Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-32/2023 12.06.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx-1984-ci ildə Ermənistan Respublikasının Əzizbəyov Rayonunun Gömür kəndində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli,4 uşaq atası, fərdi təsərrüfatlaməşğil olan, deməsinə görəəvvəllər məhkum olunmamış, hal-hazırda Ordubad RayonNəsirvaz kəndində qeydiyyatdaduran və Ordubad Rayon Parağakəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 590.2-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından müvafiq icazə olmadan 1 ədəd təklüləli ov silahı qanunsuz olaraq saxlamışdır. Qeyd olunan faktla əlaqədar Ordubad Rayon Polis Şöbəsindən İstintaq və təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Turab Rzayevin cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 may 2023- cü il tarixli qərarı əsasında Ordubad Rayon Polis Şöbəsinin, X6 Polis sahə rəisi Polis kiçik leytenantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 30 may 2023-cü il tarixli, 001823 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Ordubad Rayon Polis Şöbəsinin, X5 daxil olmuş 30 may 2023-cü il tarixli, 001823 №-li inzibati xəta haqqında protokoldan görünür ki ,Parağa kənd sakini Şəxs şəxsi istifadəsində olan 69- BB- 528 dövlət qeydiyyat nişanlı Qazel markalı yük avtomobilinin sərnişin üçün nəzərdə tutulmuş oturacağın altından qanunsuz saxladığı 1 (bir) ədəd istehsal tarixi bilinməyən, “M” markalı E16853 nömrəli qundaq və tutacaq hissəsi taxtadan olan tək lüləli ov silahı aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, ov silahını təxminən 3 ay bundan öncə Parağaçay qəsəbəsindən yolun kənarından həmin meşoqa bükülmüş vəziyyətdə tapdığını. təsərrüfatı olduğu üçün taptığı ov silahını nə vaxtsa sənədləşdirib işlədəcəyini düşündüyünü və buna görədə həmin silahı özünə aid nəqliyyat vasitəsində saxladığını bildirmişdi. Məhkəmə iclasında şahid qismində dindirilən xx.xx-1958-ci ildə Ordubad Rayon Behrüd kəndində anadan olmuş Ordubad Rayon Parağa kəndində qeydiyyatda duran və yaşayan Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki 05 may 2023-cü il tarixdə onun iştirakı ilə Ordubad Rayon Parağa kənd sakini Şəxs məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı Qazel markalı yük avtomobilindən X6 əməkdaşalrının avtomobilin oturacağın alt hissəsində ağ meşoqa bükülmüş vəziyyətdə 1 (ədəd) 16 çaplı tək-lülə, M markalı, E16853 nömrəli ov silahı aşkar olunduğunu və həmin odlu qanunsuz silahı polislər aşkar etdiyi zaman Şəxs polislərə həmin silahı Parağaçay qəsəbəsindən tapdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ordubad Rayon Polis Şöbəsinə xx.xx- 1963-cü ildə Ordubad Rayon Behrüd kəndində anadan olmuş Ordubad Rayon Behrüd kəndində qeydiyyatda duran və yaşayan Şahid1 da Şahid2 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiq etdi. İş materiallarında olan Ordubad Rayon Polis Şöbəsindən İstintaq və təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Turab Rzayev cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 may fevral 2023- cü il tarixli qərarından görünür ki, Ordubad rayonu Parağa kənd sakini Şəxs şəxsi istifadəsində olan 69- BB- 528 dövlət qeydiyyat nişanlı Qazel markalı yük avtomobilinin sərnişin üçün nəzərdə tutulmuş oturacağın altından qanunsuz saxladığı 1 (bir) ədəd istehsal tarixi bilinməyən, “M” markalı E16853 nömrəli qundaq və tutacaq hissəsi taxtadan olan tək lüləli ov silahının atəşə yararlı olubolmamasını, silahın hansı növ və model silahlara aid olduğunu müəyyən etmək məqsədilə xx.xx.2023-cü il tarixli qərarla «Məhkəmə-ballistik ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə X1 23 may 2023-cü il tarixli məktubla daxil olmuş 485 saylı ekspert rəyində tədqiqata təqdim edilmiş silahın “Baikal” markalı, “İJ- 18E” modeli, “E 16858” serya və nömrəli ov tüfəngi sazdır, çaxmağının döyüş bölməsindən çıxması üçün tətiyinə tətbiq edilən qüvvə 2,1-2,3 kq-dir, üzərində təyinatı dəyişdirən əlavə və dəyişiklik edilmədiyi, saz vəziyyətdə, atəş çaxmaq üçün yararlı olduğu göstərilmiş və Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Ordubad Rayon Polis Şöbəsinin 27 may 2023-cü il tarixli aktından görünür ki, Şəxs aşkar olunaraq götürülmüş bir ədəd “Baikal” markalı, “İJ-18E” modeli, “E 16858” serya modelli, təklüləli tüfəng, Ordubad Rayon Polis X2 silah-sursat saxlanması otağına təhvil verilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs “Baikal” markalı, “İJ-18E” modeli, “E 16858” serya modelli, təklüləli tüfəngi, qanunsuz olaraq əldə edərək saxlamış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi 30 may 2023-cü il tarixli 001823 nömrəli inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. “Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 590.2-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulduğundan, Şəxs inzibati xəta törətməsindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatını nəzərə alaraq və işdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin sanksiyasında silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. İş materialları ilə Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olduğunu və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan Ordubad Rayon Polis Şöbəsində, Polis X2 silah-sursat saxlanması otağında saxlanılan bir ədəd “Baikal” markalı, “İJ-18E” modeli, “E 16858” serya modelli, təklüləli tüfəngi müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 4851-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs aşkar edilərək götürülmüş və Ordubad Rayon Polis Şöbəsində, Polis X2 silahsursat saxlanması otağında saxlanılan bir ədəd “Baikal” markalı, “İJ-18E” modelli, “E 16858” ” seriya və nömrəli, “16” kalibrli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, təklüləli, yivsiz (hamarlüləli) odlu ov silahı (tüfəng) müsadirə edilməklə barəsində 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-32/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-32/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver