Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-47/2025 16.10.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs:- xx xxxxxx 1962-ci il tarixdə Ordubad rayonu, Vənənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ordubad rayonu, Vənənd kəndində qeydiyyatda olan və yaşayanbarəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs 09 avqust 2025-ci il tarixdə Zərərçəkmiş şəxs döymüş, barəsində 16 oktyabr 2025-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Ordubad Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X1 07 sentyabr 2025-ci il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan qərarın surəti Ordubad Rayon Polis X3 bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilmiş, izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə əvvəllər bir neçə dəfə sözlü mübahisə etmiş, 09 avqust 2025-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs həyətinə gedib içməli su xəttini bərpa edən, adını bilmədiyi həmkədlisinin orada olub-olmaması, olarsa həmin şəxsin Nazimənin içməli su xəttini bərpa etdikdən sonra onun su xəttini bərpa etməsi üçün onların evinə dəvət etmək istəmiş, Nazimənin həyətinə daxil olmuş, həyətdə heç kimi görməmiş, yaşadığı evə qayıtmaq istəmiş, həmin vaxt Nazimə həyətyanı sahəsinin hasarından çölə baxmış, onun ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra nalayiq ifadələr işlədə-işlədə həyətdən çölə çıxmış, bu zaman o öz həyətinə daxil olmuş, bir ədəd mətbəx bıçağını özünə aid olan içməli su xəttini bərpa etmək üçün götürmüş, məhəllədə Nazimə bağıraraq onun ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. O, məhəlləyə çıxıb su xəttini bərpa etməyə çalışmış, həmin vaxt Nazimə ilə mübahisələri daha da şiddətlənmiş, Naziməyə ünvanına nalayiq ifadələr işlətməməsini bildirmiş, Nazimə onun ünvanına nalayiq ifadələr işlətməyə davam edən zaman Nazimənin saçlarından yapışıb onunla əlbə-yaxa dava etməyə başlamış, həmin vaxt o, Nazimənin sifət nahiyyəsindən bir sillə zərbəsi vurmuş, Nazimə ilə mübahisə edərkən su xəttini bərpa etmək üçün evindən gətirdiyi mətbəx bıçağını içməli su xəttinin yanında yerə qoymuş, mübahisədən bir neçə dəqiqə sonra Rəviyə adlı şəxs çölə çıxıb onlara irad bildirmiş, daha sonra oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Hərəkətlərindən peşmandır. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs ilə əvvəllər bir neçə dəfə sözlü mübahisə etmiş, 09 avqust 2025-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə istirahət etmiş, həmin vaxt Şəxs yaşadığı evin həyətyanı sahəsinə daxil olub həyətində olan içməli su xəttinə baxdığını görmüş, daha sonra Nəvayətin həyətdən çıxıb getdiyini görmüşdür. O, həyətinin divarından çölə baxmış, Nəvayətdən həyətinə nə üçün girdiyini soruşmuş, Nəvayət ona “həyətə girdim ki, həyətdə kimsə olsa deyim getsin suyu kəssin” ifadələrini işlətmiş, daha sonra o, Nəvayətə “sən kimsən ki, mənim içməli suyumu kəsəsən” ifadələrini işlətmiş, həyətyanı sahəsindən çölə çıxıb Nəvayətin arxasınca getmişdir. Nəvayətin ondan bir neçə metr irəlidə iti addımlarla həyətyanı sahəsinə daxil olduğunu, həyətdən əlində taxta saplı istifadə olunmuş bıçaq götürüb özünə aid içməli su xətti kimi istifadə etdiyi borunu (şlanqı) kəsmək istədiyini görmüş, Nəvayətin yanına yaxınlaşıb şlanqı kəsməsinə mane olmağa çalışmış, həmin vaxt Nəvayətlə arasında sözlü mübahisə yaranmış, mübahisə zamanı Nəvayət onun saçlarından yapışıb sifət nahiyyəsindən bir sillə zərbəsi vurmuş, daha sonra Nəvayətin şlanq kəsmək üçün gətirmiş olduğu bıçaq onun əlində olduğu üçün ona xəsarət yetirə biləcəyini düşünmüş, bu barədə 112 qaynar xidmətinə zəng edib məlumat vermişdir. Orada digər şəxslər olmamış, daha sonra Rəviyə adlı şəxs oraya gəlib iradını bilridimiş, sonra da yaşadığı evə getmişdir. Şəxs hərəkətlərinə görə bağışlamır, qanuni tədbir görülməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarından, məhkəmə tibbi ekspertizasının 11 avqust 2025-ci il tarixli, 191 saylı rəyində qeyd edilmişdir ki, X2 bədənində müəyyən edilmiş xəsarətlər: sifətində, döş qəfəsinin sağ yarısında, sol bazusunda, sağ əlində xəttşəkilli sıyrıqlar iti uca və iti kənara malik əşya (alət) (ola bilsin ki, bıçaq) təsirindən törənmişdir, eləcə də qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər inzibati xəta törətməməsini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 300 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(080)-47/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-47/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver