Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-31/2023 27.05.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əli oğlu və Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs xx.xx-1966-ci ildə Ermənistan Respublikasının Əzizbəyov Rayonunun Gömür kəndində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli 3 uşaq atası, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, hal-hazırda Ordubad Rayon Parağa kəndində qeydiyyatda duran və yaşayan, Barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ordubad Rayon Polis X4 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 27 may 2023-cü il tarixli № 001828 saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 17 may 2023-cü il tarixdə Ordubad rayonu Parağa kəndində Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs qəsdən döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o həqiqətən Ordubad rayonu Parağa kəndində qeydiyyatda durur və yaşadığını, 16 may 2023-cü il tarixdə saat təxminən 09:00 radələrində dəmir gətirmək üçün Ordubad Rayon Parağaçay qəsəbəsinə getmiş, həmin gün saat təxminən 20:00-da evə qayıtdıb və yemək yemək istəyəndə qardaşının arvadı Zərərçəkmiş şəxs onun həyətinə gələrək arvadını çağırmış, arvadı çölə çıxıb yoldaşıyla nə işin var deyə ondan soruşduqda Zərərçəkmiş şəxs Şəxs arvadı Nailəyə naliyiq ifadələr işlədib Zərərçəkmiş şəxs dəmirlərini Parağaçaydan Ələddinin çıxardıb satdığını bildirmişdir.Şəxs isə həmin vaxt eyvanda arvadıyla yemək yeyirmiş. Zərərçəkmiş şəxs su çəninin üzərində olan qazanı, vedrəni Şəxs üzərinə atmış, Şəxs isə başını əydiyindən ona dəyməmişdir. Şəxs Zərərçəkmiş şəxs onun həyətndən çıxmasını istəmiş, həmin vaxt qonşuları səs eşidib onlara gələrək Zərərçəkmiş şəxs onun həyətindən sakitləşdirərək evinə yola salmışlar. Zərərçəkmiş şəxs bir neçə dəqiqiqə sonra təkrar qayıdıb telefonun orada qaldığını, telefonunun vermələrini bildirmişdir. Şəxs Zərərçəkmiş şəxs yenə həyətindən çıxıb getməsi barədə xəbərdarlıq etdikdə onun həyətindən çıxıb getmişdir. Şəxs Zərərçəkmiş şəxs söyüb təhqir etməmiş və onu vurmamış, Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayət şər və böhtan olduğundan məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həqiqətən Ordubad rayonu Parağa kəndində qeydiyyatda olmaqla yaşadığını, xx.xx.2023-cü il tarixdə, təqribən üç-dörd gün bundan qabaq Parağaçay ərazisində olan mədənin yanında yerləşən dərədə yeri qazaraq 3-4 metr uzunluğunda dəmir parçasını yerdən çıxardığını, şəxsi yaşadığı evdə oturduğu yerdə tanımadığı Parağaçay kəndində yaşayan azyaşlı uşaqlardan onun Parağaçay ərazisində qazaraq çıxartdığı dəmir parçasını həmkəntlisi Şəxs satdığı ona bildirildiklərini, o bunu eşitdikdən təqribən 2 saat sonra Şəxs onların evinin yanında küçədən gəlib keçəcəyini bilib orada onu gözlədiyini, bu zaman Ələddin onun gözlədiyi yerə çatdıqda, Zərərçəkmiş şəxs Şəxs onun çıxartdığım dəmiri satıb-satmadığını soruşduqda, Şəxs bu zaman ona uca səslə “yaxşı eləmişəm” deyərək, Zərərçəkmiş şəxs ünvanıma nalayiq ifadələr işlətdiyini, daha sonra Ələddinin Səmədovun əlində olan dəmir parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən bir zərbə endirdiyini,Şəxs Zərərçəkmiş şəxs başına endirdiyi zərbədən Zərərçəkmiş şəxs yerə yıxılıb huşunu itirmişdir. Bundan sonura Zərərçəkmiş şəxs həmin günü özünü narahat hiss etdiyindən həmkəntlisinin avtomobili ilə oğlunun yaşadığı Culfa rayonundakı evə getmişdir.Ertəsi gün oğlunun yaşadığı evdə özünü pis hiss etdiyindən bacısıyla oradan Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasına getmişdir.Hazırda Şəxs ilə barışmır və ona cəza verilməsini məhkəmədən xahiş edir. Şahidlərin izahatları: Məhkəmə iclasında şahid qismində izahat vermiş, Şahid1 xx.xx.2023-cü il tarixdə, Parağa kəndində yaşadığı evdə oturduğunda, bu zaman qonşusu Şəxs yaşadığı evdən səs küy olduğunu eşidib çölə çıxaraq Ələddinin yaşadığı evə getmiş, həmkəntlisi Məsləhət adlı şəxs qonşusu Ələddinin ünvanına nalayiq ifadələr işlədərək mübahisə etdiklərini, bu zaman həmkəntlisi Fəzilə və o Zərərçəkmiş şəxs Şəxs yaşadığı evin həyətindən çölə çxararaq sakitləşdirib evinə göndərmişlər.Şahid1 bu məsələ ilə əlaqədar qonşusu Şəxs yaşadığı evin qarşısında onunla söhbətləşərkən həmkəntlisi Zərərçəkmiş şəxs yenidən oraya qayıdaraq Ələddin ilə mübahisə etdiyini, Zərərçəkmiş şəxs yenidən sakitləşdirirərək yaşadığı evinə yola salmışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş, Şahid2 izahatında ailə üzvlərimlə birlikdə Parağa kəndində qeydiyyatda olmaqla yaşadığını, xx.xx.2023-cü il tarixdə Parağa kəndi ərazisində çaşır yığmaq üçün çölə getdiyini, həmin tarixdə ailəsi ilə birlikdə yaşadığı evdə şam yeməyi yedikdə bu zaman həmkəntlisi və qonşusu olan Ələddinin yaşadığı evin həyətindən səs-küyə gəldi üçün çölə çıxaraq qonşusu Ələddin gilə tərəf getdiyində həmkəntlisi olan Zərərçəkmiş şəxs nalayiq ifadələr işlədərək qonşusu Ələddinin yaşadığı həyətdən çölə çıxdığını, o onların bir birləri ilə mübahisə etdiklərini yenidən Məsləhətin qonşusu Ələddinin yaşadığı evə gəldiyini və ondan mobil telefonunun orada qaldığını bildirdiyini, ertəsi günü həmkəntlisi Məsləhət adlı şəxsin yaşadığı evdən təxminən 25-30 metr aralıda olan yol kənarında qardaşı Nailin mobil telefon taparaq Məsləhədin həyat yoldaşı Nizami Səmədova verdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 16 may 2023-cü il tarixdə saat 20:00 radələrində Ordubad Rayonu Parağa kəndində olan evində Zərərçəkmiş şəxs söyüb təhqir etmədiyi və onu vurmadığını məhkəmə iclasında dindirilmiş Şahid1 və Şahid2 izahatları ilə də öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş- Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi 22 may 2023-cü il tarixli 488 saylı rəyində göstərilmişdir ki “Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər:başm tüklü hissəsində,xüsusəndə ənsə nahiyyəsində çoxsaylı qançırlar,saç diblərinə diapedez qansızma,sağ bud nahiyyəsinin ön və yan səthində bir neçə qançır.Qançırlar küt əşyanın təsirindən törənmişdir,həmçinin eləcədə başındakı qançırlar bilavasitə yumruq zərbəsinin baş nahiyyəsinə,budundakı qançırlar isə təpik zərbəsinin budun bayır və ön səthinə çırpılması nəticəsində yarana bilərdi.Saç diblərindəki qansızma isə saçların yolması nəticəsində yaranmağa xarakterikdir.Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir”. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyərək, hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs Zərərçəkmiş şəxs döyməsi istisna olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli hesab etməyərək, döymə inzibati xətasının tərkibi yaradan hərəkətlərə yol vermədiyini bildirmişdir. Həmçinin dindirilən şahidlərə Şahid1 və Şahid2 Şəxs Zərərçəkmiş şəxs döyməməsini bildirdilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1 və 53.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ordubad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-31/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-31/2023
27.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver