Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-6/2022 24.05.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X2 Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Ordubad Rayonu Vənənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, Ordubad Rayonu Vənənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 23.05.2022-ci il tarixdə saat 05:10 radələrində «Mersedes minik» markalı **- BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili bir il ərzində təkrarən sərxoş halında idarə etdiyinə görə sonuncunun barəsində İXM-nin 333.2-ci maddəsi ilə ilə AP ******* №-li 23.05.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, etdiyi əməlindən peşimandır və gələcəkdə bu cür inzibati xətalara yol verməyəcəkdir. Barəsində aşağı həddə tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan 23 may 2022-ci il tarixli AP ******* №-li protokollaşdırmadan görünür ki, müayinə zamanı Şəxs 15 pr alkoqol sərxoşluğu aşkar edilmişdir. İş materiallarında olan Ordubad Rayon Polis Şöbəsinin DYPQ-nin YPXİ tərəfindən verilmiş Arayışdan görünür ki, Şəxs avtomaşını il ərzində təkrar sərxoş halda idarə etmişdir. İş materiallarında olan 22 mart 2022-ci il tarixli MN ******* №-li protokollaşdırmadan görünür ki, 22.03.2022-ci il tarixli qərarla Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə 400 manat məbləğində inzibatib tənbeh tədbiri tətbiq eidlmişdir Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs oğlu 23.05.2022-ci il tarixdə saat 05:10 radələrində ««Mersedes minik» markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili bir il ərzində təkrarən spirtli içki sərxoşluğu halında idarə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, İXM-nin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. İXM-nin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun yaşını, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Şəxs cərimə tənbeh tədbirinin tətbiqi hissəsində Ordubad rayon İcra və Probasiya Şöbəsinə, onun sürücülük hüququnun məhdudlaşdırılması hissəsində isə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-6/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-6/2022
24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver