Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-71/2023 27.11.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs xx.xx.1983-ci il tarixdə Beylaqan Rayonu Bünnətli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli,2 uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, əvvəllər məhkum olunmamış, Beylaqan Rayonu Bünnətli kəndində qeydiyyatda olmaqla Ordubad Rayonu Ələhi kəndində yaşayan. Barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25 noyabr 2023cü il tarixdə saat 18:25-də radələrində Ordubad Rayonu Ələhi kəndində Şahid1 öz xidməti vəzifəsini yerinə yetirərkən Şahid1 ünvansız nəlayiq söyüşlər söyərək onu döyməyə cəhd etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 27 nouyabr 2023-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında 002449 nömrəli protokol baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilir. 25 noyabr 2023-cü il tarixdə saat 18:25-də radələrində Ordubad Rayonu Ələhi kəndində Şahid1 öz xidməti vəzifəsini yerinə yetirərkən Şahid1 ünvansız nəlayiq söyüşlər söyərək onu döyməyə cəhd etmiş, bununlada ictimai qaydanı pozmuşdur. Hərəkətlərindən səmimi peşimandır. Ailəli olmasını nəzərə almağı, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Şahidin izahatları: Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 və Şahid2 25 noyabr 2023-cü il tarixdə saat 18:25-də radələrində Ordubad Rayonu Ələhi kəndində Şahid1 öz xidməti vəzifəsini yerinə yetirərkən Şəxs Şahid1 ünvansız nəlayiq söyüşlər söyərək ona qarşı kobud hərəkətlər etmiş , ictimai qaydanı pozmuşdur. Şahid1 Ordubad Rayon Polis X3 Bölməsinin növbətçi hissəsinə müraciəti əsasında Polis əməkdasları Şəxs yaxınlaşaraq öz iradlarını bildirərək polis şöbəsinə dəvət etdilər. İş materiallarına əlavə edilmiş- 0283 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 noyabr 2023-cü il tarixdə saat 10:15-də inzibati qaydada tutulmuş, həmin tarixdə saat 12:15-də azad edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, şahidin ifadəsini nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inziba xətanı törətməsi inzibati xəta haqqında 002449 nömrəli protokolla, özünün və şahidlərin izahatı ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və bir daha analoji hallara yol verməyəcəyinə dair söz verməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. İnzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xəta törədən şəxsin yaşını,ailə vəziyyətini, iki azyaşlı övladının olmasını, həmçinin onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərar verdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 70 (yetmiş) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ordubad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-71/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-71/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver