Məhkəmə qərarları › İş №3(080)-57/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №3(080)-57/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 3(080)-57/2023 05.10.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən hakim əvəzi X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialın baxılmağa hazırlanması zamanı müəyyən etdim Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində 04 oktyabr 2023-cü il tarixdə Ordubad rayon X3 PB-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə tərtib edilmiş 002435 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, material natamam olduğundan, işə baxılarkən tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.3-cü maddəsinə əsasən protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. Maddədə “şəxs haqqında məlumat” deyiləndə ancaq şəxsin soyadı, adı və atasının adı nəzərdə tutulmur, şəxsin barəsində olan inzibati xəta haqqında işə baxmağa imkan verən, o cümlədən həmin şəxsin şəxsiyyəti nəzərə alınmaqla ona təyin olunacaq inzibati tənbehi fərdiləşdirməyə imkan verən məlumatlar nəzərdə tutulur. İXM-nin 100.1-ci maddəsində ifadə olunmuş hüquq norması göstərişin xarakterinə görə məcburedici, göstərişin ifadə olunma formasına görə isə imperativ normadır. Ona görə də protokolu tərtib edən şəxs protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatları göstərməyə borcludur. Lakin hazırkı protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı ünvan, işləyirsə iş yeri, vəzifəsi və əmək haqqının miqdarı, əgər işləmirsə bu barədə məlumat və digər zəruri məlumatlar göstərilməmişdir. Həmçinin iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İXMnin 101 və 103.1-ci maddəsinin tələbi pozulmuş, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda 33 gün sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İş materiallarına əlavə edilmiş 01 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanması rədd edilmədi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs İXM-nin 232-1-ci maddəsinin tələbinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmış, qərar 01 sentyabr 2023-cü il tarixdə Ordubad Rayon Polis Şöbəsinə təqdim edilmiş, lakin inzibati xəta haqqında protokol 04 oktyabr 2023-cü il tarixdə tərtib edilmişdir. Həmçinin iş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı inzibati araşdırma aparılmamış, inzibati xəta törədənin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları alınmamış, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərər çəkmiş şəxs inzibati xəta haqqında işin materialları ilə tanış olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 61.1.1 və 61.1.2-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Azərbaycan Respublikası İXM-in 62.2.1 və 62.2.2-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin inzibati xəta haqqında iş üzrə bütün materialları ilə tanış olmaq, izahat vermək hüququ vardır. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Şəxs barəsində 04 oktyabr 2023-cü il tarixdə Ordubad rayon X3 PB-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə tərtib edilmiş 002435 nömrəli inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən, natamam şəkildə verilmişdir. Ona görə də hesab edirəm ki, göstərilənlərə əsasən, inzibati xəta haqqında protokol Ordubad rayon X3 polis bölməsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 04 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş 002435 nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər Ordubad rayon X3 polis bölməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar