Məhkəmə qərarları › İş №3(080)-45/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-45/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-45/2023 29.08.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsi, hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Ordubad rayon İcra və Probasiya şöbəsinin rəisi Məcnun Quliyevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 12.04. 1986-cı il tarixdə Ordubad rayonunun Behrud kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, iki uşaq atası, müvəqqəti işsiz, Ordubad rayonunun Behrud kəndində qeydiyyatda olmaqla yaşayan Şəxsbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ordubad rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmişinzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: Şəxs barəsində 29 avqust 2023-cü il tarixdə Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Naxçıvan şəhır Məhkəməsinin 2(078)-1042/2019 nömrəli, 10 oktyabr 2019-cu il icra sənədi icra edilməsi üçün Ordubad rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədində 18 sentyabr 2019-cu il tarixdən hesablanmaqla 20 iyun 2007-ci il tarixdə doğulmuş X4 və 05 sentyabr 2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 100 manat olmaqla, hər ay 200 manat sabit pul məbləğində alimentin Şəxsn alınıb X5 verilməsi göstərilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 21 oktyabr 2019-cu il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş 21 oktyabr 2019-cu il tarixdə borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs icra sənədini tam icra etməmişdir. Borclu Şəxs tələbin təmin olunması və bölməyə gəlməsi barədə xəbərdarlıq olunmuş, lakin borclu Şəxs tələbi tam təmin etməmiş, bölməyə gəlməkdən yayınmışdır. Ordubad rayon İcra və Probasiya bölməsi tərəfindən 26 dekabr 2022-ci il tarixdə, Şəxs axtarışı haqqında qərar qəbul edilmişdir., Şəxs 04 may 2023-cü il tarixdə Ordubad Rayon İcra və Probasiya bölməsinə gətirilmişdir. Şəxs 4500 manat aliment borcu var. Şəxs tələbin təmin edilməsi üçün dəfələrlə xəbərdarlıq edilmiş, o, icra sənədini üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Naxçıvan şəhər Məhkəməsinin 2(078)- 1042/2019 nömrəli, 10 oktyabr 2019-cu il icra sənədi icra edilməsi üçün 10 oktyabr 2019cu il icra sənədi icra edilməsi üçün Ordubad rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icraat başlanılmış, icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti, tələbin könüllü icrası barədə bildiriş ona göndərilmiş, tələbin icrasının könüllü təmin edilməsi təklif edilmiş, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmiş, borcun ödənilməsi üçün icra məmuru tərəfindən müddət müəyyən edilmiş, lakin aliment borcunu ödəməmişdir. İcra məmurunun hesabladığı aliment borcu ilə razıdır, 4500 manat aliment borcu vardır. Hazırda da maddi imkanı yoxdur, aliment borcunu ödəyə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında həmçinin inzibati xəta törətdiyinə görə peşiman olduğunu, işləyib borcunu ödəyəcəyini bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati materialı araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. N.Babayev Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Şəxs inzibati xəta törətməyə görə peşman olmasını məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən onun aliment borcunun olmasını, bildirdiyinə görə maddi imkanının olmamasını nəzərə alır, barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o, 24 gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 24 (iyirmi dörd ) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 29 avqust 2023-cü il, saat 17:00-dan hesablansın. X8 həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar