Məhkəmə qərarları › İş №3(080)-68/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №3(080)-68/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 3(080)-68/2023 20.11.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu, Şəxs1 və Şəxs2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdi: Məhkəmənin icraatına Şəxs1 və Şəxs2 barəsində İXM-in 157-ci maddəsi ilə Ordubad rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Ordubad rayon Polis Şöbəsi tərəfindən Şəxs1 və Şəxs2 barəsində İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraat natamam aparılmışdır. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, təhqiqat araşdırması zamanı Şahid1, Şahid2 Nəsirəddin oğlu şahid qismində dindirilsələr də, inzibati icraat zamanı yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Zərərçəkmiş şəxs və Şahid1 izahatları alınmışdır. Hadisə zamanı orada iştirak etmiş Şahid2 Nəsirəddin oğlunun izahatı alınmamışdır. Bu isə o deməkdir ki, araşdırma səthi və keyfiyyətsiz aparılmış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Qərara aldı Şəxs1 və Şəxs2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə toplanmış material Ordubad Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar