Məhkəmə qərarları › İş №3(080)-63/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-63/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-63/2023 06.11.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs:-xx xxxxxxxx 1997-ci il tarixdə Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ordubad rayonunun Yuxarı Əylis kəndində qeydiyyatda olan- barəsində Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs 14 iyun 2023-cü il tarixdə Toyota Prius (Hibrid) minik markalı, 77HO516 nömrə nişanlı nəqliyyat vasitəsini nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmasına baxmayaraq idarə etmiş, işıq cihazından istifadə qaydalarını pozmuş, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 329.3 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Şəxs barəsində 14 iyun 2023-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, 200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. O, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətmiş, tərtib olunmuş inzibati xəta haqqında İXP ******* nömrəli protokol baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş 04 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər sübutlarla təsdiqini tapır. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 200 manat cəriməni və 120 manat dəbbə pulunu ödəməmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində düzgün olaraq Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakitə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə təqsirli bilinməli, onun nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətə məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, icraatı rədd edən halları müəyyən etməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 115-ci maddələrini rəhbər tutararaq məhkəmə qəraraaldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, onun nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar