Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-59/2023 26.10.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-10 avqust 1959-cu il tarixdə Ordubad rayonunun Aşağı Əylis kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, müvəqqəti işsiz, Ordubad rayonunun Aşağı Əylis kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsi ilə Ordubad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 10 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə 002485 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xüsusi icazə almadan mülki silahı əldə etmiş, saxlamışdır. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanından (AR Daxili İşlər Nazirliyi) xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs özünü Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə təqsirli bilmiş, izahatında bildirmişdir ki, Ordubad rayonunun Aşağı Əylis kəndində yaşayır, xırda buynuzlu heyvan saxlamaqla məşğuldur. Ozünə məxsus, xüsusi icazə alınmış ov silahı var. Tarixini dəqiq xatırlamır, təxminən 1 il əvvəl Yuxarı Əylis kəndində heyvan sürüsünü “dağ ətəyi” adlanan ərazidə otaran zaman daşların arasında uzaqdan silaha bənzər nəsə olduğunu görmüş, yaxınlaşmış, taxta qundaqlı qoşa lüləli silah olduğunu görmüşdür. Həmin silahı götürmüş, gizli şəkildə yaşadığı evə gətirmiş, həyətyanı sahəsində yerləşən tövlənin damında gizlətmişdir. Silahı qorxduğundan polisə təhvil verməmişdir. Ordubad rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi Tural müəllim onda silah olması barədə məlumat daxil olduğunu, silahı könüllü olaraq təhvil verilməsini bildirmiş, silahı yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlənin damından götürərək polis əməkdaşlarına təhvil vermişdir. Hərəkətlərindən çox peşmandır, ona kömklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, Ordubad rayonunun Aşağı Əylis kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə Ordubad rayonunun Aşağı Əylis kəndində dostu ilə evə gedən zaman polis əməkdaşları onları saxlamış, Şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən tövləyə baxış keçirdiklərini, hal şahidi kimi orada iştirak etmələrini xahiş etmiş, etiraz etməmişlər. Onların iştirakı ilə Şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlənin damına baxış keçirlimiş, damın şiferinin altından bir ədəd qoşa lüləli ov silahı aşkar olunmuş, bu barədə sənəd tərtib edilmiş, sənədi imzalamışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün səmimi etirafı, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 01 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən tövləyə baxış keçirilmiş, tövlənin şiferinin alt hissəsində gizlədilmiş bir ədəd 1962-ci ildə Rusiya Federasiyasında istehsal olan 16 mm markalı, “N 36322" nömrəli, qoşa lüləli, qundaq və tutacaq hissəsi taxtadan olan ov silahı aşkar edilərək götürülmüşdür. 06 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqında qərarda qeyd edilmişdir ki, bir ədəd silahın hazırlanma üsulunu, təyinatını və silahın hansı növünə aid olmasını müəyyən etmək üçün məhkəmə-ballistik ekspertizası təyin edilmiş, ekspert rəyi 27 sentyabr 2023-cü il tarixdə Ordubad Rayon Polis Şöbəsinə daxil olmuş, xx.xx.2023-cü il tarixli, 885 nömrəli ekspert rəyindən tədqiqata təqdim edilmiş silahın “TOZ-BM” modelli, “36322 serya nömrəli xarici çaxmaqlı, qoşalüləli, yivsiz (hamar lüləli), saz vəziyyətdə olan ov silahı olduğu müəyyən edilmişdir. 06 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqında qərardan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, əməlində İnzibatı Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Ordubad Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs “TOZ-BM” modelli, “36322 serya nömrəli xarici çaxmaqlı, qoşalüləli, yivsiz(hamar lüləli) saz vəziyyətdə olan ov tüfəngini əldə edərək saxlamış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi özünün səmini etirafı, şahidlərin izahatı və inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. “Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan ov silahı müsadirə edilməli və 80 manat məbləğində cərimə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Şəxs hərəkətlərindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Ordubad rayon Polis Şöbəsində saxlanılan bir ədəd SSRİ-də (Rusiya) Tula silah zavodunda 1962-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-BM” modelli, “36322” serya nömrəli xarici çaxmaqlı, qoşalüləli, yivsiz (hamar lüləli) ov silahı müsadirə edilsin. Şəxs 80 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(080)-59/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-59/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver