Məhkəmə qərarları › İş №3(080)-65/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-65/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-65/2023 30.10.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs- xx.xx.1975-ci il tarixdə Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barədə 30 oktyabr 2023-cü il tarixdə 002495 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında qeyd etmişdir ki, 15 oktyabr 2023-cü il tarixdə 2 il əvvəl Bakı şəhərində olduğu müddətdə əldə etdiyi qurudulmuş marixuana narkotik vasitəsini istifadə etmiş, həmin müddətdə Ordubad şəhərində baş vermiş oğurluq hadisəsi ilə bağlı Polis Şöbəsinə dəvət edilmiş, orada olduğu müddətdə hərəkətləri şübhə doğurduğundan müayinə üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X2 aparılmış, tibbi müayinədən keçirilmiş, narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir. Şəxs izahatında onu da bildirmişdir ki, əməlindən çox peşmandır, iki yetkinlik yaşına çatmayan uşağı var. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Ordubad Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid bildirmişdir ki, 2023-cü ilin oktyabr ayının əvvəllərində Ordubad şəhərində televizor oğurluğu hadisəsi baş vermişdir. Araşdırma zamanı Şəxs təmir üçün ustaya televizor aparması müəyyən edilmiş və o, Polis Şöbəsinə dəvət edilmişdir. Onunla söhbət zamanı hərəkətləri şübhə yaratmış və müayinə üçün X2 aparılmış, tibbi müayinədən keçirilmiş, narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Şahid onu da bildirmişdir ki, Şəxs sakit təbiətli, müsbət xasiyyəti olan insan kimi tanıyır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 30 oktyabr 2023-cü il tarixli, 329 nömrəli məktubunda qeyd edilmişdir ki, Şəxs 28 oktyabr 2023-cü il tarixdə dispanserdə sidik narko-test vasitəsilə müayinə olundu, nəticə THC (marixuana) müsbət aşkar olundu, Şəxs narkomaniyası xəstəliyindən əziyyət çəkmir, məcburi müəlicəyə ehtiyacı yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, cinayət işinin rədd edilməsi haqqında qərar, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən peşman olması, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması məsuliyyəti yüngülləşdirən hallar kimi, onun əməlində məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır. İcraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xəta törətmiş oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilin sin, 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən:Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar