Məhkəmə qərarları › İş №3(080)-64/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-64/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-64/2023 30.10.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakı ilə, Şəxs-15 iyun 1979-cu il tarixdə Ordubad rayonunun Behrud kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, işsiz, Ordubad rayonunun Aza kəndində yaşayan-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə Ordubad rayon X3 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zərərçəkmiş şəxs2 29 avqust 2023-cü il tarixdə, saat 15 radələrində Naxçıvan- Ordubad avtomobil yolunun Aza kənd yolayrıcında Şəxs ilə mübahisə etmiş, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs1nən sifət nahiyəsindən bir yumruq zərbəsi vurmuş, zərbənin təsirindən Niftəlizadə yerə yıxılmış, daha sonra Şəxs Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs1 baş nahiyəsindən bir təpik zərbəsi vurmuş, həmin an Zərərçəkmiş şəxs2 üzərində saxladığı bıçaqla Şəxs sağ bel nahiyəsindən qəsdən bıçaq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. 26 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət işi üzrə zərər çəkmiş şəxs Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilmişdir. Şəxs barəsində 30 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 002444 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirli bilmiş, Zərərçəkmiş şəxs1 sifətindən bir yumruq və onun oğlu Zərərçəkmiş şəxs1 baş nahiyəsindən bir təpik vurduğunu, onlardan üzr istədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini, zərər çəkmiş şəxslərin onu bağışladıqlarını, hərəkətlərindən çox peşman olduğunu bildirmiş, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsla həmkəndlidir. 29 avqust 2023-cü il tarixdə, saat 15 radələrində Naxçıvan-Ordubad avtomobil yolunun Aza kənd yolayrıcında Şəxs ilə mübahisə etmiş, mübahisə zamanı Şəxs onun sifət nahiyəsindən bir yumruq zərbəsi vurmuş, zərbənin təsirindən yerə yıxılmış, həmçinin Şəxs oğlu Zərərçəkmiş şəxs1 baş nahiyəsindən bir təpik zərbəsi vurmuşdur. Şəxs ondan və oğlundan üzr istəmiş, onlarla barışmışdır. Şəxs bağışlayır, ondan şikayətləri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İXM-nin 64.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş, Şahid2 29 avqust 2023-cü il tarixdə, saat 15 radələrində Naxçıvan-Ordubad avtomobil yolunun Aza kənd yolayrıcında Şəxs Mərhəmət Niiftəliyevanın sifət nahiyəsindən bir yumruq zərbəsi, Zərərçəkmiş şəxs1 baş nahiyəsindən bir təpik zərbəsi vurmasının şahidi olduğunu bildirmişdir. Məhkəmə iş üzrə icraatın iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim etmiş, Şəxsun onlarla barışdığını, Şəxsun ondan və oğlundan hərəkətlərinə görə üzr istədiyini bildirmiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərər çəkmiş şəxslərlə barışdığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 53, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. X4.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar