Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-46/2024 05.09.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Əhmədli Əliağa Hüseyn oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Ordubad rayon Dırnıs kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, müvəqqəti işsiz,Ordubad rayon Kələki kəndində qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ordubad rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* №li, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs Zərərçəkmiş şəxs saçından tutmuş və taxta parçası ilə baş nahiyəsinə zərbə vurmuşdur. Ordubad rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, o Zərərçəkmiş şəxsnu tanıyır, Zərərçəkmiş şəxs onun həyat yoldaşının bacısıdır. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Şəxs istifadəsində olan mobil telefon nömrəsinin whatsapp tətbiqi vasitəsilə baldızı Zərərçəkmiş şəxs mobil nömrəsində istifadə etdiyi whatsapp tətbiqə səsli mesaj göndərərək Pərvanənin ünvanına nalayiq ifadələr işlətmiş, bir neçə dəqiqə keçdikdən sonra Şəxs Zərərçəkmiş şəxs göndərdiyi səsli mesajları hərkəsdən silmişdir. Daha sonra Gülmirə saat 10 radələrində baldızı Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsinə getmiş, Pərvanəyə nalayiq ifadələr işlədərək “məni nə üçün həyat yoldaşımdan ayırırsan" deyə sual edərək Pərvanənin saçından tutaraq geriyə çəkmiş, Pərvanə həmin vaxt bağırmağa başlamışdır. sonra orada olan ağac parçası ilə Pərvanənin burun nahiyyəsindən bir zərbə vurmuş, Pərvanə bağırdığı üçün onun ağız nahiyyəsindən tutaraq evlərində yerləşən otağa aparmış, həmin vaxt orada Gülmirə və Pərvanədən başqa hər hansı şəxs olmamış, Pərvanə ilə aralarında yaranmış mübahisə zamanı Gülmirə orada olan masaya toxunmuş, həmin vaxt masanın üzərində olan əşyalar otlaq sahəyə dağılmış, qeyd edilən əşyaların arasında hər hansı telefonun olduğunu görməmiş, daha daha sonra oradan uzaqlaşaraq yaşadığı evə getdiyini bildirmişdir. Şəxs məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət olunmuş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 02 radələrində tanımadığı mobil telefon nömrəsindən whatsapp mobil tətbiqi vasitəsilə onun mobil telefon nömrəsinə səsli mesaj göndərilmiş, həmin səsli mesajları dinlədikdə səs tonundan həmin şəxsin qardaşının həyat yoldaşı Şəxs aid olduğunu görmüş, həmin səsli mesajlarda Şəxs Pərvanənin ünvanına nalayiq ifadələr işlətməklə onun müxtəlif şəxslərlə münasibətdə olduğu barədə yalan məlumatlar vermiş, bir neçə dəqiqə keçdikdən sonra Şəxs Pərvanınin mobil telefon nömrəsinə göndərdiyi səsli mesajları silmiş, həmin gün saat 10 radələrində Şəxs Pərvanənin yaşadığı evin həyətyanı sahəsinə getmiş, Şəxs heç bir səbəb və əsas olmadan Pərvanə ilə sözlü mübahisə etmiş, Şəxs həmin vaxt sağ əli ilə Pərvanənin saçından tutaraq çəkməyə başladığını, daha sonra Pərvanə “kömək edin” deyə bağırdıqda Şəxs sol əli ilə Pərvanənin ağız nahiyyəsindən sıxaraq otağa daxil etmiş, həmin vaxt orada Gülmirə və Pərvanədən başqa heçkim olmamış, Şəxs Pərvanəyə aid olan mobil telefonu masanın üzərindən götürərək oradan uzaqlaşdığını bildirmişdir. İşdə olan Ordubad RPŞ-nin İTQ-nun təhqiqatçısı, polis kapitanı Turab Rzayev tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qərar qəbul olunmuşdur. İşdə olan məhkəmə-tibbi ekspertizasının 49 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş ırətlər: sağ said nahiyəsinin qançır və sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, eləcə jğac zərbəsi nəticəsində əmələ gəlmələri mümkündür, müddəti qərarda göstərilən şəraitdə və )8.2024-cü il tarixdə törənmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər ığundan dərəcələri təyin edilmir.. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ordubad Rayon məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-46/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-46/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver