Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-38/2024 27.06.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs:- xx.xx.2000-ci ildə Ordubad rayon Üstüpü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,orta təhsilli, ailəli subay müvəqqəti işsiz, Ordubad rayon Üstüpü kəndində qeydiyyatda olan və yaşayan Barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ordubad Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 27 iyun 2024-ci il tarixdə Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Naxçıvan MR Kommersiya Məhkəməsinin 2-2(123)-37/2024 saylı xx.xx.2024-cü il tarixli, Naxçıvan MR Kommersiya Məhkəməsinin 2-2(123)- 84/2024 saylı xx.xx.2024-cü il tarixli, Ordubad rayon Məhkəməsinin 2(080)- 41/2023 saylı xx.xx.2023-cü il tarixli, Ordubad rayon Notariat ofisinin 8İ-1504 saylı xx.xx.2023-cü il tarixli və Ordubad Rayon Məhkəməsinin 2(080)- 184/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinə görə İddiaçı Naxçıvan MR Kommersiya Məhkəməsinin 2-2(123)-37/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 13966.01 manat pul tələbi və 331.9 manat dövlət rüsumu tutularaq tələbkar Accesbank QSC-nin hesabına, Naxçıvan MR Kommersiya Məhkəməsinin 2-2(123)- 84/2024 saylı xx.xx.2024-cü ıl tarixli icra vərəqəsinə əsasən 6343.82 manat pul tələbi və 82.44 manat dövlət rüsumu tutularaq tələbkar Yelo Bank ASC-nin hesabına, Ordubad rayon Məhkəməsinin 2(080)-41/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 601 manat pul tələbi və 30 manat dövlət rüsumu tutularaq tələbkar ABC Telecom MMC-nin hesabına, Ordubad rayon Notariat ofisinin 8İ-1504 saylı 11 ,12.2023-cü il tarixli icra qeydinə əsasən 550.33 manat pul tələbi və 25 manat dövlət rüsumu tutularaq tələbkar Azərbaycan Beynəlxalq Bankı ASC-nın hesabına, Ordubad rayon Məhkəməsinin 2(080)- 184/2023 saylı 29 09 2023-c.u il tarixli icra vəıəqəsinə əsasən 1176. 05 manat pul tələbi və 31.77 manat dövlət rusumu tutularaq tələbkar X4 ASC-nin hesabına, həmçinin icra ödənişləri öhdəliyi vardır. Həmin qərarların və və tələbin könüllü icrası barədə bildirişdə borclu cavabdeh Şəxs tələbin könüllü təmin edilməsi təklif olunmuş və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Şəxs icra sənədi üzrə tələbi tam təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmışdır . Borcu Şəxs Ordubad rayon İcra və Probasiya bölməsinə 27 iyun 2024-cü il tarixdə məcburi qaydada gətirilmişdir. Şəxs 23138.32 manat borcu var. T. Məmmədli tələbin təmin edilməsi üçün dəfələrlə xəbərdarlıq edilmiş, o, tələbi təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirmişdir ki, İddiaçı Naxçıvan MR Kommersiya Məhkəməsinin 2-2(123)-37/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 13966.01 manat pul tələbi və 331.9 manat dövlət rüsumu tutularaq tələbkar Accesbank QSC-nin hesabına, Naxçıvan MR Kommersiya Məhkəməsinin 2-2(123)-84/2024 saylı xx.xx.2024-cü ıl tarixli icra vərəqəsinə əsasən 6343.82 manat pul tələbi və 82.44 manat dövlət rüsumu tutularaq tələbkar Yelo Bank ASC-nin hesabına, Ordubad rayon Məhkəməsinin 2(080)-41/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 601 manat pul tələbi və 30 manat dövlət rüsumu tutularaq tələbkar ABC Telecom MMC-nin hesabına, Ordubad rayon Notariat ofisinin 8İ-1504 saylı 11 ,12.2023-cü il tarixli icra qeydinə əsasən 550.33 manat pul tələbi və 25 manat dövlət rüsumu tutularaq tələbkar Azərbaycan Beynəlxalq Bankı ASC-nın hesabına, Ordubad rayon Məhkəməsinin 2(080)- 184/2023 saylı 29 09 2023-cü il tarixli icra vəıəqəsinə əsasən 1176.05 manat pul tələbi və 31.77 manat dövlət rusumu tutularaq tələbkar X4 ASC-nin hesabına, həmçinin icra ödənişləri öhdəliyi vardır. Həmin qərarların və və tələbin könüllü icrası barədə könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. İcraata başlamaq haqqında qərarla onun barəsində Ordubad Rayon İcra və Probasiya bolməsində icraat başlanılmış, icra sənədləri üzrə icraata başlamaq haqqında qərarın surəti, tələbin könüllü icrası barədə bildiriş ona göndərilmiş, tələbin icrasının könüllü təmin edilməsi təklif edilmiş, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Onun icra sənədləri üzrə 23138.32 manat borcu var. İşləmir, borcunu ödəyə bilmir. Hazırda da maddi imkanı yoxdur, İcra məmurunun qanuni tələblərini yerinə yetirə bilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında həmçinin inzibati xəta törətdiyinə görə peşiman olduğunu, işləyib borcunu ödəyəcəyini bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Təqdimat verən Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru X5 borclu Şəxs barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati materialı araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən onun Şəxs 23138.32 manat borcunun olmasını, və icra sənədləri üzrə borclarından heç bir ödəniş etməməsini borcun ödənilməsi üzrə məsuliyyətsiz davranmasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, Şəxs 12 (on iki ) gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 12 (on iki ) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 27 iyun 2024-cü il, saat 19:00-dan hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-38/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-38/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver