Məhkəmə qərarları › İş №3(080)-62/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-62/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-62/2025 21.11.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ i Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs:-08.03 1972-cı il tarixdə ünvan 1 ünvanında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan-barəsində Şəruru Rayon Polis İdarəsindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: İnzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:27-də “VAZ 21011” minik markalı, 69BC678 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən Şəruru şəhəri X3, 27, ünvanında durma qaydalarını pozmağa görə barəsində EQ 28173098 nömrəli inzibati xəta haqqında Qərar tərtib edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. O, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətmiş, tərtib olunmuş inzibati xəta haqqında GP 33510114 nömrəli protokol baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan S. İsmayılova məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş GP 33510114 nömrəli inzibati xəta haqqında protokolla təsdiqini tapmışdır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində düzgün olaraq Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakitə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə təqsirli bilinməli və inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, məhkəmənin elektron səhifəsində cərimənin ödənilməsi ilə bağlı səhifəsindən çıxarılmış çıxarışdan görünür ki, cərimə məbləği və hesablanmış dəbbə pulu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 529.3-ci maddəsinin qeydinə görə həmin məcəllənin 529.3-ci maddəsində nəzərdə tututlmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 115-ci maddələrini rəhbər tutararaq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar