Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-69/2023 21.11.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər X5 və Şəxs iştirakı ilə, -X2-17 avqust 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, müvəqqəti işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, -Şəxs-xx xxxxxx 1994-cü il tarixdə Ordubad Rayonu Anaqut kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, müvəqqəti işsiz, Ordubad Rayonu Anaqut kəndində qeydiyyatda olmaqla yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi X5 və Şəxs 20 oktyabr 2023-cü il tarixdə, Ordubad Rayonu Dizə kəndində yerləşən “Su səsi” ailəvi istirahət mərkəzində Zərərçəkmiş şəxs döymüşlər. Ordubad rayon polis şöbəsinin istintaq və təhqiqat qrupunun 17 noyabr 2023-cü il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və F.Məmmədovun və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsslər X5 və Şəxs inzibati xətanı törətməsində özlərini təqsirli bilmiş, törətdikləri əməldən səmimi peşman olduqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məlumat vermiş, lakin o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ünvanlandığı teleqramında məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini, X3 bağışladığını, Şəxs isə bağışlamadığını və onun barəsində məhkəmə tərəfindən qanuni tədbir görülməsinin xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Şahidlərin izahatları: Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 20 oktyabr 2023-cü il tarixdə saat təxminən 23 radələrində X1 Company Limitet Şirkətinin yerində avtomobilin durduğunu, daha sonra həmin avtomobildən bir nəfər şəxs endiyini gördüyünü, həmin şəxs şirkətə daxil olduqda onun səsindən həmkəndlisi Sədayət olduğunu hiss etdiyini, bu zaman digər həmkəndliləri Fərid və Elçinin Sədayətə yaxınlaşdıqlarını gördüyünü, onlar arasında söhbəti tam eşitməsə də Sədayətin Fərid və Elçinə nəlayiq ifadələr işlətdiyini, daha sonra isə onların qarşılıqlı birbirlərinin söydüklərinin şahidi olduğunu, onlara yaxınlaşana qədər iki şillə Sədayətə vurduqlarını gördüyünü, bu barədə polis əməkdaşlarına zəng edərək bu barədə məlumat verdiyini, Sədayətin yuxarı istiqamətə qaçarkən asvaltda yıxıldığını, Sədayətin yıxılmasında başqa şəxslərin təqsiri olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 da eyni məzmunlu izahat vermişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsləri və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla F.Məmmədovun və Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onların törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarından, məhkəmə tibbi ekspertizasının 21 oktyabr 2023-cü il tarixli, 1473 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər alnının sol yarısında sıyrıq, burnunun kökündə qançır, sağ diz nahiyəsinin ön səthində sağ əlin oğuz səthində sol əlinin oğuz hissəsində 8 ədəd sıyrıqlar sol bazu oynağının proksimal ucunun böyük qabarından keçən sınığı küt aşyanın təsirindən yarndığını, qançır həmçinin yumruq zərbəsinin üz nahiyəsinə çırpılması, sıyrıqlar və sol bazu sümüyünün sınığı isə yıxılma zamanı bədənin yerə çırpılması nəticəsində yarana biləcəyini, Xəsarətlərin müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətlərinə aid olduğu göstərilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, F.Məmmədovun və Şəxs şəxsiyyətini, əvvəllər inzibati xəta törətməməsini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə F.Məmmədovun və Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İnzibati xətanı bir qrup şəxs tərəfindən törədilməsi F.Məmmədovun və Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. İcraatı rədd edən hal müəyyən olunmamışdır. Lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı teleqramında X3 bağışladığını bildirmişdir. F.Məmmədovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, F.Məmmədovun zərər çəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı teleqramında Şəxs bağışlamadığını bildirmişdir. Bu səbəbdən də Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etmir, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 21 noyabr 2023-cü il, saat 16:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 20(iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 20 noyabr 2023-cü il, saat 12:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-69/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-69/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver