Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-26/2024 10.05.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Əsədov Aqil Akif oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Ordubad rayon X6 Bolis Bölməsinin sahə rəisi polis leytenantı X1, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1998-cı ildə Ordubad rayon Aza kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, müvəqqəti işsiz , Ordubad rayon Aza kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ordubad rayon X7 Bolis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* №li, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs Zərərçəkmiş şəxs2 döş qəfəsi nahiyəsindən yumruq zərbəsi vuraraq döymüşdür. Ordubad rayon X6 Bolis Bölməsinin tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Ordubad rayon X6 Bolis Bölməsinin polis sahə rəisi, X2 bildirdi ki, Şəxs , şəxsi münaqişə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs2 döş qəfəsi nahiyəsindən yumruq zərbəsi vuraraq döymüşdür. Ordubad RPŞ-nin İTQ-nun baş müstəntiqi, polis kapitanı Coşqun Əmirov tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdi və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilən şəxs Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olduğunu, həmin vaxt qonşusu Muradın onun həyətyanı sahəsinin ətrafında xırdabuynuzlu heyvanlarını otardığını, bir neçə dəqiqə sonra Muradın onun həyətinin yaxınlığında otardığı heyvanlardan bir neçəsinin onun həyətyanı sahəsinə girdiklərini, Murada heyvanlarını həyətindən kənarda otarmasını, həmin vaxt Mərhəmətin oraya gəldiyini, ona qarşı nalayiq ifadələr işlətməyə başladığını, daha sonra Mərhəmədin yerdə olan daş parçasım əlinə götürüb ona tərəf atdığını, daş parçasının onun kürək nahiyyəsindən dəydiyini, bu zaman Mərhəmətin bağırtı səslərinə qardaşı Fəridin oraya gəldiyini, Mərhəmətin telefonla polis əməkdaşına zəng edərək oğlu Muradın döyüldüyünü, Mərhəmətin Fərid və Səidin ünvanina nalayiq ifadələr işlətdiyini, Fəridlə birlikdə oradan uzaqlaşaraq yaşadıqları evə getdiklərini ifadəsində bildirmişdir. Zərərçəkmiş şəxs2 qanuni mümayəndəsi Zərərçəkmiş şəxs1 iştirakı ilə izahat vermiş və izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində xırdabuynuzlu heyvanlarını yaşadıqları evin arxasında qardaşı Turan ilə otararkən Şəxs ona yaxınlaşaraq “ heyvanlarınızı mənim həyətimin yanında otarma mənim həyətimə girər” bildirmiş o isə həmin ərazinin onlara aid olan sahə olduğunu bildirmiş, bu zaman Səid onun sinə nahiyyəsindən yapışaraq yumruq zərbəsi vuraraq kənara itələdiyini ifadəsində bildirmişdir. Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində ailəli 2 övladının olduğunu, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində təsərrüfatında olan xırdabuynuzlu heyvanlarını azyaşlı övladları, Turan və Zərərçəkmiş şəxs2 önlərinə ötürüb yaşadığı evin arxasından keçən yolda otarmalarını, bir neçə dəqiqə sonra Turanın evə gəldiyini, Məmmədin heyvanları otardığını, bir neçə dəqiqə sonra Məmmədin bağırtı səsini eşitdiyini, evdən çölə çıxdığını, evinin arxasındakı yola getdiyini, Şəxs onun ünvanına nalayiq ifadələr işlətdiyini, Məmmədin sinə nahiyyəsindən yapışdığını, onu döyəcəyini bildirdiyini, Səiddən Murada qarşı etdiyi hərəkətin səbəbini soruşduğunu, ona, “bura mənim həyətimin yaxınlığıdı, uşaqların burada heyvan otarmasınlar. Heyvanların mənim həyətimə girir” ifadələrini işlətdiyini, Şəxs əlini Məmmədin sinəsindən çəkdiyini, onun Səidə "bura sənin həyətin deyil, heyvanlarımı burada otaracağam” sözünü dediyini, Məmmədlə birlikdə heyvanları orada otardığını, sonra, heyvanları həmin yerdən çıxardığını ifadəsində bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində Zərərçəkmiş şəxs1 ilə qonşu olduğunu, Mərhəmətin Səid və anası ilə bir neçə dəfə səbəbsiz yerə mübahisə etdiyini, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Səidin həyətində təsərrüfat işləri ilə məşğul olduğunu, X5 mübahisə etdiklərini, onların yanına getdiyini, Mərhəmətin bağıraraq Səidin ünvanına nalayiq ifadələr işlətdiyini, Mərhəmətin mobil telefon vasitəsi ilə polisə Səidin Muradı döydüyünü, daha sonra Səidlə birlikdə oradan uzaqlaşaraq evə getdiklərini, ifadəsində bildirmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin “məhkəmə-tibbi ekspertizası təyin edilmiş, alınmış xx.xx.2024-cü il tarixli, 718 nömrəli rəydə Zərərçəkmiş şəxs2 bədən səthi üzərindəki xəsarətlər, döş qəfəsinin ön divarının sol yarısında qançır, qançırın küt əşyanın təsirindən törədilə biləcəyini, eləcədə yumruq zərbəsinin müvafiq nahiyəyə çırpılması nəticəsində törənə biləcəyini, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətala haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədiməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi sübuta yetirilmədiyindən və onun barəsində inzibati xəta tərkibi olmadığından, Şəxs barəsində başlamış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, inzibati xəta hadisəsinin olmadığını məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadələri ilə təsdiqini tapır. Həmçinin Zərərçəkmiş şəxs2 və qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 inzibati icraat aparılarkən verdiyi ifadələrində Şəxs Zərərçəkmiş şəxs2 sinə nahiyyəsindən yapışdığını və onu kənara itələdiyini lakin onu vurduğunu ifadələrində müəyən olunmur, lakin məhkəmə iclasında Şəxs, Zərərçəkmiş şəxs2 yumruq zərbəsi ilə vurduğunu bildirmişlər.Göründüyü kimi zərərçəkmiş və qanuni nümayəndinin hadisə ilə bağlı ifadələri ziddiyət təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Şəxs, Zərərçəkmiş şəxs2 döyməsi faktı təsdiqini tapmadıından və inzibati xəta hadisəsi olmadığından, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata, Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 53, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ordubad Rayon məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-26/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-26/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver