Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-60/2023 26.10.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs-xx xxxxxx 1974-cü il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, müvəqqəti işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Ordubad rayonunun Parağa kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Ordubad Rayon Polis X3 bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi Şəxs barəsində Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Ordubad Rayon Polis X3 bölməsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən müəyyən edilir ki, Şəxs 01 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə 248 manat dəyərində ziyan vurmuş, bununla da, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilmiş, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin giriş qapısına bir neçə daş çırpdığını, evin dam örtüyünə 15-20 daş atdığını, ona 248 manat məbləğində zərər vurduğunu bildirmişdir. Şəxs həmçinin hərəkətlərindən peşman olmasını, Zərərçəkmiş şəxs vurduğu zərəri ödəməyə hazır olduğunu bildirmiş, ona köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs oğlu Azərlə aralarında baş verən mübahisə nəticəsində Şahid2 xəsarət almış, bu səbədən də Şəxs 01 avqust 2023-cü il tarixdə ona məxsus olan fərdi yaşayış evinin giriş qapısına bir neçə daş çırpmış, evin dam örtüyünə 15-20 daş atmış, ona 248 manat dəyərində zərər vurmuşdur. Şəxs hərəkətlərinə görə bağışlamır, barəsində qanuni tədbir görülməsini, ona dəymiz zərərin ödənilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 01 avqust 2023-cü il tarixdə Ordubad rayonunun Parağa kəndində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin giriş qapısına bir neçə daş çırpması, evin dam örtüyünə 15-20 daş atması məhkəmə iclasında dindirilmiş şahidlər Şahid2, Şahid3 və Şahid1 izahatları ilə də öz təsdiqini tapır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, zərər çəkmiş şəxsin, şahidlərin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, iş materiallarında olan 04 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Ordubad Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat Qrupunun müstəntiqi VMİE polis kapitanı Coşqun Əmirovun 01 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati icraat başlanılması üçün qərarın surəti Ordubad Rayon Polis X3 bölməsinə verilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə görə, özgənin əmlakını qəsdən məhvetməyə və zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb, ona xəta törətdiyi maddənin sanksiyası daxilində vurulmuş ziyanın bir misli məbləğində inzibati cərimə tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 38.3, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin, vurulmuş ziyanın bir misli məbləğində, yəni 248 manat məbləğində inzibati qaydada cərimə edilsin. Zərərçəkmiş şəxs vurulmuş 248 manat məbləğində maddi zərər Şəxs alınaraq Zərərçəkmiş şəxs verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(080)-60/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-60/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver