Məhkəmə qərarları › İş №3(080)-46/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-46/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-46/2023 30.08.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında Protokol tərtib edən şəxs Ordubad RPŞ-in X5 polis sahə rəisi X1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs-xx xxxxxx 1992-ci il tarixdə Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, işsiz, Ordubad Rayonu Sabirkənd kəndində yaşayan-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə Ordubad rayon Polis Şöbəsinin X5 rəisi VMİE-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 29 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 002413 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 29 avqust 2023-cü il tarixdə Ordubad Rayonu Sabirkənd kəndində Zərərçəkmiş şəxs döymüş, ona qəsdən fiziki ağrı yetirmişdir. Faktla bağlı Zərərçəkmiş şəxs Ordubad rayon X7 Polis Bölməsinə müraciət etmiş, Ordubad Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat qrupunun müstəntiqi Turab Rzayev tərəfindən araşdırma aparılmış və 28 avqust 2023-cü il tarxili qərar qəbul edilmiş Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Ordubad rayon X4 Təhlükəsizlik bölməsinə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir.. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirli bilmiş, hərəkətlərinə görə Zərərçəkmiş şəxs üzr istəmiş, onunla barışmış, bir daha belə hərəkətlərə yol verməyəcəyini, Zərərçəkmiş şəxs onu bağışladığını, hərəkətlərindən çox peşman olduğunu bildirmiş, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həyat yoldaşıdır. 27 iyul 2023-cü il tarixdə kirayə yaşadıqları Ordubad Rayonu Dəstə kəndinədə evə gələrək ona nə üçün atasının onlarla yaşamadığı barədə onunla mübahisə etmiş, onun saçından tutaraq qarın nahiyəsindən təpiklə vurmuş, üz nahiyəsində şillə ilə vuraraq nalayiq sözlər işlətmişdir.Şəxs ondan üzr istəmiş, onunla barışmışdır. Hazırda Şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan- 28 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, HK-1/114 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyət cəlb edilməsi üçün qərarın surəti Ordubad rayon X7 Polis Bölməsinə göndərilmişdir. Məhkəmə iş üzrə icraatın iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim etmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onunla barışdığını, ondan hərəkətlərinə görə üzr istədiyini bildirmiş, Şəxs şikayətinin tələbinin olmadığını bildirmiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərər çəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 53, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar