Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-62/2023 23.10.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxx 1976-cı il tarixdə Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib edilmiş 23 oktyabr 2023cü il tarixli, 002494 nömrəli “inzibati xəta haqqında” protokol, inzibati xəta haqqında iş üzrə toplanmış material ilə birlikdə baxılması üçün Ordubad Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilir. Ordubad şəhərində yaşayır, işləmək üçün Rusiya Federasiyasına gedir. 12 sentyabr 2023-cü il tarixdə Rusiya Federasiyasından Naxçıvan MR-ə gələn zaman Moskva hava limanında tanımadığı şəxslərdən siqaret istəmiş, siqareti çəkdikdən sonra narkotik vasitə marixuana olmasını bilmişdir. 19 oktyabr 2023-cü il tarixdə Ordubad şəhərində polis əməkdaşları tərəfindən saxlanılmış, hərəkətləri şübhə doğurduğundan polis şöbəsinə dəvət edilmiş və narkoloji ekspertizadan keçirilməsi üçün ekspertə təqdim edilmişdir. Ekspert rəyi alınmış, narkotik istifadə etməsi müəyyən edilmişdir. Barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs izhatında onu da bildirmişdir ki, hərəkətlərindən peşmandır, iki azyaşlı uşağı var, anası yataq xəstəsidir, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Ordubad rayon Polis Şöbəsinin əməkdaşı X3 izahatında bildirmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində Şəxs Ordubad şəhərində hərəkətləri şübhə doğurmuş, o, polis şöbəsinə dəvət edilmiş, narkoloji ekspertizadan keçirilməsi üçün ekspertə təqdim edilmiş, ekspert rəyi alınmış, narkotik istifadə etməsi müəyyən edilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün səmini etirafı, ekspert rəyi ilə öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş- Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 20 oktyabr 2023-cü il tarixli, 1524 nömrəli məktubunda qeyd edilmişdir ki, Şəxs 19 oktyabr 2023-cü il tarixdə dispanserdə sidik narko-test vasitəsilə müayinə olundu, nəticə THC (marixuana) müsbət aşkar olundu. Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş ambulator məhkəmə narkoloji ekspertizasının 21 oktyabr 2023-cü il tarixli, 324 saylı rəyində qeyd edilmişdir ki, R.Quliyev həşiş narkomaniyası xəstəliyindən əziyyət çəkir, hazırda abstinensiya əlamətləri olmadığı üçün məcburi müəlicəyə ehtiyacı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, özünün izahatı ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən hansının tətbiqi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Şəxs şəxsiyyəti, törədilmiş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, himayəsində azyaşlı uşaqlarının olması nəzərə alınmalı inzibati qaydada cərimə edilməlidir. Məhkəmə Şəxs peşman olmasını, himayəsində iki azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır. İcraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəm qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 350 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(080)-62/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-62/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver