Məhkəmə qərarları › İş №3(080)-35/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-35/2024

26.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-35/2024 26.06.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Əliağa Hüseyn oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxxxx 1994-cü ildə Abşeron şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Xırdalan şəhəri, 26-cı məhəllə, blok , mənzil 41 ünvanında müvəqqəti olaraq yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş 26 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs üzərində 22 iyun 2024-cü il tarixdə çəkisi 0.037 qram psixotrop maddə olan metanfetamin aşkar edilib götürülmüşdür. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərdi ki, heç yerdə işləmir, psixotrop maddə olan metanfetamin istifadə edir. 22 iyun 2024-cü il tarixdə, günorta saatlarında Ordubad şəhəri ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib RPŞ-nə gətirmişlər. RPŞ-də vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt onun üzərində Bakı şəhərində tanımadığı şəxsdən özü istifadə etməkdən ötrü 20 manata aldığı şəffav rəngli selefona bülükmüş psixotrop maddə olan metanfetamin aşkar olunaraq götürülmüşdür. Hazırda törətdiyi əmələ görə peşmandır, əməlindən peşman olmasını nəzərə alınmasını xahiş edib barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İşdə olan Ordubad RPŞ-nin İstintaq və təhqiqat qrupunun təhqiqatçısı polis mayoru Sərxan Məmmədov tərəfindən qəbul edilmiş 23 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surətinin Ordubad Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikas, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2024-cü il tarixli 703 saylı ekspert arayışından görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şəxs üzərindən aşkar edilib götürülmüş bir bükümdə metanfetaminə bənzər kütlə…” sözlər və (6) imzalar olan zərfdəki “Flukonazal-Darniça” yazıları olan dərman qutusunun içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0.037 qram, ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət olan maddə metanfetamindir. Tədqiqata sərf edildi-0,2 qr, qalıq-0.017 qr. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, cinayət işinin rədd edilməsi haqqında qərar, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İnzibati xəta törətmiş Şəxs əməlindən peşman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən haldır. Onun əməlində iş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İş materillarında olan Ordubad RPŞ-nin İstintaq və təhqiqat qrupunun təhqiqatçısı polis mayoru Sərxan Məmmədov tərəfindən qəbul edilmiş şübhəli şəxsin tutulması haqqında və tutulmuş şəxsin buraxılması haqqında qərarlardan görünür ki, Şəxs 22 iyun 2024-cü il tarixdə saat 19:40-da tutulmuş və 23 iyun 2024-cü il tarixdə saat 13:30-da tutulmadan azad edilmişdir. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla oğlunun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə məvafiq hesab edir. Eyni zamanda iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 45 (qırx beş) manat məbləğində pul dövlət hesabına aid edilməli, iş üzrə maddi sübut olan və Ordubad Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan ümumi çəkisi (ekspertiza tədqiqatından sonra qalıq qalan) 0.017 qram psixotrop maddə olan metanfetamin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 350 (üç yüz) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan və Ordubad Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi ümumi çəkisi 0.017 qram psixotrop maddə olan metanfetamin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 45 (qırx beş) manat məbləğində pul dövlət hesabına aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar