Məhkəmə qərarları › İş №3(080)-4/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-4/2022

14.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-4/2022 14.05.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1, Şəxs2 Cəmşid oğlu, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Sadiq oğlu, hal şahidləri X4 və X1 iştirakı ilə , Şəxs1-xx.xx.1968-ci il tarixdə Şahbuz rayon Külüs kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilliyəm, evli, 3 uşaq atası, Naxçıvan Beynəlxalq Hava Limanında mexanik işləyən, Şahbuz rayon Külüs kəndində qeydiyyatda durmaqla həmin kənddə yaşayan- Şəxs2 Cəmşid oğlunun-xx.xx.1991-ci il tarixdə Kəngərli rayon Yurdçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, "xxxx" MMC-də yağçı işləyən, Kəngərli rayon Yurdçu kəndində yaşayanbarəsində Ordubad rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs1 və Şəxs2 Cəmşid oğlu 13.05.2022-ci il tarixdə, saat 22:45-də radələrində bir qrup şəxs halında Ordubad rayon Anaqut kəndinin girişində yerləşən “Xan Çinar” istirahət mərkəzinin qarşısında yolun solunda, yoldan təxminən 7 metr aralıda dayanan Zərərçəkmiş şəxs Sadiq oğluna məxsus 64 (altmış dörd) manat dəyərində olan 80 litr dizel yanacağının “BelarusYUMZ” markalı ekskavatordan gizli yolla talamaqla oğurlamış, bununla da onlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişlər. Məhkəmədə Şəxs1 və Şəxs2 Cəmşid oğlunun əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərəçəkmiş şəxsin, hal şahidlərin, özlərinin izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs1 törətdiyi əməli etiraf etmiş, izahatında bildirmişdir ki, xx.xx.1968-ci il tarixdə Şahbuz rayon Külüs kəndində doğulmuş, orta təhsillidir, Şahbuz rayon Külüs kəndində qeydiyyatda durmaqla həmin kənddə ailə üzvləri birlikdə yaşayır. 2017-ci il tarixdə Culfa-Ordubad yolunun yenidən tikintisi zamanı torpaq bərkidici slindir texnikasını işlətmişdir. Həmin müddətlərdə orada yağçı işləyən Kəngərli rayon Yurdçu kənd sakini Şəxs2 Cəmşid oğlu ilə tanış olmuş və onlar arasında yaxşı münasibət yarandı. Şəxs1 2018-ci ilin sonlarında müdir tərəfindən Şərur rayon kənd yollarının tikintisinə göndərilmiş, hərdən bir Şəxs2la telefon əlaqəsi saxlamışdır. 13.05.2022-ci il tarixdə, saat 11 radələrində Naxçıvan şəhərində Şəxs2la görüşmüş, söhbət zamanı Şəxs2 harada yol çəkildiyini soruşmuşdur. Şəxs2 Ordubad rayon Anaqut və Dırnıs kənd ərazisində yol tikintisi getdiyini və həmin ərazidə heç bir mühafizəçi olmadığını bildirmişdir. Şəxs1 İ. Heydərova istəyirsənsə Ordubad rayon ərazisində yol tikintisi gedən sahədə işləyən texnikalarından dizel yanacağını çəkib sataqlarını bildirmişdir. Şəxs2 Şəxs1 bu təklifi ilə razılaşmış və münasib vaxtlarda gedə biləcəyini bildirmişdir. Bundan sonra onlar ayrılmışlar. Həmin gün saat 20:00 radələrində Şəxs1 Şəxs2 zəng vuraraq Ordubad rayon ərazisində işləyən texnikalardan dizel yanacağı çəkmək üçün oraya gedəcəyini bildirmişdir. Şəxs2 Şəxs1 ilə getmək istədiyini və bunun üçün “İpəkyolu” yanacaq doldurma məntəqəsinə gedəcəyini bildirmişdir. Bundan sonra Şəxs1 evdə olan 4 ədəd 20 litrlik bidon götürüb özünə məxsus olan “Opel Frantero” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yükləyərək Naxçıvan şəhərində yerləşən “İpəkyolu”YDM-nə gəlmişdir.Orada Şəxs2 Şəxs1 avtomobilinə əyləşmiş və Ordubad rayon istiqamətində hərəkətə başlamışlar. Saat təxminən 22:45-də Ordubad rayon Anaqut kəndinə çatmışlar. Ordubad rayon Anaqut kəndinin girişində yerləşən “Xan Çinar” istirahət mərkəzinin qarşısında yolun solunda, yoldan təxminən 7 metr aralıda “BelarusYUMZ” markalı bir ədəd ekskavatorun hərəkətsiz olduğunu görmüçlər. Şəxs1 avtomobilini həmin ekskavatorun yanına sürdmüş, hər ikisi yerə enərək həmin ekskavatorun yanacaq bakını açmişlar. Şəxs2 avtomobildə olan qara rəngli rezin şlanqı və bidonları Şəxs1 yanına gətirmişdir. Şəxs1 həmin ekskavatorun yanacaq bakından dizel yanacağını çəkməyə başlamış, Şəxs2 isə ətrafa nəzarət etmiş və onun çəkdiyi yanacağı bir-bir avtomobilə aparmışdır. Sonuncu 20 litrlik bidonu dolduran zaman tanımadıqıları bir minik avtomobili onların yanında saxlayıb avtomobildən enərək özünü təqdim etmiş və ərazinin polis sahə inspektoru olduğunu bildirərək onların kim olduğunu və nə etdiklərini soruşduqda verdikləri cavabdan şübhələndiyindən onları polis şöbəsinə dəvət etmişdir.Polis şöbəsində ekskavatordan 4 kanistir dizel yanacağı oğurladıqlarını etiraf etmişlər. Şəxs1 izahatında onu da bildirmişdir ki, əməlindən peşimandır, əvvəllər inzibati xəta törətməmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs2 Cəmşid oğlu törətdiyi əməli etiraf etmiş, izahatında bildirmişdir ki, xx.xx.1991-ci il tarixdə Kəngərli rayon Yurdçu kəndində doğulmuş, orta təhsillidir, Kəngərli rayon Yurdçu kəndində qeydiyyatda durmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. 2017-ci il tarixdə Culfa-Ordubad yolunun yenidən tikintisi zamanı yağçı kimi təyin olunmuş və haliyədə "xxxx" MMC-də həmin işdə işləyir. Culfa-Ordubad yolunun yenidən tikintisində işlədiyi müddətdə Şahbuz rayon Külüs kənd sakini Şəxs1 ilə tanış olmuş və onunla aralarında yaxşı münasibət yaranmışdır. Şəxs1 ilə bir neçə dəfə telefon əlaqəsi saxlamış, sonuncu dəfə 13.05.2022-ci il tarixdə saat təxminən 11:30-da Naxçıvan şəhərində, Şəxs1 ilə görüşmüş, söhbət zamanı ondan harada işlədiyi və hal-hazırda harada yol çəkilişi getdiyini soruşmuşdur.O da Şəxs1 Ordubad rayon Anaqut-Dırnıs kəndlərində yol salınır və həmin ərazilərdə heç bir mühafizəçi olmadığını bildirmişdir. Onunla bir neçə dəqiqə söhbət etdikdən sonra həmin kənddə işləyən texnikalardan dizel yanacağı çəkmək qərarına gəlmişlər. Şəxs2 işi olduğu üçün həmin yerdən getmişdir. Həmin gün saat 20:12 radələrində Şəxs1 ona zəng vuraraq dizel yanacağı çəkmək üçün həmin kəndə gedəcəyini və gedərkən onu da apara biləcəyini bildirmişdir. Şəxs2 Şəxs1 ilə razılaşmış və həmin yerə getmək üçün “İpəkyolu” yanacaq doldurma məntəqəsinə gedəcəyini bildirmişdir. Şəxs2 saat 20:35 radələrində həmin yerə gəlmiş, bir neçə dəqiqədən sonra Şəxs1 həmin yerə gəlmiş, Şəxs2 onun avtomobilinə əyləşərək Ordubad rayon istiqamətində hərəkətə başlamışlar. Saat təxminən 22:40 radələrində Ordubad rayon Anaqut kəndinə gələrək Anaqut kəndində yerləşən “Xan Çinar” istirahət mərkəzinin qarşısında yolun solunda “BelarusYUMZ” markalı bir ədəd ekskavator görmüşlər və Şəxs1 avtomobilini həmin ekskavatorun yanında saxlamış, hər ikisi yerə enmişlər.Şəxs1 ekskavatorun yanacaq bakını açmiş, o isə avtomobildə olan qara rəngli rezin şlanqı və bidonları avtomobildən endirmiş, şlanqı və bidonları Beytullaya vermişdir.Şəxs1 həmin texnikadan 60 litr yanacaq çəkmiş və onun çəkdiyi yanacaqları Şəxs2 bir-bir avtomobilə yığmışdır. Sonuncu 20 litrlik bidonu dolduran zaman tanımadıqları bir minik avtomobili onların yanında saxlamışdır. Avtomobildən enən şəxs özünü təqdim etmiş və ərazinin polis sahə inspektoru olduğunu bildirmişdir. Onların kim olduqlarını və nə etdiklərini soruşduqda verdikləri cavabdan şübhələdiyindən onları polis şöbəsinə dəvət etmişdir. Şəxs2 Cəmşid oğlu izahatında onu da bildirmişdir ki, hərəkətinin oğurluq olduğunu bilmiş, əməlindən peşimandır. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs Sadiq oğlu izahatında bildirmişdir ki, 20.06.1970-ci il tarixdə Culfa rayon Yaycı kəndində doğulmuş, orta təhsillidir, Culfa rayon Yaycı kəndində qeydiyyatda durmaqla həmin kənddə yaşayır. 30 ilə yaxındır ki, yaşadığı kənddə özünə aid olan “Belarus YUMZ” markalı, 85 T 629 nömrəli ekskavatorla daş, torpaq yığmaqla məşğuldur.13.05.2022-ci il tarixdə Ordubad rayon Anaqut kəndindən Dırnıs kəndi istiqamətində gedərkən ekskavatorda nasazlıq baş verdiyindən ekskavatoru “Xan Çinar” istirahət mərkəzi”nin qarşısında yoldan 6-7 metr aralıda saxlayaraq yaşadığı kəndə getmişdir. 14.05.2022-ci il tarixdə saat 09:10 radələrində həmin yerə gəldikdə ekskavatorun yanacaq bakında 70-80 litrə yaxın dizel yanacağının gizli yolla talandığını gördüyündə hadisə ilə bağlı polis şöbəsinə müraciət etdiyində polis şöbəsinin əməkdaşı Ordubad rayon Anaqut kəndinin sahə inispektoru hadisədən xəbərdar olduğunu, hadisənin Şəxs1 və Şəxs2 tərəfindən törədildiyini, ekskavatorun yanacaq bakında oğurlanmış 80 litrə yaxın dizel yanacağının ona qaytarıldığını bildirdi və inzibati xəta törətmiş şəxslərin cəzalanmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş hal şahidləri X4 və X5 verdikləri izahatlarında 13.05.2022-ci il tarixdə saat 22:50 radələrində Ordubad şəhərinə gedərkən “Xan Çinar” istirahət mərkəzinin qarşısında “Belarus YUMZ”markalı, 85-T-629 nömrə nişanlı ekskavatorun yanında ərazinin polis sahə inspektoru, polis əməkdaşı kimi tanıdığı Tural müəllim və onların yanında 2 nəfər adlarını bilmədiyim şəxs gördüklərini, orada olan həmin 2 nəfər şəxsi Şahbuz rayon Külüs kənd sakini Şəxs1 və Kəngərli rayon Yurdçu kənd sakini Şəxs2 onlara təqdim etdiklərini, ekskavatorun yanacaq bakında 70-80 litrə yaxın dizel yanacağının gizli yolla talandığını bildirdilər. Şəxs1 və Şəxs2 13.05.2022-ci il tarixdə saat 22:50 radəlində həmin ekskavatorun yanacaq bakından şlanq vasitəsi ilə 80 litrə yaxın dizel yancağı çəkdiyini, həmin yanacağı 4 ədəd 20 litrlik metal rəngli bidonlara doldurduğunu bildirdilər və həmin dizel yancağını təqdim etdilər. Şəxs1 və Şəxs2 Cəmşid oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları və digər sənədlərlə sübuta yetirilir. İş materiallarına əlavə olunmuş- 13 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında Protokoldan görünür ki, Şəxs1 və Şəxs2 Cəmşid oğlu 13.05.2022-ci il tarixdə, saat 22:45-də radələrində bir qrup şəxs halında Ordubad rayon Anaqut kəndinin girişində yerləşən “Xan Çinar” istirahət mərkəzinin qarşısında yolun solunda, yoldan təxminən 7 metr aralıda dayanan Zərərçəkmiş şəxs Sadiq oğluna məxsus 64 (altmış dörd) manat dəyərində olan 80 litr dizel yanacağının “BelarusYUMZ” markalı ekskavatordan gizli yolla talamaqla oğurlamış, bununla da onlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişlər. 14 may 2022-ci il aktdan görünür ki, 80 litr dizel yanacağı Zərərçəkmiş şəxs Sadiq oğluna təhvil verilmişdir. 14.05.2022-ci il tarixli, 1/606 nömrəli Ordubad Rayon Vergilər Şöbəsinin arayışında qeyd edilmişdir ki, dizel yanacağının bir litri üçün pərakəndə satış qiyməti 80 qəpik olduğundan 80 litr dizel yanacağının pərakəndə satış qiyməti 64 manatdır. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs1 və Şəxs2 Cəmşid oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs1 və Şəxs2 Cəmşid oğlu 13 may 2022-cu il tarixdə, saat təxminən 11:45 radələrində Ordubad rayon Anaqut kəndində yerləşən “Xan Çinar” istirahət mərkəzinin qarşısında yolun solunda dayanan Zərərçəkmiş şəxs Sadiq oğluna məxsus “Belarus YUMZ”markalı, 85-T-629 nömrə nişanlı ekskavatorun 80 litir dizel yanacağını bir qrup şəxs halında oğurlamışlar. Ona görə də Şəxs1 və Şəxs2 Cəmşid oğlu həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, Cinayət Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, İXM-in 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tədbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs1 və Şəxs2 Cəmşid oğlunun səmimi peşman olmaları məsuliyyətini yüngülləşdirən, bir qrup şəxs halında inzibati xəta törətmələri məsuliyyətini ağırlaşdıran hal kimi nəzə alınmalıdır. icraatı rədd edən hallar müəyyən edilməmişdir. Şəxs1 və Şəxs2 Cəmşid oğlu tərəfində oğurlanmış 64 manat dəyərində 80 litir dizel yanacağı Zərərçəkmiş şəxs Sadiq oğluna qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Şəxs1 və Şəxs2 Cəmşid oğlunun inzibati həbsinin əvvəli qərar elan edildiyi andan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilsin, o, 40 (qırx) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs2 Cəmşid oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilsin, o, 40 (qırx) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. Şəxs1 və Şəxs2 Cəmşid oğlunun inzibati həbsinin əvvəli 14 may 2022-ci il tarixdə saat 11:30-dan hesablansın. Şəxs1 və Şəxs2 Cəmşid oğlu həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Şəxs1 və Şəxs2 Cəmşid oğlu tərəfində oğurlanmış 64 manat dəyərində 80 litir dizel yanacağının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar