Məhkəmə qərarları › İş №3(080)-5/2020

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-5/2020

16.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-5/2020 16.06.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin x7 Haqverdiyevin sədrliyi, x1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər x4 və x2 iştirakı ilə, Şəxs-xx xxxxxxxx 1973-cü il tarixdə Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı subay,orta təhsilli müvəqqəti işsiz, inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında yaşayan, barəsində Ordubad rayon polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 16 iyun 2020-ci il tarixdə, saat 11:00 radələrində ünvan 1 ünvanında şəxsi evinin qarşısında olan böyürtkən kollarının arasında gizlədilmiş formada bir ədəd dibçəkdə, hündürlüyü 13 sm olan və bir ədəd torpaqda əkilmiş formada hündürlüyü 15 sm olan narkotik xassəli bitki olan çətənəyə bənzər bitki kolları hal şahidlərinin, mütəxəssiz-aqronomun iştirakı ilə aşkar olunaraq Ordubad rayon Polis idarəsinin əməkdaşları tərəfindən götürülmüş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, o Şəxs həqiqətən ünvan 1 -da qeydiyyatdadır və həmin ünvanda yaşayır. 2007-ci ildən bəri daimi olaraq Ordubad şəhərində yaşayır. 2016-cı il tarixdə işləmək məqsədilə Moskva şəhərinə getmiş, orda marixona qəbul edərək içərisindən çıxan toxumları üzərində saxlamış və Naxçıvana qayıdarkən üzərində gətirmişdir.Həmin toxumları evdə gizlətmiş, təxminən bir ay öncə istifadə etmək üçün həmin iki ədəd toxumu götürmüş, evinin qarşısında yerləşən böyürtkən kollarının qarşısında əkmişdir. Birini torpağa digərini plastik qaba əkmiş, bir ay ərzində həmin çətənə toxumuna 8 dəfəyə yaxın su tökmüşdür. Toxumlar cücərdikdən sonra fikirləşmiş ki, gələcəkdə özü üçün istifadə edər.Bu gün saat təxminən 11:00-da yaşadığı həyətdən 1 l su götürüb həmin çətənə kollarına yaxınlaşmış, kolların ətrafında torpaqları keşəldərək otlardan təmizlədir. Su tökərkən Tural müəllim və onunla birlikdə polis əməkdaşı tanımadığı şəxs ilə yaxınlaşmış və bildirmişdir ki, nə edirsən bilmirsən ki, çətənə kollarını əkib becərilməsi qadağandır. Ondan sonra həmyerlisi Əlyar Rüstəmov, Samir İbrahimov və onunla birlikdə Yusif Murtuzov həmin sahəyə yaxınlaşıb baxdıqdan sonra Yusif Murtuzov qeyd etmişdir ki, bunlar çətənə kollarıdır.Onların iştirakı ilə həmin çətənə kolları çıxardılaraq qablaşdırılıb , möhürlənib ondan sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunmuşdur.Şöbəyə daxil olandan sonra hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, amma üzərində hər hansı narkotik vasitə aşkar olunmamışdır. Şəxs izahatında həmçinin hərəkətindən çox peşiman olduğunu, əvvəllər inzibati xəta törətməməsini, tək yaşadığını bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 16 iyun 2020-ci il tarixdə saat 11:00 radələrində şəxsi evinin qarşısında olan böyürtkən kollarının arasında gizlədilmiş çətənə kolu aşkar edilməsi iş materiallarına əlavə edilmiş hal şahidləri x5 və x3 izahatları, şəxsi axtarış protokolu ilə də öz təsdiqini tapmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2020-ci il tarixli, №91/20 saylı arayışından müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Ordubad şəhər sakini Şəxs aşkar edilərək götürülmüş 2 ədəd təmiz çəkisi 0.452 qram narkotik vasitə çətənə kannabis bitkiləri 0.452 qram olan 2 ədəd çətənə koludur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİİ siyahıya əsasən narkotik vasitə olan çətənə kolu 3-15 ədəd xeyli miqdar sayıldığından bu iş üzrə isə 2 ədəd çətənə kolu isə az miqdara aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs qanunsuz olaraq əkdiyi şəxsi istehlak miqdarında narkotik vasitəni satış məqsədi olmadan əkmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır . İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşiman olmasını, ilk dəfə inzibati xəta törətdiyini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulmş inzibati tənbeh növlərindən hansının tətbiq edilməsi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Şəxs həbs növündə inzibati tənbeh deyil, inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əasasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə iş üzrə maddi sübutun taleyi ilə bağı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində saxlanılan 2 ədəd təmiz çəkisi 0.452 qram narkotik vasitə çətənə kannabis bitkiləri qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 220 (iki yüz iyirmi) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 2 ədəd təmiz çəkisi 0.452 qram narkotik vasitə çətənə (kannabis) bitkiləri qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və protest verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar