Məhkəmə qərarları › İş №3(080)-50/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-50/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-50/2023 21.09.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhəmməd oğlunun, Ordubad Rayon Polis Şöbəsinin, Biləv Polis bölməsinin sahə rəisi polis leytenantı X3, şahid qismində məhkəməyə çağırılmış Şahid2 Müzəffər oğlunun və Şahid1 iştirakı ilə, Şəxs-xx xxxxxx 1976-cı il tarixdə Ordubad rayon Başdizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, Ordubad rayon Başdizə kənd məktəbində hərbi rəhbər, Ordubad rayon Başdizə kəndində qeydiyyatda olan və ünvanında yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə Culfa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 21 sentyabr 2023-cü il tarixdə Ordubad Rayon Polis Şöbəsinin, Biləv Polis bölməsinin sahə rəisi polis leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 002440 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 22 avqust 2023-cü il tarixdə Ordubad rayon Başdizə kəndində Zərərçəkmiş şəxs Məhəmməd oğluna yumruq zərbəsi vuraraq, ona qəsdən fiziki ağrı yetirmişdir. Faktla bağlı zərər çəkmiş şəxs Allahyarov X2 Rayon Polis Şöbəsinin, Biləv Polis bölməsinə müraciət etmiş, Ordubad Rayon Polis Şöbəsinin, Biləv Polis bölməsində İstintaq və Təhqiqat qrupu olmadığından, ərizə Biləv Polis bölməsi tərəfindən araşdırılması üçün, Ordubad Rayon Polis Şöbəsinə göndərilmişdir. Ordubad Rayon Polis Şöbəsinin İstintaq-Təhqiqat qrupunun təhqiqatçısı polis mayoru Sərxan Məhərrəmov tərəfindən araşdırma aparılmış və 20 sentyabr 2023-cü il tarixli qərar qəbul edilmiş Zərərçəkmiş şəxs Məhəmməd oğlu barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Ordubad Rayon Polis Şöbəsinin, Biləv Polis bölməsinin sahə rəisi polis leytenantı X4 tərəfindən Zərərçəkmiş şəxs Məhəmməd oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirli bilmiş, hərəkətlərinə görə kəndlisi Zərərçəkmiş şəxs Məhəmməd oğlundan üzr istəmiş, onunla barışmış, bir daha belə hərəkətlərə yol verməyəcəyini, Zərərçəkmiş şəxs Məhəmməd oğlunun onu bağışladığını, hərəkətlərindən çox peşman olduğunu, hərəktlərinin təkrara olunmayacağını bildirmiş, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhəmməd oğlu izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun kəndlisidir. 22 avqust 2023-cü il tarixdə yaşadıqları Ordubad rayon Başdizə kəndində Şəxs ilə aralarında mübahisə olmuş, Şəxs onun sinə nahiyəsindən yumruq zərbəsi vurmuşdur. Daha sonra Şəxs ondan üzr istəmiş, onunla barışmışdır. Hazırda Şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 Müzəffər oğlu və Şahid1 izahatında Şəxs Zərərçəkmiş şəxs Məhəmməd oğlunu 22 avqust 2023-cü il tarixdə yumruq zərbəsi ilə vurduğunu təsdiq etmişlər. İş materiallarında olan- 20 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, HK-1/137 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyət cəlb edilməsi üçün qərarın surəti Ordubad Rayon Polis Şöbəsinin, Biləv Polis bölməsinə göndərilmişdir. Məhkəmə iş üzrə icraatın iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhəmməd oğlu məhkəməyə ərizə təqdim etmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onunla barışdığını, ondan hərəkətlərinə görə üzr istədiyini bildirmiş, Şəxs şikayətinin tələbinin olmadığını bildirmiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərər çəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 53, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şəxsun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar