Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-7/2020 11.08.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X3 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər X1 və X2 iştirakları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Ordubad rayonu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ordubad Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X8 və X5 ilə xx xxxx 2020-ci il tarixdə, saat 16:40-da Ordubad rayon Anaqut kəndində X4 bağında kart vasitəsilə pul məbləğindən qumar oynadıqları zaman Ordubad rayonu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışlar. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında, xx.xx.2020-ci il tarixdə Anaqut kəndinə X4 bağında O.Novruzov ona zəng edərək bağda piyvə içdiklərini, onları evə aparılmasını və işıqların yanmadığını, əziyyətdən keçsə də həm də işıqları düzəltməsini bildirmişdir.Şəxs bağa gedərək işıqları düzəltmiş, stolun üstündə oyun kartları görmüşdür.Hər üçü bir iki oyun pivəsindən oynamaq üçün razılaşmışlar.Hər üçü masaya əyləşərək pivədən oynamağa başlamışlar.Təxminən bir saat oynadıqdan sonra polis sahə inspektoru Nahid və Tural müəllim gələrək ortalıqda olan 74 manat pulu və oyunda istifadə olunan oyun kartlarını götürmüşlər. 74 manat pulu və oyunda istifadə olunan oyun kartlarını götürdükdə bu barədə akt tərtib edərək həmin akta imza etdirmişlər. Törətdikləri əməlin inzibati xəta olduğunu onlara elan etdiklərini və barələrində protokol tərtib etdiklərini, tutduğu əməldən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini, ilk dəfə qumar oynadığını bildirərək ifadəsini bitirmişdir. Əliyev X6 Nazim Yaşar oğlu, X5 ilə xx xxxx 2020-ci il tarixdə, saat 16:40-da Ordubad rayon Anaqut kəndində X4 bağında kart vasitəsilə pul məbləğindən qumar oynadıqları iş materiallarına əlavə edilmiş şahidləri X1 və X2 izahatları, protokol ilə də öz təsdiqini tapmışdır. Məhkəmədə şahid qismində dindirilənOrdubad Rayon Anaqut kəndində xidmətdə olan baş polis sahə inspektoru X7 xx xxxx 2020-ci il tarixdə Dırnıs kənd sakinləri X9, Şəxs və X5 adlı şəxslərin N.Hüseynova məxsus bağda qumar oynadıqları barədə məlumat daxil olduğunu, o həmin əraziyə getdiyini, o hadisə yerinə çatan zaman doğrudan da Dırnıs kənd sakinləri X5, Şəxs və X4 bir yerdə qumar oynadıqlarını gördüyünü, ortalıqda 74 manat pulun və oyun kartının götürdüyünü, bu barədə akt tərtib etdiyini, onun isə onlara etdikləri əməlin qeyri-qanuni olduğunu bildirdiyini bildirərək ifadəsini bitirmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli törətdiyi, məhkəmədə verdiyi etiraf izahatı ilə, şahid ifadələri və inzibati işin materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tövsüf olunmuşdur. Ona görə də onlar həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 23.1-ci maddəsinə əsasən xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 23.3-cü maddəsinə əsasən bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərə tənbeh tədbiri təyin edərkən xətanın xarekterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində göstərilmiş inzibati xəta əməlini törətməsi həmin şəxsin məhkəmədə verdiyi etiraf ifadəsi, şahid ifadələri və işdə olan sənədlərlə tam sübuta yetdiyindən həmin maddə ilə təqsirli bilinib barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada cəzalandırılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərə tənbeh tədbiri təyin edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini,onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə yüngülləşdirici hal kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı Məhkəmə tərəfindən yüngülləşdirici hal kimi qiymətləndirilir. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməllərində ağırlaşdırıcı hal müəyyən edilmədi. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib cərimə edilməli, oyun ləvazimatı olan kart müsadirəyə yararsız olduğundan məhv edilməli, 74 (yetmiş dörd) manat isə müsadirə edilərək Dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 48, 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək 400 (bir dörd yüz) manat miqdarında cərimə edilsin. Oyun ləvazimatı olan kart müsadirəyə yararsız olduğundan məhv edilsin. Oyunda istifadə edilmiş 74 (yetmiş dörd) manat pul vəsaiti Dövlət nəfinə müsadirə edilsin. Qərarın sürəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət vermək olar. Sədr: Tural Haqverdiyev.
Məhkəmə qərarları › İş №3(080)-7/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-7/2020
11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver