Məhkəmə qərarları › İş №3(080)-40/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №3(080)-40/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 3(080)-40/2024 12.07.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu, X3 Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 İdarəsinin İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 29 may 2024-cü il tarixli, ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 İdarəsinin İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 29 may 2024-cü il tarixli, ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, X5 tərəfindən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 İdarəsinin vəzifəli şəxsinin İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 29 may 2024-cü il tarixli, ******* saylı qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Lakin iş materiallarlndan görünür ki Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 İdarəsinin 29 may 2024-cü il tarixli, ******* saylı qərarı 29 may 2024-cü il tarixdə qəbul edilmiş qərardan X5 şikayət ərizəsi ilə 28 iyun 2024-cü il tarixdə (şikayət ərizəsi poçt vaistəsi ilə 28 iyun 2024-cü il tarixdə rəsmi olaraq məhkəməyə göndərilmişdir) - 28 gün keçdikdən sonra məhkəməyə müraciət etmiş, inzibati qərardan şikayət vermə müddətini buraxmış və buraxılmış müddətin üzürlü hesab edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Həmçinin X1 Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 İdarəsinin vəzifəli şəxsinin 29 may 2024-cü il tarixli, ******* saylı qərarını rəsmi olaraq hansı müddətdə aldığı barədə şikayət ərizəsinə sənədlər əlavə etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, X5 tərəfindən , Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 İdarəsinin vəzifəli şəxsinin 29 may 2024-cü il tarixli, ******* saylı qərarından verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Ərizəçiyə izah olunsun ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57, 129, və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 İdarəsinin vəzifəli şəxsinin İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 29 may 2024-cü il tarixli, ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar