Məhkəmə qərarları › İş №3(080)-29/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-29/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-29/2025 29.05.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 30.01. 1986-cı il tarixdə Ordubad Rayonu Yuxarı Əndəmic kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, müvəqqəti işsiz, Ordubad Rayonu Yuxarı Əndəmic kəndində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Ordubad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İnzibati xəta haqqında işin materiallarından müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 27 may 2025-ci il tarixdə, saat 01:45 radələrində Aza kəndində yeməkxanada ictimai qaydanı pozmuş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 27 may 2025-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında ******* nömrəli protokol baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Ordubad rayon Aza kəndində yerləşən kafedə yeyib içdikdən sonra kefləndim. Kefləndikdən sonra həmin kafedə işləyən qızla oynamağa başladım. İçkili olduğumdan ünvansıs söyüş söyməyə başladım. Bir müddət keçdikdən sonra həmin kafeyə gələn polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edib, həmin yerin ictimai yer olduğunu söyüş söyməməyini bildirmiş, Şəxs ona məhəl qoymayaraq kefli olduğundan söyüş söyməyə davam etmişdir. Hərəkətlərindən çox peşmanır, ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında protokolu tərtib edən Ordubad Rayon polis şöbəsinin Polis Sahə rəisi polis leytenantı X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 01:30 radələrində Ordubad RPŞ-nin PPXT-nin polis nəfəri Şahid1 şöbənin xidməti telefonuna zəng edərək Ordubad Rayonu Yuxarı Əndəmic kənd sakini Şəxs sərxoş vəziyyətdə Aza kəndində yeməkxanada səs-küy salaraq nalayiq ifadələr işlədərək narahatçılıq yaratması , Şahid1 ona ictimayi yerdə nalayıq ifadə işlədib səs küy salmağın məsuliyyəti olduğunu bildirmiş, onu dəfələrlə nizam intizama dəvət etsə də ona məhəl qoymayaraq hərəkətlərini davam etdirdiyi barədə məlumat vermiş, məlumatla əlaqədar əməliyyat istintaq qurupu hadisə yerinə göndərilmiş, Şəxs saxlanılaraq Ordubad rayon Polis Şöbəsinə gətirilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 izahatında bildirmişdir ki, 27.05 2025-ci il tarixdə 15JV1 postda xidməti vəzifəsini yerinə yetirən zaman, saat təxminən 01:45 radələrində postun yaxınlığında kafedən nalayıq ifadələr eşidib, həmin yerə getmiş, kafedə bir nəfər şəxsin ünvansız nalayıq ifadələr işlədərək səs küy saldığını görmüş, həmin şəxsə yaxınlaşıb özünü təqdim etdikdən sonra ictimayi yerdə nalayıq ifadə işlədib səs küy salmağın məsuliyyəti olduğunu bildirmiş, onu dəfələrlə nizam intizama dəvət etsə də ona məhəl qoymayaraq hərəkətlərini davam etdirdiyindən bu barədə şöbənin xidməti telefonuna zəng edərək məlumatlandırmış, əməliyyat istintaq qurupu hadisə yerinə gələrək Şəxs Ordubad Rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində izahat vermiş X2 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Ordubad rayon Polis şöbəsində xidməti vəzifəsini yerinə yetirən zaman, saat təxminən 01:30 radələrində Ordubad rayon X4 hissəsindən Ordubad rayon Aza kəndində yerləşən kafedə içtimai qaydanın pozulması və kafedə bir nəfər şəxsin ünvansız nalayıq ifadələr işlədərək səs küy saldığı, həmin şəxsə dəfələrlə nizam intizama dəvət etsələr də polis işçisinə məhəl qoymayaraq hərəkətlərini davam etdirdiyi bildirildiyini, əməliyyat -İstintaq qrupu tam şəkildə həmin ünvana getdiklərini, həmin ünvanda Ordubad rayon Yuxarı Əndəmic kənd sakini Şəxs içkili halda ünvansız nalayıq ifadələr işlətdiyini gördüklərini, Şəxs Ordubad rayon Polis Şöbəsinə gətirdiklərini, Şöbədə Şəxs üzərinə şəxsi axtarış aparmaq istədikdə səs-küy salaraq tabesizlik etməyə başladığını, Şəxs dəfələrlə nizam intizama dəvət etsələrdə onlara məhəl qoymayaraq tabesizlik göstərməyə davam etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 eyni məzmunlu izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, o cümlədən həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 27 may 2025-ci il tarixdə saat 12:45-də tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 15 (on beş ) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 27 may 2025-ci il tarixdə saat 12:45-dən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar