Məhkəmə qərarları › İş №3(080)-6/2020

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-6/2020

06.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-6/2020 06.07.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin x7 Haqverdiyevin sədrliyi, x3 məhkəmə iclas katibliyi, Ordubad Rayon İcra və Probasiya Bölməsinin rəisi x1 və Şəxs iştirakları ilə Şəxs: xx.xx.1988-ci ildə Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, çörək sexində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan. Azərbaycan Respublikası İXM-nin 528-cu maddəsi ilə təqsirləndirilməsinə dair Ordubad rayon İcra və Probasiya Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ordubad Rayon Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2(080)-179/2016 saylı İcra vərəqəsi ilə olan borcunu ödəməkdən qəsdən yayınaraq Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 06 iyul 2020-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında 007651 nömrəli protokol Ordubad rayon İcra və Probasiya Bölməsindən baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında təqdimat verən şəxs Məcnun Quliyev izahatında x2 Şəxs aliment tələbinə dair Ordubad Rayon Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2(080)-179/2016 saylı İcra vərəqəsi ilə bir uşağın saxlanması üçün 80 manat, iki uşağa 160 manat sabit pul məbləğində aliment tutularaq x2 xeyrinə ödənilməsi qət edildiyini, icra vərəqəsi 06 dekabr 2016-cı il tarixdə icrası üçün Ordubad Rayon İcra və Probasiya Bölməsinə daxil olduğunu, İcra və Probasiya Bölməsi tərəfindən həmin tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş tərəflərə göndərildiyini, bildirişdə göstərilən 10 gün müddətində keçməsinə baxmayaraq borclu aliment pulunu ödəmədiyini, borclu Şəxs Ordubad Rayon İcra Qrupu tərəfindən şifahi xəbərdarlıq edildiyini, lakin borclu Şəxs bu günə kimi ödəmə aparmadığını, borclu Şəxs barəsində bütün icra tələblərinin görülməsinə baxmayaraq borclu Şəxs borcunu ödəməkdən qəsdən yayınmışdır. Bununla da borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində nəzərdə tutulmuş inzibti xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs verdiyi izahatında əvvəllər işləmədiyi üçün alimenti ödəmədiyini, indi isə Ordubad Rayonunun Bazarında çörək sexində işlədiyini, yiğılmış aliment pulunu alimenti ödədikdə hissə-hisə ödəyəcəyini əvvəllər isə müalicədə olduğunu, Rusyanın Dağıstan şəhərində müalicə olunduğunu həm də işlədiyini, bu səbəbdəndə aliment pulunu ödəyə bilmədiyini bildirərək ifadəsini bitirmişdir. Məhkəmənin iki uşağın atasız, imkansız, başsız qoyaraq necə vicdanının rahatlıq tapdığı sualına inzibati qaydada təqsirəndirilən şəxs Şəxs susqunluqla qarşılamışdır. Məhkəmə toplanmış sübutlara tam, hərtərfli və obyektiv surətdə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, borclu Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə tövsüf olunmuşdur. Ona görə də həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata başlamış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta törətmiş şəxs Şəxs törətdiyi əməldə ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs bu günə qədər kəsilən aliment miqdarından bir miqdar belə ödəmədiyini əsas götütərək həmin şəxsin barəsində inzibati həbs seçilməsinin məqsədəmüvafiq olacağı qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə təqsirli bilinib 18 (on səkkiz) gün müddətində inzibati qaydada həbs edilsin. Cəzaçəkmənin əvvəli 06 iyul 2020-ci il tarixdən hesablansın. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət vermək olar. Ordubad Rayon Məhkəməsinin Sədri: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar