Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-49/2023 20.09.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, protokol tərtib edən ORPŞ-nin polis sahə rəisi, polis leytenantı X3 və Şahid iştirakı ilə, Şəxs xx.xx-1980-ci ildə Naxçıvan şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli 3 uşaq anası, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan ş, V.Qasımov küçəsi dön-5 ev 21 də qeydiyyatda olan, hal-hazırda Ordubad Rayon Üstüpü kəndində yaşayan, Barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 19 sentyabr 2023-cü il tarixli № 002473 saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 27 iyul 2023cü il tarixdə Ordubad rayonu Üstüpü kəndində Şəxs qayın anası Zərərçəkmiş şəxs aralarında yaranan mübahisə zamanı qəsdən döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o həqiqətən Naxçıvan ş, V.Qasımov küçəsi dön-5 ev 21 də qeydiyyatda olur, hal-hazırda Ordubad Rayon Üstüpü kəndində yaşayır,27 iyul 2023-cü ildə yaşadığımız Ordubad rayonu, Üstüpü kəndindəki yaşadığı evdə olduğunu. Saat təxminən 18:00 radələrində balaca oğlum Çinar evdə yatdığı üçün heyətdə mallara baxmağa çıxdığını. Bir zaman oğlunun ağladığını eşitdiyi üçün evə qaçıb oğlumdan nə üçün ağladığını soruşduğun, uşaq nənəsinin televizora çox səs verdiyi üçün qorxduğunu dediyini bildirdi. Bu zaman qayınanasından nə üçün belə etdiyini soruşduğun. Qayınanası isə ona yaxşı elədiyini və onu təhqir edərək evin ona aid olduğunu və onların evdən çıxıb getməli olduğunu dedi. Qayın anasına nə üçün getməli olduğunu bu evdə əziyyətinin çox olduğun və yaşamaq haqqının olduğunu dediyini. Axşam saat 19:00 radələrində həyat yoldaşı Raman evə gələn kimi qaynanası aralarında olan söz-söhbəti hamısını Ramana dediyini, Raman isə yorğun olduğu üçün məsələyə məhəl vermədiyin bildirdi. Səhəri günü saat 05:00-da həyat yoldaşı Ramanı dağa yola saldıqdan sonra gəlib uzandığın, saat təxminən 08:45 radələrində yuxudan oyanaraq qapının açıq olduğunu qayınanasının isə evdə olmadığın gördüyünü bildirdi. Saat 12:00 radələrində həyat yoldaşı Raman dağdan gələrək və anasının harada olduğunu soruşmuş, o isə bilmədiyin demiş. Bu zaman Ramanın onun üstünə hirslənərək gedib harada olursa olsun tapmalı olduğumu bildirdi. Bu zaman isə yoldaşının bur hərəkətinə hirslənərək uşaqlarını götürüb evdən çıxaraq Naxçıvan şəhərində ana evinə getdiyini bildirdi. Daha sonra xx.xx.2023-cü ildə telefonla Ordubad Rayon Polis Şöbəsinə müraciət edərək qayınanasının tapılması üçün müraciət etdiyini, 01 avqust 2023-cü ildə Ordubad Rayon Polis Şöbəsindən ona telefon zəngi ilə qaynanasının tapıldığı barədə məlumat verildiyini, 04 avqust 2023-cü il də təkrar Ordubad Rayon Polis Şöbəsinə müracət edərək bildirmiş ki, həyat yoldaşı ona hirslənərək anasını tapmaq üçün onu evdən qovub. Daha sonra, polis əməkdaşlarının həyat yoldaşına Ramana zəng etdikdən sonra həyat yoldaşı onu gəlib götürərək evlərinə apardığını bildirdi. Şəxs Zərərçəkmiş şəxs söyüb təhqir etməmiş və onu vurmamış, Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayət şər və böhtan olduğundan məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, həqiqətən Ordubad rayonu Üstüpü kəndində qeydiyyatda olmaqla yaşadığını, 27 iyul 2023-cü ildə Ordubad rayonu Üstüpü kəndində yaşadığı evdə gəlini Şəmsinur ilə aralarında sözlü mübahisə yarandıqdan sonra Şəxs onu təhqir etdiyini ona sinə nahiyəsindən zərbə ilə vurduğunu, bundan sonra başqa otağa keçərək qapını bağladığını, Şəxs isə mətbəxdən bıçaq götürüb otağa hücüm çəkərək qapını açmağı tələb etdiyini və onu öldürəcəyi ilə hədələdiyni bildirdi. Daha sonra Şəmsinurun ona qarşı nalayiq ifadələr işlədərək təhqir edərək söydüyünü, daha sonra evdə onu yola vermədikləri üçün evdən çıxıb qızı gilə getdiyini bildirdi. Hazırda Şəxs ilə barışmır və ona cəza verilməsini məhkəmədən xahiş edir. Şahid izahatı: Məhkəmə iclasında şahid qismində izahat vermiş, Şahid 27 iyul 2023-cü ildə axşam saat 19:00 radələrində yaşadığı Ordubad rayonu, Üstüpü kəndindəki evinə gəldiyini, evə gəldikdən sonra anası Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Şəxs aralarında söz-söhbət olduğunu bildiyini və daha sonra hər iki tərəfin də sakitləşdiyini və hər kəsin yatdığını, Səhər tezdən 05:00-da yuxudan durub dağa getdiyini, saat 12:00-da evə qayıdarkən anası Zərərçəkmiş şəxs evdə olmadığını gördüyünü, həyat yoldaşından anasının harada olduğunu soruşduğun o isə, anasının çıxıb getdiyini dediyini, Anasının getmək səbəbini həyat yoldaşından soruşduğunu və həyat yoldaşın üstünə hirslənib ona görə getdiyini və gedib anasını tapıb gətirməli olduğunu bildirdiyini, daha sonra həyat yoldaşının polisə müracət edərək anasını axtardıqdan sonra anasının Babək rayonu, Güznüt kəndində olduğunu bildiklərini bildirdi. Şahid anası və yoldaşı ilə gəlin qayınana mübahisələri çox ailədə olduğu kimi onlarında evində olduğunu, amma əsla həyat yoldaşı Şəxs anası Zərərçəkmiş şəxs qarşı kobud bir hərəkət edərək ona əl qaldırdığını görmədiyini,və həyat yoldaşı Şəmsinurun anasına qarşı elə bir hərəkət edəcəyinə əsla inanmadığını bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 28 iyul 2023-cü il tarixdə Ordubad Rayonu Üstüpü kəndində olan evində Zərərçəkmiş şəxs söyüb təhqir etmədiyi və onu vurmadığını məhkəmə iclasında dindirilmiş Şahid izahatları ilə də öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş- Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi 07 avqust 2023-cü il tarixli 1025 saylı rəyində göstərilmişdir ki “Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: bədən səthi üzərində döş qəfəsinin ön səthində qançır. Qançır küt əşyanın təsirindən törənmişdir, həmçinin eləcədə əl və ya ayaq zərbəsinin döş qəfəsinin ön divarına çırpılması nəticəsində yaranmağa xarakterikdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.” Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyərək, hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs Zərərçəkmiş şəxs döyməsi istisna olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli hesab etməyərək, döymə inzibati xətasının tərkibi yaradan hərəkətlərə yol vermədiyini bildirmişdir. Həmçinin dindirilən Şahid Şəxs Zərərçəkmiş şəxs döyməməsi və Şəxs Zərərçəkmiş şəxs qarşı belə bir rəftar edəcəyinə inanmadığını bildirdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1 və 53.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ordubad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-49/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-49/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver