Məhkəmə qərarları › İş №3(080)-32/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-32/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-32/2025 21.07.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X2 iclas katibliyi, Ordubad rayon PŞ-in Cinayət Axtarış Bölməsinin baş əməliyyatçısı X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Ordubad Rayonu Sabirkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, 1 uşaq anası, işsiz, Ordubad Rayonu Düylün kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Ordubad rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 14 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, Şəxs barəsində HK-1/174 nömrəli material üzrə Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan, inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsi xahiş olunmuşdur. Belə ki, Ordubad rayon X7 və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X5 toplanmış HK-1/174 №-li material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması - dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraat başlanılması üçün qərarın surəti Ordubad rayon Polis Şöbəsinin dəftərxanasına göndərilməsi barədə xx.xx.2025-cü il tarixdə material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Protokol tərtib etmiş Ordubad rayon PŞ-in Cinayət Axtarış Bölməsinin baş əməliyyatçısı X3 protokolun məzmunu ilə eyni izahat vermiş və məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsinədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı sanksiyası həddində cəza verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, Ordubad Rayonu Düylün kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Evlidir, bir övladı vardır. Heç bir yerdə işləmir. Ordubad Rayonu Dəstə kənd sakini Şəbnəm Ağayeva təxminən 3-4 il bundan əvvəl ona whatsappmobil tətbiqində ərəb dilini öyrətmişdir. Daha sonra Şəbnəmin köməkliyi ilə dini ədəbiyyatları oxumağa başlamış, Ordubad rayon ərazisindən tanıdığı bir neçə xanım ondan onlara quran oxumaq məqsədilə onlara da ərəb dilini öyrətməyini xahiş etmişlər.O da bu məqsədlə xx.xx.2025-ci il tarixdə whatsappmobil tətbiqində İci gunu.“ adlı qrup yaratmış, həmin qrupa ***-***-**-** nömrənin istifadəçisi olan Ayşəni, ***-***-**-** nömrənin istifadəçisi olan Güneli, 060- ***-**- ** nömrənin istifadəçisi olan Rəhiməni və ***-***-**-** nömrənin istifadəçisi olan Şəfanı onların razılığı ilə adını qeyd etdiyi qrupa əlavə etmişdir. Həmin qrupda qeyd edilən tarixdən adlarını göstərdiyi şəxslərə bir neçə dəfə ərəb dilinin hərflərini vərəqdə izahlı şəkildə yazaraq qrup vasitəsilə onlara öyrətmişdir. Qeyd edilən halın qarşılığında adı çəkilən şəxlərdən heç bir pul tələb etmirdi. 17 iyun 2025-ci il tarixdə rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gələrək qeyri-qanuni dini fəaliyyətlə bağlı dini mərasimlərin təşkilinin keçirilməsi qanunla qadağan edilmiş qaydaları pozduğunu ona bildirmişlər. Daha sonra yaşadığı evdə saxladığı dini təyinatlı kitabları, ədəbiyyatları könüllü olaraq təqdim etməyini istədilər. S.Rzayeva özündə saxladığı 03 ədəd əlyazma dəftəri, 01 ədəd üzərində zaman adı yazılmış dini kitabı, 01 ədəd quranın qiraət və təcvidi qaydaları, 01 ədəd qurani kərimin rəvan oxunuşu və təcvid qaydaları, 01 ədəd əkrəm risaləsi və 01 ədəd Allaha pənah, Allaha təvəkkül adlı dini təyinatlı kitabları və 19 səhifədən ibarət ərəb hərfləri ilə çap edilmiş dini materialı polis əməkdaşlarına təqdim etmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Şahid2 Ordubad şəhəri, X8, ev 92 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, evlidir, 2 övladı vardır. 2025-ci ilin yanvar ayında qonşuluğunda yaşayan Mayisənin yaşadığı evdə olarkən orada, Mayisənin bacısı Şəxs ilə tanış olmuşlar. Sevanə ilə söhbət əsnasında onun ərəb dili və ədəbiyyatını bildiyi barədə məlumat almış, həmin vaxt Sevanədən ona da ərəb dilini öyətməyini ondan istəmiş, o, bu xahişi qəbul etmişdir. xx.xx.2025-ci il tarixdə whatsappmobil tətbiqində Şəxs “Quran oxunuşu və dərs təfıli_həftənin İci gunu” adlı qrup yaratmişdı. Həmin qrupa onu da əlavə etmişdir. Qeyd edilən tarixdən sonra Sevanə həmin qrupa ondan başqa Səfa, Ayşən və Günel adlı şəxsləri də qrupa əlavə etmişdir. Qeyd edilən qrupda Sevanə onlara bir neçə dəfə ərəb dilinin hərflərini vərəqdə izahlı şəkildə yazaraq qrup vasitəsilə öyrədirdi. Bunun qarşılğında onlardan hər hansı məbləğ tələb etmirdi. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o Ordubad şəhəri, X8, ev 23 ünvanında yaşayır, evlidir, 2 övladı vardır. Ordubad rayon Düylün kənd sakini Şəxs ilə heç bir ədavətim yoxdur. Onu ərəb dili müəllimi kimi tanıyır. 2025-ci ilin yanvar ayının 1də qohumu Rəhimə ona ərəb dilini onlara öyrədəcbiləcək bir müəllim tapdığı və həmin müəllimin whatsappmobil tətbiqində açdığı qrupda dərs keçdiyi barədə ona məlumat vermişdir. O, Rəhiməyə onu da həmin qrupa əlavə etmələrini istəmişdir. Həmin tarixdə Şəxs whatsappmobil tətbiqində “Quran oxunuşu və dərs təfili_həftənin İci gunu” adlı qrupa onu əlavə etdi. Qeyd edilən qrupda Sevanə onlara bir neçə dəfə ərəb dilinin hərflərini izahlı şəkildə yazaraq qrup vasitəsilə öyrədirdi.Sevanə həmin mobil tətbiq qrupunda ondan başqa Günel, Rəhimə və Ayşən adlı şəxslərə də onlayn dərs keçirdi.Lakin o, bunun qarşılğında onlardan hər hansı məbləğ tələb etmirdi. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 09 iyul 2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, agentliyə daxil olan sorğuya dinşünaslıq ekspertizası təyin edilmiş və məlum olmuşdur ki, Vətəndaş Şəxs qızı dini təbliğat aparmaq üçün agentlik tərəfindən hər hansısa bir icazə vərəqəsi ilə təmin olunmamışdır.Sorğuda qeyd olunan dini ədəbiyyatlardan 3 adda 3 ədədi (“X12 Təvəkkül” Hacı Xavər xanım,"Əhkam Risaləsi” və “Zaman” kitabçası ) Muxtar Respublika daxilində idxal və təbliğat üçün məqsədəuyğun sayılmamışdır. Sorğuda qeyd olunan 19 səhifədən ibarət ərəb hərfləri ilə çap edilmiş dim material isə Azərbaycan Respublikası Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin icazəsi olmadığına görə Muxtar Respublika ərazisində satışı və istifadəsi məqsədəuyğun sayılmamışdır 11 iyul 2025-ci il tarixli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarı ilə toplanmış HK-1/174 №-li material üzrə cinayət işinin başlanılması rədd edilməsi, HK-1/174 №-li materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraat başlanılması üçün qərarın surəti Ordubad Rayon Polis X10 Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkilinə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, qərarın surəti iş üzrə maraqlı şəxslərə verilməklə onlara qərardan etirazlarının olduğu təqdirdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ordubad Rayon prokuroruna və ya yuxarı prokurora, yaxud məhkəmə nəzarətini həyata keçirən Ordubad Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının izah olunması, HK-1/174 №-li materialın saxlanılması üçün Ordubad Rayon Polis Şöbəsinin dəftərxanasına təhvil verilməsinə qərar verilmişdir. Şəxs barəsində 14 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Onun izahatı isə özünümüdafiə xarakteri daşıyır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununun 6-1.1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Həmin Qanununun 6-1.2-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Şəxs kütləvi dini ibadəti dini ibadət yerində və ziyarətgahda deyil, evində keçirmiş, ancaq buna dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)yəni, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin razılığını almamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə ağırlaşdırıcı və yüngülləşdirici hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada 1500 (min beş yüz) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar