Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-54/2024 16.09.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-13 iyul 1996-cı il tarixdə Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, yuyucu işləyən, ünvan 1 ünvanında yaşayan-barəsində Ordubad Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 16 sentyabr 2024-cü il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 14 sentyabr 2024-cü tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 Şəxs götürülmüş sidik nümunəsindən psixotrop maddə olan MET (metamfetamin) və AMP (anfetamin) istehlakı faktı aşkar olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmiş, izahatında bildirmişdir ki, 2024-cü ilin təxminən iyul ayının əvvəlində Bakı şəhərində 15 gün müddətinə inzibati qaydada həbs edilmiş, iyul ayının 15-də həbs müddəti bitmiş, həbsdən çıxan günün gecəsi “İnstaqram” sosial şəbəkəsində tanış olduğu Pərvanə adlı xanımla Bakı şəhər, Həsən Əliyev küçəsində yerləşən “Rose” adlı otelə istirahət məqsədi ilə getmiş, oteldə gecələyən zaman tanış olduğu Pərvanə adlı xanım çantasından alüminium falqanın icərisindən narkotik vasitə olan “Metamfetamin” çıxararaq həmin falqanın üzərində yandırıb çəkməyə başlamış, özü də narkotik vasitə olan “Metanfetamin”nin tüstüsündən istifadə etmiş, səhərisi gün Ordubad Rayonuna gəlmişdir. 14 sentyabr 2024-cü il tarixdə Ordubad rayonunun ərazisində Ordubad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, Ordubad rayon Polis Şöbəsinə gətirilmişdir. 14 sentyabr 2024-cü il tarixdə Naxçıvan MR X2 müayinə olunmuş, metamfetamin psixotrop maddəsindən istifadə etməsi müəyyən olunmuşdur. Hərəkətindən çox peşmandır, ailədə yeganə qazanc gətirən şəxsdir, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Ordubad rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən X5 izahatında bildirmişdir ki, Şəxs tanıyır. Daxil olmuş məlumat əsasında Şəxs 14 sentyabr 2024-cü il tarixdə saxlanılmış, narkotik vasitə istifadə edib-etməməsinin müəyyən edilməsi üçün Y.Budaqov adına Naxçıvan MR X3 təqdim edilmiş, onun metamfetamin psixotrop maddəsi istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan- Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 14.09. 2024-cü il tarixli, 357 nömrəli narkoloji tibbi yoxlamanın rəyində qeyd edilmişdir ki, Şəxs metamfetamin narkomaniyası xəstəliyindən əziyyət çəkir, məcburi müalicəyə ehtiyacı yoxdur. 14 sentyabr 2024-cü il tarixdə dispanserdə sidik narko-test vasitəsilə müayinə olunub, nəticə MET (metamfetamin) və AMP (anfetamin) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixdə 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısının 27-ci bəndində metamfetamin psixotrop maddəsi qeyd edilmişdir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, 14 sentyabr 2024-cü il tarixdə Şəxs Y.Budaqov adına Naxçıvan MR X2 götürülmüş sidik nümunəsində onun psixotrop maddə olan metamfetamin və anfetamin istehlakı faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin inzibati xətanın törədilməsinə görə inzibati xəta törədən şəxs üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətaya görə hansı inzibati tənbeh növünün tətbiq edilməsi məsələsini müzakirə edib, belə nəticəyə gəlir ki, onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı, ona inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə ailədə yeganə qazanc gətirən şəxsdir, Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 400 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(080)-54/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-54/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver