Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-30/2025 05.06.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Ordubad Rayonu Aza kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, müvəqqəti işsiz, Ordubad Rayonu Azadkənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Ordubad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İnzibati xəta haqqında işin materiallarından müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 05 iyun 2025-ci il tarixdə, saat 00:30 radələrində Azadkənd yeməkxanasında ictimai qaydanı pozmuş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 05 iyun 2025-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında ******* nömrəli protokol baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 05 iyun 2025-ci il tarixdə təxminən gecə saat 00:30 radələrində Ordubad rayon Aza kəndində yerləşən kafedə içki içdikdən sonra sərxoş halda ucadan ünvansız nalayıq ifadələr işlətmiş, daha sonra kafenin sahibi Elşad Ordubad rayon Polis Şöbəsinə zəng vuraraq polisləri çağırmış, Polislər isə oraya gələrək ona səs küy salmamağını və nalayıq ifadələr işlətməməyini və dəfələrlə nizam intizama gəlməyini bildirsələrdə onlara məhəl qoymayaraq hərəkətlərinə davam etmişdir. Daha sonra Şəxs polislərin xidməti maşınlarına minərkən maşının qapısını təpikləyərək onlara maneçilik törətmişdir. Hərəkətlərindən çox peşmanır, ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında protokolu tərtib etmiş Ordubad Rayon sahə rəisi polis kiçik leytenantı X2 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:55 radələrində Ordubad rayon Aza kəndində yerləşən kafenin sahibi Şahid1 Şöbənin xidməti telefonuna zəng edərək Şəxs sərxoş halda ünvansız nalayıq ifadələr işlətdiyini və ucadan səsküy saldığını bildirmiş, onlar isə dərhal əməliyat istintaq qurupu olaraq hadisə yerinə gedərək orada Şəxs sakitləşdirmək isdəyərkən o, bakalı başına çırpmaq istəmiş və stolları təpikləməyə başlamışdır. Onlar dəfələrlə Şəxs nizam intizama gəlməyini bildirsələr də o onlara məhəl qoymayaraq təhqirlərinə davam etmişdir. Daha sonra əməliyat istintaq qurupu olaraq hadisə yerinə gedən əməkdaşlar Şəxs tutaraq xidməti aftomobilə mindirmək isdəyərkən o minməyəcəyini onlara deyərək xidməti aftomobili təpikləyərək qapısını əzmiş və dövlət əmlakına ziyan vurmuşdur.Şəxs Ordubad rayon Polis Şöbəsinə gətirilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində Şəxs Ordubad rayon Aza kəndində yerləşən sahibkarlıq etdiyi kafeyə sərxoş halda gələrək, orada olan meyxanaçıya söz atmışdır.Daha sonra kafenin həyətində ucadan səs küy salaraq nəlayiq ifadələr işlətdiyini, ona sakitləşməyini bildirsə də Şəxs daha da özündən çıxaraq stolları təpikləməyə başlamış, o isə Ordubad rayon Polis Şöbəsinə zəng vuraraq köməklik olunması üçün polis əməkdaşlarını hadisə yerinə çağırmışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 Ehtibar oğlu izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:55 radələrində Ordubad rayon Aza kəndində yerləşən kafenin sahibi Şahid1 Şöbənin xidməti telefonuna zəng edərək Şəxs sərxoş halda ünvansız nalayıq ifadələr işlətdiyini və ucadan səsküy saldığını bildirmiş, onlar isə dərhal əməliyat istintaq qurupu olaraq hadisə yerinə gedərək orada Şəxs sakitləşdirmək isdəyərkən o, bakalı başına çırpmaq istəmiş, stolları təpikləməyə başlamışdır.Onlar dəfələrlə Şəxs nizam intizama gəlməyini bildirsələr də o məhəl qoymayaraq təhqirlərinə davam etmişdir. Daha sonra əməliyyat qrupu Şəxs tutaraq xidməti aftomobilə mindirmək isdəyərkən o minməyəcəyini deyərək xidməti aftomobili təpikləyərək qapısını əzmiş və dövlət əmlakına ziyan vurmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləki Şəxs Azərbaycan Respublikası İXM-nin 33.1.2 maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar (Ordubad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(080)-96/2024 saylı Qərarı ) törətməsidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı , xx.xx.2025-ci il tarixdə saat 01:15-də tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 29 (iyirmi doqquz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx.xx.2025-ci il saat 01:15-dən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-30/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-30/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver