Məhkəmə qərarları › İş №3(080)-27/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-27/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-27/2024 10.05.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Əsədov Aqil Akif oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Ordubad rayon X7 Bolis Bölməsinin sahə rəisi polis leytenantı X1, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Ordubad rayon Aza kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli,evli,müvəqqəti işsiz,Ordubad rayon Aza kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ordubad rayon X8 Bolis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* №li, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə sillə zərbəsi vurmuşdur. Ordubad rayon X7 Bolis Bölməsinin tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Ordubad rayon X7 Bolis Bölməsinin polis sahə rəisi, X2 bildirdi ki, Şəxs, şəxsi münaqişə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs sifət nahiyəsinə sillə zərbəsi vurmuşdur. Ordubad RPŞ-nin İTQ-nun baş müstəntiqi, polis kapitanı Coşqun Əmirov tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdi və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilən şəxs Şəxs bildirdi ki, ailəli 2 övladının olduğunu, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində təsərrüfatında olan xırdabuynuzlu heyvanlarını azyaşlı övladları, Turan və Məmməd Niftəlizadənin önlərinə ötürüb yaşadığı evin arxasından keçən yolda otarmalarını, bir neçə dəqiqə sonra Turanın evə gəldiyini, Məmmədin heyvanları otardığını, bir neçə dəqiqə sonra Məmmədin bağırtı səsini eşitdiyini, evdən çölə çıxdığını, evinin arxasındakı yola getdiyini, Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətdiyini, Məmmədin sinə nahiyyəsindən yapışdığını, onu döyəcəyini bildirdiyini, Səiddən Murada qarşı etdiyi hərəkətin səbəbini soruşduğunu, ona, “bura mənim həyətimin yaxınlığıdı, uşaqların burada heyvan otarmasınlar. Heyvanların mənim həyətimə girir” ifadələrini işlətdiyini, Zərərçəkmiş şəxs əlini Məmmədin sinəsindən çəkdiyini, onun Səidə "bura sənin həyətin deyil, heyvanlarımı burada otaracağam” sözünü dediyini, Məmmədlə birlikdə heyvanları orada otardığını, sonra, heyvanları həmin yerdən çıxardığım, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə istirahət etdiyini, həmin vaxt evinin internet xəttinin kəsildiyini, yaşadığı evin pəncərəsindən qonşusu Raqib adlı şəxsin həyəti istiqamətində baxdığını, orada digər qonşuları Səid qardaşı Fəridin birlikdə dayandıqlarını, telefon xəttinin kəsilməsində Səid və qardaşı Fəriddən şübhələndiyini, bunun üçün sahə rəisi Mircavada zəng etdiyini, ona məsələ haqqında məlumat verdiyini, Mircavada telefon xəttimin Raqib adlı şəxsin həyətində qırıla biləcəyini, onu təmir etmək üçün Raqibin həyətinə daxil olmaq istədiyini, Mircavadın ona "özün bilərsən istəsən get bağla, istəməsən getmə” sözlərini işlətdiyini, Mircavadla telefonla danışa-danışa Məmmədlə birlikdə Raqib adlı şəxsin həyətinə getdiklərini, orada Səid və Fəridlə qarşılaşdıqlarını, həmin vaxt Səidin ona “siz niyə bura gəlmisiniz, bura bizim həyətimizdir” ifadələrini işlətdiyini, “bura sizin həyət deyil, bura Raqibin həyətidir” ifadələrini işlətdiyini, həmin vaxt orada digər şəxslərin olmadığını, Səidin onun ünvanına nalayiq ifadələr işlətməyə başladığını, Səidin nalayiq ifadələrindən sonra Mərhəmətin Səidin sifət nahiyyəsindən bir şillə vurduğunu, məsələ haqqında Mircavada məlumat verdiyini, bu zaman Fərid və Zərərçəkmiş şəxs Məmmədi döydüklərini, daha sonra Məmmədlə birlikdə yaşadığı evə getdiklərini bildirmişdir. Şəxs məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət olunmuş Zərərçəkmiş şəxs ifadəsində Mərhəmət Tahir qızının onunla qonşu olduğunu, Mərhəmətin onunla, qardaşı Fəridlə və anası ilə bir neçə dəfə səbəbsiz yerə mübahisə etdiyini, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olduğunu, həmin vaxt qonşusu Muradın onun həyətyanı sahəsinin ətrafında xırdabuynuzlu heyvanlarını otardığını, bir neçə dəqiqə sonra Muradın onun həyətinin yaxınlığında otardığı heyvanlardan bir neçəsinin onun həyətyanı sahəsinə girdiklərini, Murada heyvanlarını həyətindən kənarda otarmasını, həmin vaxt Mərhəmətin oraya gəldiyini, ona qarşı nalayiq ifadələr işlətməyə başladığını, daha sonra Mərhəmədin yerdə olan daş parçasım əlinə götürüb ona tərəf atdığını, daş parçasının onun kürək nahiyyəsindən dəydiyini, bu zaman Mərhəmətin bağırtı səslərinə qardaşı Fəridin oraya gəldiyini, Mərhəmətin telefonla polis əməkdaşına zəng edərək oğlu Muradın döyüldüyünü, Mərhəmətin Fərid və Səidin ünvanina nalayiq ifadələr işlətdiyini, Fəridlə birlikdə oradan uzaqlaşaraq yaşadıqları evə getdiklərini, xx.xx.2024-cü il tarixdə saat 20 radəiərində yaşadığı evin həyətyanı sahəsində telefon fiəşinin yandığını, qardaşı Fəridlə birlikdə həyətə endiklərini, həmin vaxt Mərhəmətlə Məmmədin onun həyətində olduqlarını, Mərhəmətin telefonda Mircavadla danışdığılnı, Mərhəmətə “həyətimizə nə üçün girmisən” sözünü dediyini, Mərhəmətin ona cavab verməyərək, telefonda Mircavadla danışmağa davam etdiyini, ondan təkrarən həyətinə nə üçün girdiyini, həmin vaxt Mərhəmətin onun sifət nahiyyəsindən bir sillə vurduğunu, ayağını Raqib adlı şəxslə onun həyətini ayıran metal məftilə qoyaraq qonşunun həyətinə daxil olduğunu, orada telefonla Mircavada onun və oğlunun Səid tərəfindən döydüyünü, Mərhəmətin qolundan yapışdığını, ona həyətindən çölə çıxmağını bildiriyini, X4 döymədiyini, daha sonra Fəridlə birlikdə oradan uzaqlaşaraq yaşadı evə getdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində Şəxs ilə qonşu olduğunu, Mərhəmətin Səid və anası ilə bir neçə dəfə səbəbsiz yerə mübahisə etdiyini, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Səidin həyətində təsərrüfat işləri ilə məşğul olduğunu, X6 mübahisə etdiklərini, onların yanına getdiyini, Mərhəmətin bağıraraq Səidin ünvanına nalayiq ifadələr işlətdiyini, Mərhəmətin mobil telefon vasitəsi ilə polisə Səidin Muradı döydüyünü, daha sonra Səidlə birlikdə oradan uzaqlaşaraq evə getdiklərini, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Səidlə birlikdə yaşadığı evin həyətyanı sahəsində telefon fiəşinin yandığının gördüklərini, Səidlə birlikdə həyətə endiklərini, həmin vaxt Mərhəmətlə Məmmədin onun həyətində olduğunu, Mərhəmətin telefonda Mircavadla danışdığını, Səidin Mərhəmətə “həyətimizə nə üçün girmisən” sözünü dediyini, Mərhəmətin Səidə cavab vermədiyini, ondan təkrarən həyətində nə etdiyini soruşduğunu, həmin vaxt Səidin sifət nahiyyəsindən bir sillə vurduğunu, ayağını digər qonşusunun həyətini ayıran metal məftilə qoyaraq qonşunun həyətinə daxil olduğunu, orada telefonla Mircavadla danışdığını, ona Səidlə Fəridin onu və Məmmədi döydüyünü, həmin vaxt Səidin Mərhəmətin qolundan yapışaraq həyətindən çıxmasını bildirdiyini, onun Mərhəmətlə Məmmədi döymədiyini, daha sonra Səidlə birlikdə oradan uzaqlaşaraq yaşadıqları evə getdiklərini bildirmişdir. İşdə olan Ordubad RPŞ-nin İTQ-nun baş müstəntiqi, polis kapitanı Coşqun Əmirov tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin "məhkəmə-tibbi ekspertizası təyin edilmiş, alınmış xx.xx.2024-cü il tarixli, 721 nömrəli rəydə Zərərçəkmiş şəxs bədən səthi üzərindəki xəsarətlər sağ bazunun yuxarı 1/3 hissəsinin ön-içəri səthində 2 ədə qançır, qançırların küt əşyanın təsirindən törənə biləcəyi, həmçinin əl zərbəsinin müvafiq nahiyəyə çırpılması nəticəsində yarana biləcəyi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qərar qəbul olunmuşdur. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 721 nömrəli rəydə Zərərçəkmiş şəxs bədən səthi üzərindəki xəsarətlər sağ bazunun yuxarı 1/3 hissəsinin öniçəri səthində 2 ədə qançır, qançırların küt əşyanın təsirindən törənə biləcəyi, həmçinin əl zərbəsinin müvafiq nahiyəyə çırpılması nəticəsində yarana biləcəyi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ordubad Rayon məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar