Məhkəmə qərarları › İş №3(080)-4/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-4/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-4/2025 21.01.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Əhmədli Əliağa Hüseyn oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, Zərərçəkmiş şəxs və Ordubad RPŞ-nin Polis sahə rəisi, polis leytenantı X3 iştirakı ilə, xx.xx.1961-ci ildə Ordubad rayon Nüsnüs kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, müvəqqəti işsiz, Ordubad rayon Nüsnüs kəndində qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ordubad rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* №li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Ordubad rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, o Zərərçəkmiş şəxsnu tanıyır, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində kənddəki yas yerindən evinə gələrək mətbəxdə özünə yemək hazırladığını, yemək yeyərkən araq içmək istədiyini və bunun üçündə soyuducudan arağı götürərərk süfrəyə qoyuduğunu, daha sonra araqdan qəribə iy gəldiyini və yoldaşı Gülnarənin arağın içinə dərman qataraq onu zəhərləyəcəyini düşündüyünü, Gülnarəni yanına çağırdığını və bunun nə olduğunu ondan soruşduğunu, belə olan halda sözlü mübahsiələrinin yarandığını və onun Gülnarəyə sillə vurduğunu, və buu hadisənin baş verdiyi zaman övadları Pərvinində evdə olduğunu və onları ayırdığını bildirmişdi. Şəxs məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət olunmuş Zərərçəkmiş şəxs Şəxs tanıyır, Şəxs onun həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Vahidin evə gələrək yemək hazırlayıb yediyini daha sonra araqdan qəribə iy gəldiyini və onu çağıraraq arağın içinə dərman qataraq onu zəhərləyəcəyini dediyini, belə olan halda sözlü mübahsiələrinin yarandığını və onun Vahidin ona sillə vurduğunu, və bu hadisənin baş verdiyi zaman övadları Pərvinində evdə olduğunu və onları ayırdığını bildirmişdi. İşdə olan Ordubad RPŞ-nin İTQ-nun təhqiqatçısı, polis mayoru Sərxan Məhərrəmov tərəfindən xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qərar qəbul olunmuşdur. İşdə olan məhkəmə-tibbi ekspertizasının 01 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində xəsarətin hər hansı bir obiyekti aşkar edilməmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq və Şəxs xətanı törətməsi ilə bağlı etirafın dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ordubad Rayon məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar