Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-66/2023 02.11.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs-xx xxxxxx 1998-ci il tarixdə Ordubad rayonunun Aza kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Ordubad rayonunun Aza kəndində yaşayan-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə Ordubad rayon X4 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 03 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində Ordubad rayonunun Aza kənd sakini Zərərçəkmiş şəxs sillə, yumruq və təpik zərbələri vuraraq döymüş, ona qəsdən fiziki ağrı yetirmişdir. 30 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla HK-1/172 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Şəxs barəsində 02 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 002445 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməmiş, izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə küçədən evlərinə gəlmiş, anası Fəridə qonşusu Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsini demişdir. Bu barədə sahə rəisi Şahid, sonra polis əməkdaşı kimi tanıdığı Mənsur adlı şəxsə məlumat vermiş, həmçinin Zərərçəkmiş şəxs ev telefonuna zəng etmiş, anası ilə aralarında baş verənləri ondan öyrənmək istəmiş, Zərərçəkmiş şəxs onun zənginə cavab verməmiş, dəstəyi asmışdır. Anası ilə həyətdə pilləkənlərin qarşısında əyləşən zaman tanımadığı polis əməkdaşı həyətə gəlmiş, onun barəsində şikayət olduğunu bildirmişdir. Polis əməkdaşı ilə həyətdən çıxan zaman polis sahə rəisi Şahid Zərərçəkmiş şəxs həyətindən çıxdığını görmüş, Mircavad müəllim ona hirslənmiş, Zərərçəkmiş şəxs döyməsinin səbəbini soruşmuş, Zərərçəkmiş şəxs döymədiyini ona bildirmişdir. Bir daha bildirir ki, Zərərçəkmiş şəxs döyməmişdir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Ordubad rayonunun Aza kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində həyat yoldaşı Rauf Niftəlizadə ilə telefon vasitəsi ilə danışmış, Raufla telefonda yüksək səslə mübahisə etmişdir. Həmin vaxt qonşusu X2 təsərrüfatında olan iribuynuzlu heyvanları onun həyətyanı sahəsinə bitişik olan digər qonşudan pul müqabilində aldığı otlaq sahəsinə bağlamış, onun telefonda əri ilə mübahisə etməsini eşitmişdir. Təxminən 30 dəqiqə sonra sahə rəisi Şahid onun mobil telefonuna zəng etmiş, F.Əliyevanı söydüyümü demiş, Mircavad müəllimə telefonda əri ilə danışaraq mübahisə etdiyini, F.Əliyevanı təhqir etmədiyini bildirmişdir. Şəxs bir neçə dəfə ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə onun ev telefonuna zəng etmiş, zəngə cavab vermiş, Şəxs onu nalayiq ifadələrlə təhqir etmişdir. Bir neçə dəqiqədən sonra Şəxs onun yaşadığı evin həyətinə gəlmiş, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Ona həyətdən çıxmasını bildirmiş və sahə rəisi Mircavad müəllimə zəng etmiş, Səidin onu təhqir etdiyini, həyətdən çıxmadığını demiş, S. Muradov telefonunu əlindən almış, yerə vurmiş, həmçinin sifət nahiyəsindən sillə və yumruq, qarın nahiyəsindən isə təpiklə vuraraq döymüşdür. Polis əməkdaşları hadisə yerinə gəlmiş, onu xəstəxanaya aparmışlar. Şəxs bağışlamır, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarından, məhkəmə tibbi ekspertizasının 03 oktyabr 2023-cü il tarixli, 1398 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər-sol alma nahiyəsindəki qançır üzərindəki yara küt əşyanın təsirindən törənmişdir. Müddəti qərarda göstərilən tarixə, yəni 03 oktyabr 2023-cü ilə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə Şəxs Zərərçəkmiş şəxs döyməməsini bildirməsini özünü müdafiə kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülmüşdür. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, əvvəllər inzibati xəta törətməməsini, onun təqsirinin dərəcəsini nəzərə alır. Məsuliyyətini yüngülləşdirən, ağırlaşdıran hal, icraatı rədd edən hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etdir. İş materiallarına əlavə edilmiş 0273 nömrəli inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, o, 02 noyabr 2023-cü il tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, o, 300 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. X5.
Məhkəmə qərarları › İş №3(080)-66/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-66/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver