Məhkəmə qərarları › İş №3(080)-34/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-34/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-34/2025 29.07.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ X8 Tural Ziyat oğlunun sədrliyi, X5 iclas katibliyi, Ordubad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs xx.xx.1978-ci il tarixdə Ordubad rayonu Vənənd kəndində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli,3 uşaq atası, orta təhsilli, Rusya Federasiyasında satıcı işləyən, əvvəllər məhkum olunmamış, Ordubad rayonu Vənənd kəndində qeydiyyatda olan və yaşayan Barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Ordubad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru X6 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 29 iyul 2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, Ordubad rayonu Vənənd kəndində yaşayır. 27 iyun 2025-ci il tarixdə Rusiya Federasiyasının Moskova şəhərində dostu rus vətəndaşı olan Serqey adlı şəxsin övladının ad günü tədbiri keçirilirdiyini, onun da həmin ad günü tədbirində iştirak etdiyini, ondan əlavə 3 nəfərdə rus vətəndaşı olduğunu, biraz yeyib içdikdən sonra Serqey cibində siqareti çxardaraq çəkməyə başladığını və həmin siqaretdən bir ədəd də onlara verdiyini, Şəxs sipirtli içkinin təsiri altında həmin siqaretdən çəkməyə başladıqlarını, biraz çəkdikdən sonra başında ağrı və gicəlnmə his etdiyini, həmin vaxt Sergeydən soruşduqda ki ” bu nə siqaretdir”, onun isə Şəxs nəşə olduğunu dediyini, onu bilən kimi tədbirdən durub öz yaşadı ğı mənzilə xx.xx.2025-ci tarixdə qeydiyyatda olduğu Ordubad rayon Vənənd kəndinə gəlməli olduğundan yolandığını, xx.xx.2025-ci il tarixdən Ordubad rayon Vənənd kəndinə gəldiyini, kəntdə olduğu müddət ərzində heç bir narkotik vasitə qəbul etmədiyini, Ordubad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru X6 tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət olunduğunu və Polis şöbəsində olan zaman onun sərxoşluğunu və ya narkotik maddələrdən istifadə etməsini müəyyən etmək üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X3 aparılmış, tibbi müayinədən keçirilən zaman sidiyində narkotik vasitə aşkar edilmişdir. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ordubad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru X6 protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2025-ci il tarixli protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 29 iyul 2025-ci il tarixli, 360 nömrəli məktubunda qeyd edilmişdir ki, Şəxs narkomaniya xəstəliyinə xas əlamətlər aşkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X4 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. Ordubad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru X6 tərəfindən tərtib edilmiş 29 iyul 2025-ci il tarixli ******* saylı protokoldan görünür ki, Şəxs 29 iyul 2025-ci il tarixdə Ordubad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru X6 tərəfindən saxlanılaraq gətirilmiş və narkoloji müayinə nəticəsində onun narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, cinayət işinin rədd edilməsi haqqında qərar, inzibai xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən peşman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində iş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xəta törətmiş oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə məvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəm qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar