Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-44/2024 13.08.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X5 iclas katibliyi, şikayət verən şəxs X6, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, X10 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi X14 İdarəsinin MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki,xx.xx.2023-cü tarixdən rəsmi olaraq Ordubad şəhər N.Tusi 1/27A ünvanında yerləşən çörək sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu,bu fəaliyyət müddətində 20 iyul 2023-cü il tarixində Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X14 İdarəsi tərəfindən müayinə aparıldığını və rəsmi olaraq heç bir xəbərdarlıq və cərimə müəyyən edilmədiyini, həmin orqan tərəfindən Sahibkarla plan üzrə yoxlamaların aparılması dövriliyi gözlənilmədən 13 may 2024 il tarixində müayinə aparılmadığını, inzibati protokol tərtib edildiyini və onunla əlaqədar işin baxılması üçün 28 may 2024-cü il qeyri iş günü tarixində Fövqəladə Hallar Nazirliyinin X14 İdarəsinə dəvət edildiyini, növbəti iş günü 29 may 2024 bildiriş göndərilmədən işə baxılaraq və 150 manat məbləğində cərimə müəyyən edilidiyini, həmin gün 29 may 2024 məsələ ilə əlaqədar həmin idarə ilə telefon əlaqəsi yaratdığını və ona cavab olaraq gec olduğunu artıq cərimənin yazıldığını bildirildiyini, eyni zamanda yoxlama zamanı, yoxlayıcılar şəxsiyyət vəsiqələrini və xidməti vəsiqələrini təqdim etmədiklərini, ona görə də həmin şəxslərin müayinə aparan yoxlamalar olub-olmamasını müəyyən etmək mümkün olmadığını bildirdi, X3 , xx.xx.2024 tarixində yazdığı məktubla yuxarı səlahiyyətli orqana müraciət etsə də, xx.xx.2024 tarixli cavabla ona köməklik göstərilmədiyini bildirdi. X3, Naxçivan MR Fövqəladə Hallar Nazirliyi X14 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi X12 məhkəməyə verdiyi izahatında bildirdi ki, yanğın-texniki müayinənin aparılması haqında 1156 nömrəli qərar əməkdaşlar tərəfindən 23 aprel 2024-cü il tarixində vətəndaşa təqdim olunmuş, xx.xx.2024- xx.xx.2024-cü il tarixləri arasında sahibkarı olduğu obyektə yanğın-texniki müayinənin keçiriləcəyi haqqında vətəndaşa məlumat verilmişdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Reslubikasının qanununa uyğun olaraq sahibkarlıq obyektlərinin yoxlanılması Azərbaycan Resbublikasının Prezidenti cənab İlham Əliyevin 13 aprel 2010-cu il tarixli 246 nömrəli və 15 fevral 2011-ci il tarixli 383 nömrəli fərmanlarına əsəsən yaradılmışdır. Sahibkalıq sahəsində aparılan yoxlamların vahid məlumat reyestri çıxarışı əsasında həyata keçirilir. Ordubad rayon N.Tusi 1/27 ünvanında yerləşən VÖEN ********** nömrəli və "Sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reystrinin KY242101821 nömrəli çıxarışına əsasən obyekdə keçirilən planlı yanğın texniki müayinə zamanı bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, obyekt elektirik naqillərinin gərginliyə qarşı keçiricilik müqaviməti yoxlanılaraq aktı tərtib olunmayıb yanğın xəbərverici siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemləri ilə təmin olunmayıb, İnzibati binada və anbarda yanğınsöndürmə balonları normaya uyğun deyil. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş qanun pozuntusu insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradır. Müəyyən edilmiş yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması faktları səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün növdə olan mülkiyətin qorunmasının pozulmasına şərait yaradılmışdır. X2 protokol tətbiq edilərək barəsində şərti olaraq 150 manat cərimə tətbiq olunmuş və nöqsanların aradan qaldırılması üçün 30 gün vaxt verilmiş, bu müddət ərzində nöqsanları aradaq qaldırdıqda protokolun qüvvədən düşməsi vətəndaşa izah olunmuşdur. Vətəndaş isə bu müddət ərzində nöqsanları aradan qaldırmamışdır. Qərarından şikayət verilən orqanın nümayəndəsi X12 məhkəməyə izahatını verdikdən sonra planlı yoxlama ilə bağlı reyestri məhkəməyə təqdim etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X12 izahatnın nəzərə alınmasını və şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan NMR Fövqəladə Hallar Nazirliyi X14 İdarəsinin MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X10 İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan qeyd edilən protokolun surətindən, yoxlama suallarının siyahısından görünür ki, faktiki olaraq şikayət vermiş şəxs tərəfindən protokolda göstərilən əməlin törədilməsi təsdiq edilir. Şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Eyni zamanda MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qəraradan görünür ki X2 protokol tətbiq edilərək barəsində şərti olaraq cərimə tətbiq olunmu və nöqsanların aradan qaldırılması üçün 30 gün vaxt verilmişdir. 116.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 116.4. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və yalazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfatvəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 518.1-ci maddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycann Respublikası İnzibati xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından – yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi , Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 İdarəsi X6 əməlində İXM-in 518.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə və o, hüquqi şəxsin təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini daşıdığına görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməklə və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi X14 İdarəsinin MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ordubad Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-44/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-44/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver