məhkəmə Şəxs dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və pataloji Anatomiya Birliyi” X9 tərəfidnən verilmiş 28 mart 2025-ci il tarixli 59 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində, eləcədə ayaq nahiyyəsində xəsarət və ya xəsarət izi aşkar ediməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Yenə də həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakteri məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibatidelikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra- Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsinə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qaişi iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olubolmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 mart 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXM-nin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan səxsin, zərərçəkmiş səxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Məhkəmə iclasında Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində Ordubad rayon Gənzə kənd sakini Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsini görmədiyini ifadəsində bildirmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs təhqiqtda verdiyi izahatında Şəxs onun sağ diz nahiyəsindən təpiklə vuraraq onu döydüyünü bildirsə də, iş üzrə Məhkəmə-Tibbi Ekspertiza və pataloji Anatomiya Birliyi” X9 tərəfidnən verilmiş 28 mart 2025-cü il tarixli 59 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs bədən səthi üzərində, eləcədə ayaq nahiyyəsində xəsarət və ya xəsarət izi aşkar olması müəyyən edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-25/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-25/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver