Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-68/2024 10.10.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad rayon məhkəməsinin hakimi əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, X1-xx.xx.1990-cı ildə Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki uşaq anası, orta təhsilli, işsiz, Ordubad şəhəri, Mingiz küçəsi, ev 42 də qeydiyyatda olan və yaşayan-barəsində Ordubad RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Ordubad RPŞ-nin İTBnin sahə rəisi X5 tərəfindən tərtib olunmuş 26 sentyabr 2024-cü tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyətı üzrə 27 sentyabr 2024-cü il tarixdə Ordubad Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahat verərək bildirdi ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilir. xx.xx.2024-cü il tarixdə zərərçəkmişə məxsus evin önündə onunla mübahisə etmiş, mübahisə əsnasında özünü müdafiə etmək üçün yol kənarından götürdüyü daş parçasını zərərçəkmişin üzərinə doğru atmış, lakin daş parçası Zərərçəkmiş şəxs aid avtomobilin yan şüşəsinə dəymiş və şüşəni sındırmışdır. Hazırda törətmiş olduğu əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş 260 manat maddi ziyanı tamamilə ödəmişdir və zərərçəkmiş şəxslə barışmışdır. Bu halların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, X2 ona dəymiş 260 manat ziyanı tam olaraq ödəmiş, X2 onunla barışmış, ondan şikayət və tələbi yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş X2 vurulmuş ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödəməsi və zərər çəkmiş şəxslə barışması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(080)-68/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-68/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver