Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-38/2025 15.09.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Məmmədəliyev Oruc Əli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Ordubad Rayon Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X3 və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Ordubad Rayon Vənənd kəndində anadan olmuş,orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, Azərbaycan Respublikasının vətəndaşı Ordubad Rayon Vənənd kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ordubad rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* №li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Ordubad rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Ordubad Rayon Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törədildiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət olunmuş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki Ordubad rayonu Vənənd kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Ordubad rayonu Vənənd kəndində yaşayır. 2025-ci ilin iyun ayının 22-də Ordubad rayon Vənənd kənd sakini Şəxs ilə ailə həyatı qurmuşam. Həyat yoldaşım Şəxs və qayınanam Şahid ilə heç bir ədavətim yoxdur. Elnarla ailə həyatı qurduğumuz tarixdən etibarən Elnarın anası yəni, qayınanam Şahid məni heç bir səbəb və əsas olmadan mənim ünvanıma nalayiq ifadələr işlədərək döyür. xx.xx.2025-ci il tarixdə həyat yoldaşım Şəxs qeyd edilən mövzu barədə söhbət açdıqda qayınanam Şahid “sənə oğlumu verməyəcəyəm” ifadələrini işlədərək məni və ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətməyə başladı. Daha sonra həyat yoldaşım Elnarla qayınanam Kəmalə heç bir səbəb və əsas olmadan baş və bədənimin müxtəlif nahiyələrindən sillə və təpik zərbələri vuraraq məni döydülər. Həmin vaxt orada adı əkilən şəxslərdən başqa heç kim yox idi. Onu da qeyd edim ki, bu hal bir neçə dəfə yaşadığımız evdə təkrarlanmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, ünvan 1 ünvanda yaşayır. 2025-ci ilin iyun ayının 22-də Culfanın Yaycı kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyat qurmuşdur. Zərərçəkmiş şəxs ilə evləndikdən sonra onunla tez-tez sözlü mübahisə olurdu o, məndən rəsmi nigah üçün qeyddiyata düşməyimiz istəyirdi. Mən isə Şəhlaya bildirdim ki, rəsmi qeydiyyat üçün verdiyimiz analiz 1 ay müddətində nəticəsi bilinəcək və bundan sonra biz rəsmi nigahı qeydiyyata sala bilərik. Lakin, o, məni təkid edirdi ki, hər nə yolla olursa olsun qeydiyyat salaq. Mən isə bunun mümkün olmadığını onun diqqətinə çatdırdım. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində onun və anası Zərərçəkmiş şəxs heç bir zərbə vurmadığını nə də ki, nalayiq ifadə işlətmədiyini ifadəsində bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahatında xx.xx.2025-ci il tarixdə gəlinim Şəhlanın, məni evdə görmək istəmədiyini nəzərə alaraq həmin tarixdə Bakı şəhərində yaşayan oğlum Elcan Zeynalovun evinə getmək qərarına gəldim. Eləmin gün saat 12 radələrində oğlum Elnar mobil telefonuma zəng edərək ürəyində problem yarandığını bildirib mənim evə geri qayıtmağımı istədi. Saat 13 radələrində yaşadığım evə geri qayıtdım. Ertəsi gün saat 12 radələrində gəlinim Şəhla bizimlə sözlü mübahisə edərək doğulduğu Culfa rayon Yaycı kəndinə ata evinə getmək istədiyini diqqətimizə çatdırdı. Həmin vaxt oğlum Elnar gəlinim Şəhlanı qeyd edilən kəndə apardı. Həmin gün saat 19 radələrində Şəhla whatsapp mobil tətbiqində oğlum Elnara mesajlar yazaraq qayını, yəni Şəhlanın qardaşı Müzəffər tərəfindən döyüldüyü barədə Elnara məlumat verdi. Bu səbəbdən həmin gün saat 23:30 radələrində X8 kəndində yerləşən ata evinə gedərək onu yaşadığımız evə geri gətirdi. Şəhla yaşadığımız evə gəldikdən sonra “qardaşı Müzəffərin Elnarı bıçaqla öldürəcəyini, həmin hadisəyə mane olduğunu” diqqətimizə çatdırdı. xx.xx.2025-ci il tarixdə Şəhla yenə də mənim ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Elə həmin vaxt Elnarın ona irad bildirməsinə baxmayaraq o, yenə də mənə qarşı nalayiq ifadələr işlətməyinə davam etdi. Mən bu haldan narahat olduğum üçün öz otağıma keçdim. Həmin vaxt yenə də Şəhla Elnarla sözlü mübahisə edirdi. Bir müddət keçdikdən sonra səs-kuyün araşdırılması üçün Elnarın yanına qalxdıqda Zərərçəkmiş şəxs ona şüşə putulkanı ona atdıqda, Elmar qabağa keçərək Şəhlanın qollarından yapışıb bərk sıxaraq onu itələmiş, bu zaman Şəhla ona nəlayıq ifadələr işlətdiyini görərərək onun ağzından bərk sıxmış, qeyd edilən məsələdən bir neçə saat keçdikdən sonra Elnar Şəhlanın istəyi ilə onu ata evinə apardı. Elnar baş vermiş hadisələrdən təsirləndiyini bildirərək axşam saatlarında Naxçıvan-Bakı avtobusu ilə Bakı şəhərinə getdiyini ifadəsində bildirdi. İşdə olan Ordubad RPŞ-nin İTQ-nun müstəntiqi, polis leytenantı X1 xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qərar qəbul olunmuşdur. İşdə olan məhkəmə-tibbi ekspertizasının 187 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı sol baldır nahiyyəsinin yuxarı 1/3-nin bayır səthində iki ədəd 3,5x3,0 sm və 2,5x2,0 sm ölçüdə qeyri-müəyyən formalı, sağ baldır nahiyyəsinin yuxarı 1/3-nin ön səthində 2,3x2,0 sm ölçüdə qeyrimüəyyən formalı, sol bazu nahiyyəsinin yuxarı 1/3-nin arxa səthində 1,5x1,3 sm ölçüdə oval formalı, həmin nahiyyənin orta 1/3-nin arxa səthində 2,0x1,8 sm ölçüdə oval formalı, çənə nahiyyəsinin alt sağ səthində 2,0x1,7 sm ölçüdə qeyri-müəyyən formalı, çəhrayımtılbənövşəyi rəngli qançırlar, sol bazu nahiyyəsinin orta 1/3-nin arxa səthində 1,0x0,3 sm ölçüdə üzəri qırmızımtıl rəngli qartmaqla örtülü fasiləli sıyrıq diaqnozu qoyulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Ordubad Rayon Polis şöbəsinə Şəxs tərəfindən döyülməsi ilə bağlı ərizə yazmışdır. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ordubad Rayon məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-38/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-38/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver