Məhkəmə qərarları › İş №3(080)-26/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-26/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-26/2025 30.04.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Əhmədli Əliağa Hüseyn oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Ordubad Rayon Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X4 və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, maşın ustası işləyən,Ordubad şəhəri, H.Əliyev Prospekti 68,mənzil 13 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ordubad rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* №li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Ordubad rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Ordubad Rayon Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törədildiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət olunmuş Zərərçəkmiş şəxs Ordubad rayonu Gənzə kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Ordubad şəhər Heydər Əliyev prospekti 65 ünvanında yaşayır. 2019-cu il tarixdə Ordubad şəhər sakini Şəxs ilə ailə həyatı qurmuş, həmin evlilikdən 1 övladları vardır. Elvinlə ailə həyatı qurduğu gündən bu günə qədər o, heç bir səbəb və əsas olmadan onu təhqir edərək döymüşdür. Həyat yoldaşı Şəxs ilə heç bir ədavəti yoxdur. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində yuxarıda qeyd edilən ünvanda evdə olduğu zaman 2020-ci il təvəvllüdlü oğlu Amir Mustafazadə qonşuluğunda yaşayan qayınatası Şahid evinə getmişdir. O, həmin vaxt oğlunu evə gəlməsi üçün səsləmiş, həmin vaxt həyat yoldaşı Elvin onu, oğlunu səsləməməyi üçün xəbərdarlıq etmiş, o yenidən oğlunu səsləmiş, bu zaman həyat yoldaşı Şəxs heç bir səbəb və əsas olmadan onun kürək nahiyəmdən qəsdən bir yumruq zərbəsi vurmuşdur. Daha sonra onu otağa apararaq baş və bədəninin müxtəlif nahiyələrindən yumruq və sillə zərbələri ilə döyməyə başlamışdır. Daha sonra qaynatası Şahid və qayınanası Sabirə Mustafayeva yaşadıqları evə gələrək Elvini ondan aralaşdırmışdılar. Daha sonra bu hal barədə atasına zəng edərək məlumat vermişdir. Qeyd edilən hadisə baş verən zaman yuxarıda adları qeyd edilqn şəxslərdən başqa orada heç kim olmadığını, Elvin onun həyat yoldaşı olduğunu, uşağının atası olduğunu, onun inzibati qaydada həbs olmasına razı olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, Ordubad şəhər Heydər Əliyev prospekti 65 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. 2019-cu il tarixdə Ordubad rayon Gənzə kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin evlilikdən 1 övladı vardır. Həyat yoldaşı Zərərçəkmiş şəxs ilə heç bir ədavəti yoxdur. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində yuxarıda qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə evdə olduqda oğlu Amir Mustafazadə qonşuluqda yaşayan atası Şahid evinə getmiş, həyat yoldaşı həmin vaxt oğlunu evə gəlməsi üçün səslədikdə ona yüksək səslə bağırmaması üçün xəbərdarlıq etdiyini, lakin Əhliyə yüksək səslə “evə gəl, onlar səni yola vermir, səni döyürlər” ifadələrini işlətdiyini, bu haldan narazı qalaraq Əhliyənin qollarından tutub sıxaraq evə tərəf çəkdiyini, daha sonra Əhliyə ilə aralarında mübahisə yarandığını, həmin vaxt atası Şahidlə anası Sabirə Mustafayeva yaşadıqları evə gələrək onları aralaşdırmışlar. Bundan əlavə olaraq evlərində həyat yoldaşıyla aralarında yaranan mübahisə zamanı Əhliyənin qolundan tutub otağa apararkən Əhliyəyə heç bir yumuruq zərbəsi vurmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 izahatında övladı Şəxs ilə bir blokda ayrı-ayrı mənzillərdə yaşadıqlarını, Ordubad rayon Gənzə kənd sakini X2 övladı Elvin barəsində Ordubad rayon Polis Şöbəsinə ünvanladığı şikayət məlumatı ilə tanış olduğunu, onunla heç bir ədavəti olmadığını, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində oğlu Elvinlə gəlini Əhliyənin bağıraraq sözlü mübahisə etdiklərini eşitdiyini, həmin vaxt o yaşadığı mənzilin blokuna çıxaraq oğlu Elvini və gəlini Əhliyəni sakitləşdirməyə çalışmışdır. Lakin oğlu Elvin aralarında olan sözlü mübahisəni davam etmələri üçün gəlini Əhliyənin qollarından tutaraq onu evə çəkmişdir. Bu zaman gəlini Əhliyənin əmisi Leysan adlı şəxsin bloka daxil olaraq Əhliyədən onunla getməsini istəmişdir. Gəlini Əhliyə isə əmisi Leysan adlı şəxslə birlikdə gedəcəyinə razılıq vermişdir.Bu səbəbdən oğlu Elvinlə gəlini Əhliyənin əmisi Leysan adlı şəxslə aralarında sözlü mübahisə yaranmışdır. Həmin vaxt oğlu Elvin və Leysan adlı şəxs biri birlərinin üzərinə hucum çəkdikdə onları sakitləşdirərək oradan kənarlaşdırmışdır. Təqribən bir neçə dəqiqə keçdikdən sonra gəlini Əhliyə və nəvəsi Amir yaşadıqları evdən çıxaraq əmisi Leysan Məmmədovla birlikdə oradan uzaqlaşmışdılar. İşdə olan Ordubad RPŞ-nin İTQ-nun təhqiqatçısı, polis kapitanı Turab Rzayev tərəfindən xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qərar qəbul olunmuşdur. İşdə olan məhkəmə-tibbi ekspertizasının 60 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənin və döşün küt alət ilə qəsdən travması diaqnozu ilə Naxçıvan MR X7 Şəxsin Travmatologiya şöbəsinə daxil olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Rentgenoloji müayinədən keçirilmiş ona “Ağciyərlərdə və qabırğaların sümük hissələrində kobud travmatik dəyişiklik izlənmədi” diaqnozu qovulmuşdur Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ordubad Rayon məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar