Məhkəmə qərarları › İş №3(080)-5/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-5/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-5/2021 25.05.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsi, hakim Haqverdiyev Tural Ziyat oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Pirimov Zaur Pirverdi oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialın baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Pirimov Zaur Pirverdi oğlunun barəsində 25 may 2021-ci il tarixdə Ordubad Rayon İcra və Probasiya bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş İXP 007652 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdırdım və belə nəticəyə gəldim ki, inzibati xəta hadisəsi olmadığından Azərbaycan Respublikası İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə görə inzibati xəta haqqında işlər üzrə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqlnda icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 109.2-ci maddəsinə qeyd edilmişdir ki bu məcəllənin 53 və 104.1-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edir. Ordubad Rayon İcra və Probasiya bölməsi tərəfindən verilmiş Pirimov Zaur Pirverdi oğlunun barəsində 25 may 2021-ci il tarixdə tərtib edilmiş İXP 007652 nömrəli inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərə araşdıran zaman müəyyən etdim ki, 15.01.2021ci il tarixli Ordubad Rayon Məhkəməsinin icra sənədi üzrə tələbkar X1 25.05.2021-ci tarixli ərizəsi ilə Ordubad Rayon İcra və Probasiya bölməsi müraciət etmiş və 13.08.2020-ci il tarixdən, 25.05.2021-ci il tarixədək cavabdeh Pirimov Zaur Pirverdi oğlu tərəfindən ona ödənilməli olan aliment borcunun cavabdeh Pirimov Zaur Pirverdi oğlu tərəfindən ona ödənildiyini və aliment borcu ilə bağlı cavabdehdən heç bir tələbi və şikayəti olmadığını bildirmişdir. Azərbaycan Respublikası İXM-in 109.1 və 109.2-ci maddələrinə əsasən İXM-in 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən belə hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Pirimov Zaur Pirverdi oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə (25 may 2021-ci il tarixli, İXP 007652 nömrəli inzibati xəta haqqında protokol) başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 53, 109, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Pirimov Zaur Pirverdi oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə ( 25 may 2021ci il tarixli, İXP 007652 nömrəli inzibati xəta haqqında protokol) başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar